Entalpiya – sabit təzyiqdə sistemin malik
olduğu istilik enerjisidir. Qeyd edək ki, istilik ayrılırsa ΔH<0,
udulursa ΔH >0 olur. Temperatur artdıqca istilik effekti azalır.
Hess qanunu. Termokimyanın ikinci əsas qanunu Hess tərəfindən 1840-cı
ildə kəşf edilmişdir. Hess qanunu həm də istilik cəminin sabitliyi qanunu
adlanır. Bu qanun aşağıdakı kimi ifadə olunur:
Reaksiyanın istilik effekti yalnız reaksiyaya daxil olan və nəticədə əmələ
gələn maddələrin təbiəti və fiziki halından asılı olaraq, reaksiyanın aralıq
mərhələlərindən asılı deyildir.
Məsələn, karbon qazının bəsit maddələrdən əmələ gəlməsinə ya onların
qarşılıqlı təsirinin nəticəsi kimi
C+O
2
=CO
2
; ΔH
1
və ya CO-nun əmələ gəlməsi ilə əlaqədar olan mərhələli prosesin nəticəsi
kimi
2C+O
2
=2CO; ΔH
2
2CO+O
2
=2CO
2
; ΔH
3
baxıla bilər.
Qrafit kabon dioksidə 2 cür oksidləşir. I halda qrafit1 mol
oksigenldə oksidləşərək karbon dioksidə çevrilir. II halda oksidləşmə
mərhələli gedir. Qrafit əvvəlcə karbon monoksidə, sonra karbon dioksidə
oksidləşir.
Hess qanununa görə bu üç prosesin istilik effektləri arasındakı sadə
nisbət aşağıdakı kimi göstərilə bilər:
ΔH
1
+ ΔH
2
= ΔH
3
Termokimyəvi hesablamalarda bəsit maddələrin normal şəraitdə (0
0
C, 1
atm.) əmələgəlmə istiliyi sıfır qəbul edilir.
Hess qanununun sabit təzyiq və sabit həcmdə gedən kimyəvi proseslər
üçün tətbiqi daha ciddi xarakter daşıyır. Belə proseslər üçün Hess
qanununa enerjinin itməməsi qanununun kimyəvi reaksiyalara tətbiq
olunan xüsusi halı kimi baxıla bilər.
23
Hess qanunundan aşağıdakı mühüm nəticələr çıxır:
1. Düz reaksiyanın istilik effekti ədədi qiymətcə tərs reaksiyanın istilik
effektinə bərabər olub, işarəcə əksdir.
2. Reaksiyanın istilik effekti bərabərdir: məhsulların əmələ gəlmə
istiliklərinin cəmi, minus başlanğıc maddələrin əmələ gəlmə istiliklərinin c
əmi.
3.Reaksiyanın istilik effekti bərabərdir: başlanğıc maddələrin yanma
istiliklərinin cəmi, minus məhsulların yanma istiliklərinin cəmi.
24
|