«Fiziki və kolloid kimya-1»


Termodinamikanın II qanunu. Dönər və



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix18.12.2022
ölçüsü1,39 Mb.
#76070
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   22
M.Arzu-Fiziki-və-kolloid-kimya-1 (4)

Termodinamikanın II qanunu. Dönər və 
dönməyən proseslər. 
Termodinamikanın II qanunu: Bu qanun sistemin entropiyasının 
yüksəlməsi qanunu kimi formula edilir. Mahiyyəti budur ki, qapalı 
sistemdə baş verən bütün istilik prosesləri üçün entropiyanın artması 
zəruridir; qapalı sistemin entropiyasının mümkün maksimum qiyməti 
(kəmiyyəti) istilik tarazlığında əldə olunur: 
Termodinamikanın ikinci qanunu - yeganə nəticəsi yalnız bir 
mənbədən alınan istilik hesabına periodik işləyən maşın düzəltmək 
mümkün deyildir. İstilik enerjisi öz-özünə soyuq cisimdən isti cismə keçə 
bilməz. Bununla da termodinamikanın ikinci qanunu termodinamik 
proseslərin istiqamətinin qanunauyğunluğunu müəyyən etdi. O göstərdi 
ki, istiliyin soyuq cisimdən isti cismə verilmə prosesini öz-özünə deyil, 
müəyyən mexaniki iş görmək nəticəsində həyata keçirmək olar. 
Termodinamikanın II qanununun kəşfi fransız alimi S.Karlo (1796-1832), 
ingilis fiziki U.Tomson və R.Klauzisin işləridir. Bu kəşf 19-cu əsrin 50-ci 
illərində baş vermişdir. Qeyri-taraz proseslərin termodinamikasının 
banilərindən biri Belçika alimi İ.R.Priqojin (1917-2003) özünün 
mühazirələrindən birində (1977-ci ildə) demişdir: Elm tarixində 
termodinamikanın II qanunu izah etməli olduğu hadisələr çərçivəsindən 
kənara çıxaraq elmdə görkəmli rol oynadı. Onu demək yetər ki, Blosmanın 
kinetik nəzəriyyə sahəsindəki işləri, M.Plankın şüalanmanın kvant 
nəzəriyyəsi və A.Enşteynin spontan emissiya nəzəriyyəsinin əsasında 
termodinamikanın II qanunu durur. Taraz sistemin entropiyası 
temperaturun mütləq “0”-a yaxınlaşması ilə “0”-a can atır. Bu, “istilik 
teoremi” adlanır. (Bu teoremi alman fiziki V.Q.Nernst işləyib 
hazırlamışdır).
Termodinmaikanın II qanununa müxtəlif təriflər verilmişdir:
İstilik öz-özünə həmişə temperaturu yüksək olan cisimdən temperaturu 
aşağı olan cismə axar (Klauzius).
İstilik yüksək temperaturlu cisimdən aşağı temperaturlu cismə keçdikdə iş 
görə bilər (Karno).
Yeganə nəticəsi istiliyin işə çevrilməsindən ibarət olan proses mümkün 
deyildir (Plank).
Sistemə daxil olan cisimlərdən ən soyuğunun istiliyini işə çevirə bilən 
maşın qurmaq mümkün deyildir (Kelvin).

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin