Fizioterapiya və tibbi bərpa ixtisası üzrə nümunəvi test sualları


) Periferiik vazodepressiv mexanizmlərin stimulyasiyası üçün hansı amildən istifadə edilir?



Yüklə 0,86 Mb.
səhifə7/15
tarix01.01.2017
ölçüsü0,86 Mb.
#4045
1   2   3   4   5   6   7   8   9   10   ...   15

423) Periferiik vazodepressiv mexanizmlərin stimulyasiyası üçün hansı amildən istifadə edilir?
A) Qalvanik cərəyan

B) Dəyişən maqnit sahəsi

C) Ultrasəs

D) Sinusoidal moduləolunmuş və diadinamik cərəyanlar

E) Balneomüalicə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
424) Hipertoniya xəstəliyində böyrək hemodinamikasına təsir etmək üçün hansı amildən istifadə edilir?
A) Aeroion

B) Aerozol

C) Aromatik vannalar

D) Ultrasəs

E) Elektroyuxu
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
425) Sistemli sklerodermiya nədir?
A) Əzələ toxuması xəstəliyi

B) Həm bu, həm də digəri

C) Birləşdirici toxumanın proqressivləşən xəstəliyi

D) Fibroz toxumanın proqressivləşən xəstəliyi

E) Fibroz, əzələ və birləşdirici toxuma xəstəliyi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
426) Sistemli sklerodermiya xəstəliyində periartikulyar toxumalarda aydın proliferativ əlamətlər olduqda nə təyin edilir?
A) Hialuronidaza elektroforezi

B) UYT elektrik sahəsi

C) Mikrodalğalıterapiya

D) İnduktotermiya

E) Ultrabənövşəyi şüalanma
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
427) Sistemli sklerodermiya zamanı böyrəküstü vəziyə və oynaqlara induktotermiya hansı məqsədlə tətbiq edilir?
A) Dehidratasiyaedici

B) Ağrıkəsici təsir

C) İmmunosupressiv təsir

D) Oynaqların stimulyasiyası

E) Orqanizmin qlükokortikoid fəallığının artması, iltihab əleyhinə təsir
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
428) Sklerodermiya zamanı balneomüalicə hansı zədələnmə zamanı təyin edilir?
A) Dayaq-hərəkət aparatının zədələnməsi

B) Daxili orqanların zədələnməsi

C) Dayaq-hərəkət aparatının və dərinin zədələnməsi

D) Dayaq-hərəkət aparatının və daxili orqanların zədələnməsi

E) Dərinin zədələnməsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
429) Peşə xəstəliklərinə hansılar aiddir?
A) Pnevmokonioz, Kesson xəstəliyi

B) Serebral araxnoidit

C) Əyripəncəlik

D) Sinuit

E) Pielonefrit
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
430) Vibrasion xəstəliklər zamanı fiziki amillər hansı məqsədlə təyin edilir?
A) Ağrıkəsici, trofikanı yaxşılaşdırmaq

B) Sorucu təsir

C) Qeyri spesifik immuniteti artırmaq

D) Stimuləedici

E) Vibrasion həssaslığı artırmaq
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
431) Vibrasion xəstəliyin ilkin əlamətləri hansılardır?
A) Vibrasion həssaslığın artması

B) Angiospastik krizlər

C) Ətraflarda kəskin ağrılar

D) Həssaslığın aydın pozuntuları

E) Barmaq uclarının paresteziyası
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
432) Vibrasion xəstəliyin ikinci mərhələsinə xas olan əlamətlər hansılardır?
A) Dəri və hərarət həssaslığının enməsi

B) Kapilyarların genişlənməsi

C) Kəskin ağrı sindromu

D) Ətrafların paresteziyası

E) MSS-də aydın dəyişikliklər
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
433) Vibrasion xəstəliyin birinci mərhələsində hansı təyinatlar göstərişdir?
A) Sollüks

B) Ağ skipidar vannaları

C) UYT elektrik sahəsi

D) Parafin aplikasiyaları

E) Ultrasəs
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
434) Ağciyər peşə xəstəliklərinə hansılar aiddir?
A) Pnevmoniya

B) Bronxial astma

C) Bronxoektaz xəstəliyi

D) Quru plevrit

E) Pnevmokonioz
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
435) Ağciyərlərin peşə xəstəliyində hansı inqalyasiya növləri göstərişdir?
A) Buxar

B) Yağ


C) Qələvi, mineral sular

D) Dərman tozu

E) Duz-qələvi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
436) Dəri xəstəlikləri zamanı dərman elektroforezinin əsas parametrləri hansılardır?
A) Yüksək olmayan konsentrasiya

B) Dərman maddəsinin yüksək konsentrasiyası

C) Davamiyyətli təsir müddəti

D) Cərəyanın yüksək sıxlığı

E) Təsir intensivliyi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
437) Dəri xəstəlikləri zamanı ultrabənövşəyi şüalanmanın əsas xüsusiyyətləri hansılardır?
A) 10-12 xəstədə müəyyən edilmiş orta biodozanın istifadə edilməsi

B) Ümumi UBŞ sürətlənmiş sxem üzrə tətbiqi

C) UBŞ kiçik biodozada tətbiqi

D) UBŞ uzunmüddətli tətbiqi

E) Fərdi biodozanın müəyyən edilməsi, UBŞ fotosensibilizatorlarla uyğunlaşması
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
438) Dəri xəstəliyinin kəskin dövründə qaşınmanı aradan götürmək üçün hansı vannaları tətbiq etmək məqəsədəuyğundur?
A) Yod-brom vannaları

B) Nişasta vannaları

C) Radon vannaları

D) Karbon vannaları

E) Natrium xlorid vannaları
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
439) Psoriaz zamanı xəstəliyin proqressivləşən mərhələsində hansı amilləri təyin etmək məqsədəuyğundur?
A) Çobanyastığı vannaları

B) Fotokimyəvi müalicələr

C) UBŞ çöhrə dozaları

D) Ultrasəs

E) Darsonvalizasiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
440) Psoriatik artropatiya zamanı hansı amillər göstərişdir?
A) Şarko duşu

B) Masaj


C) Sauna

D) Kontrast vanalar

E) Radon vannaları, elektroyuxu
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
441) Ümumi UBŞ hansı xəstəliklər göstərişdir?
A) Günəş qaşınması

B) Fotodermatoz

C) Qırmızı qurdeşənəyi

D) Neyrodermit (yayılmış formanın remissiya məhələsi)

E) Psoriazın yay forması
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
442) Ekzema zamanı xəstəliyin kəskin mərhələsində hansı amillər göstərişdir?
A) Endonazal dimedrol elektroforezi

B) Sulfid vannaları

C) Ultrabənövşəyi şüalanma

D) Darsonvalizasiya

E) Sollüks
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
443) Xroniki ekzema zamanı zədə ocağına təsir etmək üçün hansı amilləri təyin etmək məqsədəuyğundur?
A) UBŞ

B) UYT elektrik sahəsi

C) Ozokerit

D) Fonoforez

E) Sollüks
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
444) Ocaqlı sklerodermiya zamanı hansı təyinat məqsədəuyğundur?
A) Ultrasəs və ya fonoforez və palçıq aplikasiyaları

B) Elektroyuxu

C) Franklinizasiya

D) Elektroforez və UYT tezlikli elektrik sahəsi

E) Vermel üslubu ilə ümumi elektroforez
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
445) UBŞ–ya qəti əks göstəriş hansıdır?
A) Alopesiya

B) Vitiliqo

C) Qırmızı qurd eşənəyi

D) Psoriaz

E) Ekzema
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
446) Ekzemanın mikrob və dihidrotik formalarında hansı prosedurları təyin etmək daha məqsədəuyğundur?
A) İnduktotermiya

B) Darsonvalizasiya

C) Ultrabənöşşəyi şüalanma

D) Qırmızı diapazonlu ultrabənövşəyi şüalanma

E) Diadinamik cərəyanlar, sinusoidal moduləolunmuş cərəyanlar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
447) Diffuz neyrodermit zamanı hansı prosedurları təyin etmək məqsədəuyğundur?
A) Maqnit müalicəsi

B) Endonazal kalsium (dimedrol) elektroforezi və elektroyuxu

C) İnduktotermiya

D) Palçıq müalicəsi

E) Darsonvalizasiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
448) Dirsək və diz oynaqlarının məhdudlaşmış neyrodermiti zamanı hansı müalicə növünü təyin etmək daha effektlidir?
A) Zədə ocaqlarının fonoforezi və palçıq aplikasiyaları

B) Ləngidilmiş sxemlə ümumi UBŞ

C) Bitemporal UYT elektrik sahəsi

D) Elektroyuxu

E) Böyrəküstü vəzi nahiyyəsinə DMD müalicə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
449) Xroniki örə xəstəliyinin kəskin mərhələsində fizioterapiyanın hansı üsulları daha məqsədəuyğundur?
A) Şarko duşu

B) Aeroionoterapiya

C) Endonazal dimedrol elektroforezi

D) Radon vannalar

E) Darsonvalizasiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
450) Ocaqlı keçəlləşmə (diffuz forma) zamanı hansı fizioterapiya üsulları daha effkektivdir?
A) Darsonvalizasiya

B) Başın və yaxalıq nahiyyəsinin darsonvalizasiyası və zədə ocağının ultrasəsi

C) Yaxalıq nahiyyəsinin UBŞ

D) Fotokimyəvi terapiya

E) Endonazal dimedrol elektroforezi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
451) 60 yaşlı xəstələrdə ÜİX, II funksional sinif gərginlikli stenokardiya, hipertoniyanın II mərhələsi zamanı hansı proseduru təyin etmək məqsədəuyğundur?
A) Elektroyuxu

B) Ultrayüksək tezlikli elektrik sahəsi

C) Ultrasəs

D) İnduktotermiya

E) Ultrabənövşəyi şüalanma
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
452) ÜİX, II funksional sinif gərginlikli stenokardiya , hipotoniya zamanı hansı amillər təyin edilir?
A) Ümumi təsir üslubu ilə nikotin turşusu elektroforezi

B) Ürək nahiyyəsinin interferensterapiyası

C) Aşağı tezlikli maqnit sahəsi ilə onurğanın boyun-döş şöbəsinə təsir

D) Onurğanın döş şöbəsinin diadinamoterapiyası

E) Onurğanın döş şöbəsinə UYT elektrik sahəsi ilə təsir
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
453) ÜİX, I- II funksional sinif gərginlikli stenokardiya zamanı hansı amillər təyin edilir?
A) Ultrasəs

B) Heparin elektroforezi

C) Tonüstü tezlikli cərəyanlar

D) Franklinizasiya

E) UYT elektrik sahəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
454) ÜİX zamanı tətbiq edilən fiziobalneoamillər hansı təsir göstərir?
A) Damardaraldıcı

B) Damargenişləndirici

C) Qıcıqlandırıcı

D) Ürəyin ötürücü sisteminə

E) Hiperkoaquləedici
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
455) Stenokardiyanın müalicəsi zamanı dərman elektroforezi hansı üslublarla aparmaq olar?
A) Reflektor-seqmentar (onurğanın yuxarı döş və bel-oma şöbəsinə elektrodların yerləşdirilməsi)

B) Epiqastral nahiyyəyə köndələn üslubla

C) Boyun fəqərələrinə

D) Endonazal

E) Göz-ənsə üslubu ilə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
456) 55 yaşlı xəstələrə ÜİX, infarktdansonrakı kardioskleroz zamanı, miokard infarktından 40 gün sonra, II funksional sinif gərginlikli stenokardiyada, hipertoniyanın II mərhələsində reabilitasiya şöbəsində hansı müalicə təyin edilə bilər?
A) İnduktotermiya

B) Ultrasəs

C) İnterferensterapiya

D) Onurğanın Th10-L1 şöbəsinin maqnit müalicəsi

E) Onurğanın C4-Th5 boyun-döş şöbəsinə İYT elektromaqnit sahəsi (460 MHs)
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
457) Kiçikocaqlı miokard infarktının kəskin fazasında 10-12 gün sonra hansı müalicəni təyin etmək olar?
A) Ümumi masaj

B) Amplipulsterapiya

C) Sedativ üslubla elektroyuxu

D) Transkardial üslubla maqnezium elektroforezi;

E) Tonüstü tezlikli cərəyan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
458) Miokard infarktı kecirən xəstələrində reabilitasiyanın ikinci mərhələsində yerli kardioloji sanatoriyalarda, xəstəxana və poliklinikalarda reabilitasiya şöbələrində nə təyin etmək olar?
A) Sauna

B) Dozalaşmış gəzinti, «quru» karbon vannaları

C) Ürək nahiyyəsinin induktotermiyası

D) Vibromasaj

E) Ürək nahiyyəsinin ultrasəs müalicəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
459) Ürəyin işemik xəstəliyində, stenokardiyada gərginliyin I-II funksional sinfində sanatoriyalarda hansı müalicə kompleksləri göstərişdir?
A) Elektroyuxu, nitroqliserin elektroforezi

B) Elektroyuxu, radon vannaları, yaxalıq nahiyyəsinə brom elektroforez

C) Karbon vannaları, müalicəvi bədən tərbiyəsi, masaj

D) Dozalaşmış gəzinti, Şerbak üsulu ilə qalvanik yaxalıq, natrium-xlorid vannaları

E) Elektroyuxu, sulfid vannaları, müalicəvi bədən tərbiyəsi, masaj
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
460) Ürəyin işemik xəstəliyində, stenokardiyada gərginliyin IV funksional sinfində hansı müalicə tətbiq etmək məqsədəuyğundur?
A) Lazer müalicəsi, venadaxili və ya venaüstü şüalanma

B) Diadinamoterapiya

C) Ürək nahiyyəsinə İYT elektromaqnit sahəsi (460 MHs) ilə təsir

D) İnduktotermiya

E) Franklinizasiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
461) ÜİX , infarktdan sonrakı kardioskleroz zamanı, miokard infarktından bir il sonra, ürək ritminin pozulması olmadan, funksional sinifdən asılı olaraq xəstələrə hansı kurortlar göstərişdir?
A) III- IV funksional sinif, I-II çatışmazlıq-adət edilmiş iqlimi olan yerli kardioloji sanatoriyalar

B) I funksional sinif, 0-I çatışmazlıq- dənizkənarı alçaq dağlıq iqlim kurortları

C) I- II funksional, 0-I çatışmazlıq- qışda və yayda Kislovodsk

D) II funksional sinif, 0-I çatışmazlıq- dənizkənarı və adət edilmiş iqlim kurortları

E) III funksional sinif, I çatışmazlıq- yerli kardioloci sanatoriyalar Kislovodsk
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
462) Revmatizmin etiologiyasında nə əhəmiyyət kəsb edir?
A) İnfeksion- allergik genez

B) Hiperestrogeniya

C) A qrup streptokokk

D) Virus intoksikasiyası

E) İmmunitetin pozulması
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
463) Revmatik prosesin kəskin mərhələsində dərman müalicəsi ilə yanaşı nə tətbiq edilir?
A) Vermel üslubu ilə kalsium elektroforez

B) Ultrasəs müalicəsi

C) Sinusoidal moduləolunmuş cərəyanlar

D) Desimetr diapazonlu İYT- müalicə

E) Elektroyuxu
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
464) Revmatizmin kəskin mərhələsində ultrabənövşəyi şüalanmaya hansı xəstəliklər əks göstərişdir?
A) I- II mərhələli qan dövranı pozulması olan ağır ürək zədələnməsi

B) Biləklərin revmatik artriti

C) Diz oynaqlarının revmatik artriti

D) Ağır böyrək zədələnmələri

E) Kaxeksiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
465) Balneomüalicəvi prosedurların aparılması üçün hansı metodik şərtləri yerinə yetirmək vacibdir?
A) Vannaların günaşırı qəbulu

B) Suyun hərarəti 36- 370C

C) Radonun konsentrasiyası 40 nKi/l

D) Hidrogen sulfidin konsentrasiyası 100 mq/l

E) Karbonun konsentrasiyası 1,4 q/l
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
466) Revmatizm zamanı balneo müalicənin tətbiqinə hansı xəstəliklər əks göstərişdir?
A) II A mərhələsindən yuxarı qan dövranı çatışmazlığı

B) Mitral qapaq çatışmazlığı

C) Xroniki tonzillit

D) Mitral qapaq stenozu üstünlük təşkil edən ürəyin kombinəolunmuş qüsuru

E) Ürək ritminin pozulması, seyrək ekstrasistoliya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
467) Revmatik prosesin bütün mərhələlərində infeksiya ocağının (xroniki tonzillit) sanasiyası məqsədilə nə tətbiq edilir?
A) Elektroyuxu

B) Elektrostumulyasiya

C) Böyrəküstü vəzi nahiyyəsinə induktotermiya ilə təsir

D) Darsonvalizasiya

E) Badamcıqlara ultrasəslə təsir
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
468) Bronxitin hansı formalarında fiziki amillərlə müalicə göstərişdir?
A) Tez-tez qanhayxırma ilə müşaiyət olunan bronxoektazla fəsadlaşmış xroniki bronxit

B) Xroniki irinli bronxitin qeyri tam remissiya dövrü

C) Kəskin obstruktiv bronxit

D) Bronxlarda dərhal əməliyyatdan sonrakı vəziyyət(qanaxma təhlükəsi olduqda)

E) Xroniki bronxit kəskin ürək çatışmazlığı ilə müşaiyyət olunduqda
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
469) Kəskin kataral bronxit zamanı ambulator müalicə şəraitində hansı prosedurlar aparmaq məqsədəuyğundur?
A) Natrium – xlorid vannaları

B) Sirkulyar duş

C) Palçıq müalicəsi

D) Dioksidinlə aerozol müalicə

E) Diadinamoterapiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
470) İrinli bronxitin kəskinləşmə mərhələsində fizioterapiyanın sadalanan üsullarından daha patogenetik əsaslananlar hansılardır?
A) İnduktotermiya

B) Darsonvalizasiyatimulyasiya

C) Flüktuorizasiya

D) İstilik müalicəsi

E) Ultayüksək tezlikli elektrik sahəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
471) Obstruktiv bronxit zamanı fizioterapiyanın bronxolitik bəlğəmgətirici effektə malik hansı üsulları tətbiq edilir?
A) Krioterapiya

B) İraq YT- müalicə

C) Sauna

D) Yağ aerozolları

E) İfratyüksək tezlikli elektromaqnit şüalanması (460 MHs)
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
472) Xroniki obstruktiv bronxitin kəskinləşməsinin profilaktikası üçün hansı üsullar məsləhət görülür?
A) Ultrayüksək tezlikli elektrik sahəsi

B) İnduktotermiya

C) Müalicəvi bədən tərbiyəsi (tənəffüs məşqlər kompleksi)

D) Yağ aerozolları

E) Toxumadaxili antibiotik elektroforzi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
473) Xroniki bronxitin remissiya dövründə sanator şəraitdə hansı prosedurları tətbiq etmək mümkündür?
A) Toxumadaxili elektroforez

B) Ümumi naftalan vannaları

C) Krioterapiya

D) Şarko duşu

E) «Ağ emulsiyalı» skipidar vannaları
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
474) Bronxial astma hansı mənşəli xəstəlikdir?
A) İnfeksion- allergik mənşəli

B) Anadangəlmə

C) Travma mənşəli

D) İnfeksiya mənşəli

E) Virus mənşəli
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
475) Bronxial astma xəstələrində təsir mexanizmi üzrə bütün fizioterapiya üsullarını hansı məqsədlə tətbiq edilən üsullara aid etmək olar?
A) Əzələ-bağ aparatının funksional vəziyyətini yaxşılaşdırmaq məqsədilə

B) Ürək yığılmaları ritminin pozulmasının korreksiya məqsədilə

C) Bronx- ağciyər sistemində iltihabi prosesin fəallığını azaldmaq məqsədilə

D) Qarın əzələlərini bərkitmək məqsədilə

E) Astmatik statusu dəf etmək məqsədilə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
476) Bronxial astma xəstələrində fizioterapevtik amilləri hansı vəziyyətlərdə differensiallaşmış təyin etmək olmaz?
A) Ağır formalı bronxial astmanın remissiyasında

B) Orta ağırlıqlı bonxial astmanın kəskinləşmiş formasında

C) Astmatik statusda

D) Bronxial astmanın yüngül formasının kəskinləşməsində

E) Orta ağırlıqlı bronxial astmanın qeyri tam remissiyasında
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
477) Hansı xəstələrdə fizioterapiyanın tətbiqi aerozol və elektroaerozol müalicəsinin yalnız bir üsulu ilə məhdudlaşır?
A) Atopik dermatitlə yüngül formalı bronxial astma

B) Ağır formalı bronxial astma

C) Yüngül formalı bronxial astma

D) Ağciyər iltihabı ilə fəsadlaşmış orta ağırlıqlı bronxial astma

E) Orta ağırlıqlı bronxial astma
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
478) Bronxospazmın aparıcı kompaonenti ilə obstruktiv tipli xarici tənəffüs funksiyalarının pozulmaları zamanı kəskinləşmə dövründə nə təyin edilir?
A) Yağ aerozolu

B) Parafin aplikasiyaları

C) Sxem üzrə ultrasəs

D) Natrium- xlorid vannaları

E) Palçıq müalicəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
479) Orta ağırlıqlı bronxial astma xəstələrində hormonal müalicənin dayandırılması zamanı hormon qəbulunun ləğv edilməsi sindromunun qarşısını almaq üçün müalicəvi tədbirlər kompleksində hansı prosedurları təyin etmək olar?
A) Bronxolitiklərin inqalyasiyası

B) Speleoterapiya

C) Döş sümüyünə İYT elektromaqnit sahəsi ilə (460 MHs)

D) Böyrəküstü vəzi nahiyyəsinin induktotermiyası

E) Vitamin elektroforezi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
480) Yüngül formalı bronxial astmanın remissiya dövründə orqanizmin qeyri- spesifik rezistentliyinin bərpası üçün kompleks müalicəyə nə daxildir?
A) Krioterapiya

B) Sürtmələr, su tökmələr

C) Bronxolitiklərin aerozolları

D) Radon vannaları

E) Eufillin elektroforezi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
481) Orta ağırlıqlı bronxial astmanın remissiya fazasında xəstələri hansı kurortlara göndərmək məqsədəuyğun deyil?
A) Yüksək dağlıq

B) Yerli sanatoriyalar

C) Orta dağlıq

D) Alçaq dağlıq

E) İlin isti dövründə cənub dənizkənarı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
482) Bronxial astma xəstələrində reabilitasiya proqramında kurort üsulları arasında hansı amillər daha fəal istifadə edilir?
A) Ümumi palçıq vannaları

B) Ultrayüksək tezlikli elektrik sahəsi

C) Mineral suların daxilə qəbulu

D) Günəş və hava vannaları. dənizdə çimmə

E) Yüksək dağlıq iqlimi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
483) Orta ağırlıqlı bronxial astmanın remissiya fazasında balneomüalicə üsulları arasında hansı vanna növləri əks göstərişdir?
A) Quru hava karbon

B) Hidrogen sulfid

C) Oksigen

D) Karbon

E) Yod- brom
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin