«Fiziki və kolloid kimya-1»



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix18.12.2022
ölçüsü1,39 Mb.
#76070
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   22
M.Arzu-Fiziki-və-kolloid-kimya-1 (4)

proses adlanır (
d
). İzoxorik prosesdə verilmiş kütləli ideal qazın təzyiqi 
onun temperaturundan düz mütənasib asılıdır. 
 
Əgər qrafiki uzatsaq onda görərik ki, o, temperatur oxu ilə -273,15° C 
nöqtəsində kəsişir. Analoji ölçmələr digər qazlar üçün də aparılarsa yenə 
eyni nəticə alınacaqdır. Belə güman etmək olar ki, temperatur -273,15° C 
olduqda bütün qazlarda V = 0 olacaq. Əslində isə, qazlar 
göstərilən temperatura çatmamışdan xeyli əvvəl sıxılır və ya genişlənir. 
-273,15° C temperaturu yeni təklif olunan Kelvin temperatur şkalası üzrə 
0 qəbul edildi. Bu temperatura həm də mütləq sıfır temperaturu deyilir. 
Əgər şəkildə təsvir olunan düz xətt Kelvin şkalası üzrə sıfıra doğru 
meyllənirsə, onda bu düz xəttin tənliyi aşağıdakı kimi olacaqdır : 



V = kT 
Burada, T – temperatur, k – sabitdir. Bu tənlik Şarl qanununun riyazi 
ifadə formasıdır. 
Əslində, qazlar heç də bütün temperaturlarda Şarl qanununa tabe olmur. 
Boyl və Şarl qanunlarına tabe olan qazlara ideal qazlar deyilir. 
İdeal qazın hal tənliyi. Boyl (PV = const) və Şarl (V/T = const) qanunlarını 
ümumiləşdirdikdə, PV / T = const alınır. Bu tənlik əksər hallarda aşağıdakı 
kimi ifadə olunur : 
P
1
V
1
/T
1
= P
2
V
2
/T

Bu tənliyə ideal qazın hal tənliyi deyilir. Real qazların davranışı bütün 
təzyiq və temperaturlarda ideallıqdan fərqlənir. Hal tənliyi təzyiq və 
temperaturun dəyişməsi zamanı həcmin dəyişməsini hesablamağa imkan 
verir. Yəni, verilmiş kütləli qazın T
1
temperaturda və P
1
təzyiqdə V
1
həcmə 
malik olduğunu bilərək, T
2
temperaturda və P
2
təzyiqdəki V
2
həcmini 
tapmaq mümkündür. 
Qazların həcmini adətən 0° C temperaturda və 1 atm. təzyiqdə (buna 
standart temperatur və təzyiq deyilir) müqayisə edirlər. Bəzən isə 
müqayisə otaq temperaturunda (20° C) və 1 atm. təzyiqdə də aparıla bilər. 
Təzyiqin BS – də vahidi N/m² – dır. Bu vahid Paskal (Pa) adlanır. Qeyd 
edək ki, ideal qazın hal tənliyində temperatur Kelvinlə ifadə olunmalıdır. 

Avoqadro qanununa


 əsasən, bütün qazların 1 molu eyni həcmi tutur. 
Deməli, standart şəraitdə PV / T ifadəsinin qiyməti istənilən qaz üçün 
eynidir. Bu qiymətə - universal qaz sabiti deyilir və R ilə işarə olunur.
Yəni : PV/T=R Və ya, PV=RT 
Buradan, əgər V = VM (VM – molyar həcm) olarsa, onda ideal qazın hal 
tənliyi : PV
m
= RT
Standart şəraitdə 1 mol qaz üçün universal qaz sabitinin qiyməti : 
R= 8,314 Coul/ K*mol 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin