Fizioterapiya və tibbi bərpa ixtisası üzrə nümunəvi test sualları


) Elektroyuxunun ağrıkəsici təsir mexanizmində əsas rol nəyə məxsusdur?



Yüklə 0,86 Mb.
səhifə4/15
tarix01.01.2017
ölçüsü0,86 Mb.
#4045
1   2   3   4   5   6   7   8   9   ...   15

214) Elektroyuxunun ağrıkəsici təsir mexanizmində əsas rol nəyə məxsusdur?
A) Simpatik-adrenal sistemin funksiyalarının artmasına

B) Baş beynin limbik sistemində endorfinlərin yaranmasına

C) Sərbəst radikalların yaranmasına

D) Bioloji fəal maddələrin ( histamin, serotonin) yaranmasına

E) Qanda zülalların qlobulin fraksiyalarının artmasına
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
215) Elektroyuxu üsulunda hansı tezlik diapazonu tətbiq edilir?
A) 170-500 Hs

B) 1-160 Hs

C) 1000-1500 Hs

D) 1600-2000 Hs

E) 600-900 Hs
Ədəbiyyat: Боголюбов В.М, Пономаренко Г. Н. Общая физиотерапия:Учебник.- М, 1999
216) Diadinamoterapiya üsulunda aparıcı amil hansıdır?
A) Düzbucaqlı formalı impuls cərəyanı

B) Yüksək tezlikli və gərginlikli, az şiddətə malik impuls cərəyanı

C) Sinusoidal formalı impuls cərəyanı

D) Uzadılmış eksponentli arxa fronta malik yarımsinusoidal formalı impuls cərəyanı

E) Daimi cərəyan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
217) Sinir-əzələ aparatının stimulyasiyası üçün diadinamoterapiya aparılan zaman cərəyan şiddəti nəyin hiss edilməsinə qədər artırılır?
A) Orta vibrasiya

B) Aydın vibrasiya

C) Zəif vibrasiya

D) Elektrodlar altında yanma hissiyatı

E) Stimulyasiya olunan əzələnin yığılması
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
218) Amplipuls müalicəsi üsulunda aparıcı amil hansıdır?
A) Sabit cərəyan

B) Aşağı tezlikli rəqslərlə modulyasiya olunan, sinusoidal formalı impuls cərəyanı

C) Düzbucaqlı formalı impuls cərəyanı

D) Az şiddətə malik, yüksək tezlikli və gərginlikli impuls cərəyan

E) Yüksək tezlikli dəyişn cərəyan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
219) Sinusoidal modulyasiya olunan cərəyanlarla müalicə üçün hansı cihaz istifadə edilir?
A) «Тонус-1»

B) «Амплипулс-4Т»

C) «Интердин»

D) «Поток-1»

E) «СНИМ-1»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
220) Sinusoidal modulyasiya olunmuş cərəyanlarla müalicə prosesində ağrı sindromunun azalması zamanı modulyasiyanın tezliyi necə dəyişdirilir?
A) 100-ə keçirilir

B) Artırılır

C) Azaldılır

D) 0-a keçirilir

E) Dəyişilmir
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
221) Flüktuorizasiya zamanı hansı cərəyan növü istifadə edilir?
A) Alçaqtezlikli dəyişən cərəyan

B) Aşağı gərginlikli sabit cərəyan

C) Düzbucaqlı formalı sabit cərəyan

D) Yüksək tezlikli impuls cərəyanı

E) Aşağı gərginlikli aperiodik, küylü cərəyan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
222) Flüktuorizasiya zamanı hansı rəqs tezliyinə malik cərəyanlar tətbiq edilir?
A) 10 Hs-20 kHs

B) 5000 Hs

C) 100 Hs

D) 880 kHs

E) 2,5 kHs
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
223) Flüktuorizasiya edici cərəyanların hansı növü elektroforez üçün istifadə edilə bilər?
A) İki yarımdövrlü fasiləsiz

B) İki qütblü simmetrik

C) Bir qütblü küylü cərəyan

D) İki qütblü qeyri simmetrik

E) Bir yarımdövrlü fasiləsiz
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
224) İnterferensterapiyada hansı cərəyanlar istifadə edilir?
A) İki aşağı tezlikli daimi impuls cərəyanları

B) 100-2000 Hs hüdudunda amplitud və tezliyinə görə nizamsız dəyişən az şiddətli və aşağı gərginlikli sinusoidal dəyişən cərəyan

C) Aşağı gərginlikli və az şiddətli daimi cərəyan

D) Yuxarı gərginlikli və az şiddətli sinusoidal cərəyan

E) 3000-5000 Hs hüdudunda tezliyə malik sinusoidal dəyişən cərəyanlar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
225) İnterferensterapiya aparmaq üçün hansı cihaz istifadə edilir?
A) «Поток-1»

B) «Амплипульс»

C) «Тонус-1»

D) «Интердин»

E) «Полюс-1»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
226) Xəstəliyin başlanğıcında ilkin elektrodiaqnostik müayinə hansı dövrdə aparılır?
A) Kurs müalicəsi bitdikdən sonra

B) Bir ay sonra

C) Üç həftədən sonra

D) İkinci həftədə

E) Birinci həftədə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
227) Xəstəliyin başlanğıcında təkrar elektrodiaqnostik müayinə hansı dövrdə aparılır?
A) Üçüncü həftədə

B) Bir ay sonra

C) İki ay sonra

D) Kurs müalicə bitdikdən sonra

E) Üç ay sonra
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
228) Cərəyanın güc həddinin dəyişilməsi zamanı hansı elektrik oyanıqlığı pozuntuları müşahidə edilir?
A) «A» tipli keyfiyyət pozuntuları

B) Tam dəyişilmə reaksiyası

C) «B» tipli keyfiyyət pozuntuları

D) Elektrik oyanıqlığının olmaması

E) Kəmiyyət pozuntuları
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
229) Tetanizəedici və qalvanik cərəyanın qıcıqlandırıcı təsirinə sinir reaksiyası olmadıqda, həmçinin qalvanik cərəyanın təsirinə əzələnin oyanıqlığının saxlanılması zamanı aşağıdakılardan hansı baş verir?

A) «B» tipli hissəvi dəyişilmə reaksiyası

B) «A» tipli hissəvi dəyişilmə reaksiyası

C) Tam dəyişilmə reaksiyası

D) Elektrik oyanıqlığının tam itirilməsi

E) Kəmiyyət dəyişiklikləri


Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
230) Tetanizəedici və qalvanik cərəyana qarşı sinir və əzələlərdə heç bir reaksiyanın olmaması zamanı aşağıdakılardan hansı baş verir?
A) Elektrik oyanıqlığının tam itirilməsi

B) «A» tipli hissəvi dəyişilmə peaksiyası

C) Tam dəyişilmə reaksiyası

D) Kəmiyyət dəyişiklikləri

E) «B» tipli hissəvi dəyişilmə reaksiyası
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
231) Elektroyuxunun müalicəvi təsirinin əsas effektinə aşağıdakılardan hansı aiddir?
A) Trofiki

B) İltihab əleyhinə

C) Sedativ

D) Lifayırıcı

E) Desensibilizasiyaedici
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
232) Elektroyuxunun təsiri əsasən hansı mexanizmlələ bağlıdır?
A) Toxumalarda eksudasiyanın artması

B) Qabıq, beyin strukturlarına cərəyanın birbaşa təsiri

C) Reflektor

D) Humoral

E) Xarici tənəffüsün səthiləşməsi və səngiməsi
Ədəbiyyat: Улащик, В.С.Общая физиотерапия / В.С.Улащик, И.В.Лукомский.Минск. 2003
233) Elektroyuxunun təyinində hansı xəstəliklər göstərişdir?
A) Nevrozlar

B) Hipertoniya xəstəliyinin üçüncü mərhələsi

C) Tireotoksikoz

D) Xroniki haymorit

E) Üzdə ekzema və dermatit xəstəliyinin kəskin mərhələsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
234) Elektroyuxu müalicəsinin təyinatı üçün hansı xəstəliklər əks göstərişdir?
A) Enurez

B) Yanıq xəstəliyi

C) Fantom ağrılar

D) Kəskin iltihabi göz xəstəlikləri

E) Nevrozlar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
235) Hansı xəstəlik transserebral elektrostimulyasiyanın təyinatı üçün göstərişdir?
A) Tutma vəziyyətləri, epilepsiya

B) Stenokardiya tutmaları

C) Nevroz

D) Baş beynin travmaları və şişləri

E) Elektrodların qoyulduğu nahiyyədə dəri zədələnmələri
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
236) Transserebral elektrostimulyasiyanın təyinatı hansı xəstəlik zamanı əks göstərişdir?
A) Tutma vəziyyətləri, epilepsiya

B) Diatez

C) Mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri

D) İmmundefisit vəziyyət

E) Alkoqol abstinent vəziyyəti
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
237) Diadinamik cərəyanların ağrıkəsici təsir mexanizmində hansı amillər əsas rol oynayır?
A) Bioloji fəal maddələrin əmələ gəlməsi

B) Toxumalarda eksudasiyanın artması

C) Azot və ozon oksidlərinin əmələ gəlməsi

D) Periferik sinirlərin oyanıqlığı

E) Periferik sinir uclarının blokadası
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
238) Diadinamoterapiya hansı xəstəlik zamanı əks göstərişdir?
A) Obliterəedici endarteriit

B) Kəskin oynaqdaxili zədələnmələr

C) Kəskin bradikardiya şəklində ritm pozğunluğu ilə gedən ürəyin işemik xəstəliyi

D) Xroniki iltihabi proseslər

E) Kökcük sindromu ilə gedən onurğaarası osteoxondroz
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
239) Diadinamoterapiyanın təyinatında hansı xəstəliklər göstərişdir?
A) Artrozlar

B) Böyrək və öddaşı xəstəliyi

C) Bağ aparatının qırılması

D) Kəskin pnevmoniya

E) Kəskin iltihabi proses
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
240) Diadinamoterapiyanın aparılması üçün hansı cihaz istifadə edilir?
A) «СНИМ-1»

B) «Минитерм»

C) «Полюс-1»

D) «Гинетон-1»

E) «Поток-1»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
241) Diadinamik cərəyanlarla sinir- əzələ aparatının stimulyasiyası üçün hansı cərəyan növləri tətbiq edilir?
A) İkiyarımdövrlü dalğalı

B) Biryarımdövrlü fasiləsiz

C) Daimi modulyasiyalı

D) Qısa dövrlü

E) Uzun dövrlü
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
242) Diadinamoterapiya zamanı " dalğavari cərəyanların " tətbiqi nə zaman göstərişdir?
A) Kapillyar qan dövranının yaxşılaşması

B) Sinir əzələ aparatının stimulyasiyası

C) Venoz qan dövranının yaxşılaşması

D) Oyadıcı

E) Damar tonusunun yaxşılaşması
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
243) Sinusoidal modulyasiya olunmuş cərəyanlarla müalicə hansı xəstəliklərdə göstərişdir?
A) Kəskin tromboflebit

B) Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi

C) Bağ gərilmələrinin kəskin dövrü

D) Böyrək və öddaşı xəstəlikləri

E) Ürək ritminin bradikardiya şəkilli pozğunluğu
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
244) Amplipuls müalicə zamanı modulyasiyanın dərinliyi hansı vəziyyətlərdə 100 %-dən artıq təyin edilir?
A) Toxumaların qidalanmasının bərpası üçün

B) İltihab prosesi zamanı

C) Hamiləlikdə

D) Kəskin ağrı sindromunda

E) Elektrik oyanıqlığının ağır formalı pozğunluğunda sinir-əzələ aparatının stimulyasiyası üçün
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
245) Flüktuorizasiyanin müalicəvi təsiri üçün hansı cərəyan formaları tətbiq edilir?
A) İkiyarımdövrlü fasiləsiz

B) İkiqütblü simmetrik

C) Yüksək gərginlikli, orta tezlikli dəyişən impuls cərəyanları

D) Yüksək tezlikli elektromaqnit sahəsi

E) Biryarımdövrlü fasiləsiz
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
246) Flüktuorizasiya edici cərəyanlar hansı müalicəvi təsir göstərir?
A) Antiallergik

B) Analgeziyaedici

C) Damardaraldıcı

D) Hipokoaqulyasiya

E) Desensibilizasiyaedici
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
247) Flüktuorizasiyaedici cərəyanlar müalicə məqsədilə hansı xəstəlik zamanı tətbiq edilir?
A) Hipertonik kriz

B) Xora xəstəliyi

C) Üz sinirinin nevriti

D) Miokard infarktı

E) Menyer sindromu
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
248) İnterferens terapiya hansı xəstəliklərdə təyin edilir?
A) Qanaxmaya meyillilik

B) Hemartrozla müşaiyət olunan yenicə baş vermiş oynaqdaxili zədələnmələr

C) Oynaqların degenerativ-distrofik xəstəlikləri

D) Tromboflebit

E) Kəskin və irinli iltihabi proseslər
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
249) Elektrodiaqnostikanın aparılması üçün hansı cərəyanlar istifadə edilir?
A) Eksponensial

B) Yarımsinusoidal

C) Qalvanik

D) İmpuls

E) Sinusoidal
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
250) Elektrodiaqnostikanın aparılması üçün hansı təsir sahələrindən istifadə edilir?
A) Qığırdaq toxuması

B) Sinirin hərəki nöqtələri

C) Dərinin fəal nöqtəsi

D) Əzələnin vətərə keçən nahiyyəsi

E) Əzələnin sümüyə birləşən nahiyyəsi
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
251) Elektrodiaqnostikanın aparılması üçün hansı üslub istifadə edilir?
A) Unipolyar, bipolyar

B) Reflektor

C) Lokal

D) Reflektor-seqmentar

E) Seqmentar
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
252) Elektrodiaqnostikanın aparılması üçün hansı cihaz və ya cihazlar tətbiq edilir?
A) «СНИМ-1»

B) «Интердин»

C) «Боп-4»

D) «Тонус-1»

E) «УЭИ», «КЭД»
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
253) Elektrodiaqnostik müayinə nəyi müəyyən edir?
A) Venoz qan dövranının pozulmasını

B) Zədələnmənin lokalizasiyasını

C) Oynaqlarda hərəkət pozulmasını

D) Arterial qan dövranının pozulmasını

E) Kapilyar qan dövranının pozulmasını
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
254) Elektrostimulyasiyanın təyinatı üçün hansı vəziyyətlər göstərişdir?
A) Sümük sınıqları

B) Arterial qan dövranı pozulmaları

C) Skelet əzələlərinin parez və iflicləri

D) Əzələlərin yüksək elektrik oyanıqlığı

E) Sümük sınıqlarının konsolidasiyadan əvvəlki vəziyyətləri
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
255) Elektrostimulyasiya hansı vəziyyətdə əks göstərişdir?
A) İmobilizasiyadan sonra əzələ atrofiyası

B) Daxili orqanların saya əzələlərinin atoniyası

C) Üz əzələ kontrakturasının ilkin əlamətləri

D) Sidik kisəsinin funksiyasının pozulması

E) Skelet əzələlərinin parez və iflicləri
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
256) Elektrostimulyasiyanın aparılması üçün hansı cihaz istifadə edilir?
A) «Полюс-1»

B) «Лэнар»

C) «УЭИ-1»

D) «Potok-1»

E) «БОП-4»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
257) Tonüstü cərəyanlarla müalicə ( ultratonterapiya ) üsulunda hansı cərəyanlar tətbiq edilir?
A) Daimi gərginlikli elektrik cərəyanı

B) Aşağı tezlikli impuls cərəyanı

C) Aşağı tezlikli dəyişən cərəyan

D) Yüksək gərginlikli, az şiddətli, yüksək tezlikli cərəyan

E) Yüksək şiddətli və gərginlikli sinusoidal dəyişən cərəyan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
258) Ultratonterapiya cihazlarına aşağıdakılardan hansı aiddir?
A) «Ундатерм-80» aparatı

B) «Узор 2-К» aparatı

C) «Ултратон -10-01» aparatı

D) «Луч-2» aparatı»

E) «Орион» aparatı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
259) Tonüstü tezlikli cərəyanın təsiri nəyin köməyi ilə həyata keçirilir?
A) Şüalandırıcılar

B) Vakuum elektrodlar

C) Reflektorlar

D) Kondensator lövhəciklər

E) İnduktorlar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
260) Tonüstü cərəyanın təsiri dəridə hansı hissiyatı yaradır?
A) İstilik

B) Vibrasiya

C) Soyuma

D) Əzələ yığılması

E) Yanma
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
261) " Darsonvalizasiya " müalicə üslubunda hansı cərəyan tətbiq edilir?
A) Az şiddətli, yüksək gərginlikli, yüksək tezlikli dəyişən impuls cərəyanı

B) Aşağı tezlikli dəyişən cərəyan

C) Aşağı gərginlikli daimi cərəyan

D) Dəyişən elektrik sahəsi

E) Elektromaqnit sahəsi
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
262) Darsonval cərəyanının təsiri zamanı nə istifadə edilir ?

A) İki elektrod

B) Bir elektrod

C) Dörd elektrod

D) Üç elektrod

E) Solenoid


Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
263) Darsonval cərəyanı nəyə qadirdir?
A) Mübadilə prosesini zəiflətmək

B) Əzələnin yığılmasını törədərək onun reseptorlarını qıcıqlandırmaq

C) Regenerasiyanı azaltmaq

D) Dərinin sinir reseptorlarının həssaslığını azaltmaq

E) Dəridə hipotermiya törətmək
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
264) İnduktotermiya müalicə üsulunda hansı cərəyan növü tətbiq edilir?
A) Yüksəktezlikli dəyişən elektromaqnit, əsasən maqnit sahəsi

B) İfratyüksək tezlikli elektromaqnit şüalanması

C) Yüksək gərginlikli daimi elektrik sahəsi

D) Yüksək tezlikli dəyişən cərəyan

E) Ultrayüksək tezlikli elektrik sahəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
265) İndukotermiya üsulunda enerjinin çatdırılması üçün nə tətbiq edilir?
A) Şüalandırıcı

B) İnduktor-disk və induktor-kabel

C) Şüşə vakuum elektrod

D) Kondensator lövhəciklər

E) Qurğuşun elektrodlar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
266) İnduktotermiya üsulunda maqnit sahəsi hansı rəqs tezliyinə malikdir?
A) 22,2 mHs

B) 2375 mHs

C) 460 mHs

D) 13,56 mHs

E) 5000 Hs
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
267) Yüksək tezlikli dəyişən maqnit sahəsinin çatdırılması zamanı toxumalarda nə baş verir?
A) Elektrik yüklənmiş hissəciklərin rəqsi hərəkəti

B) Kavitasiya prosesləri

C) Su molekulları vasitəsilə rezonans udulma

D) Elektrik yüklənmiş hissəciklərin bir istiqamətdə yerdəyişməsi

E) Yüklənmiş hissəciklərin stabil qütbləşmə prosesləri
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
268) İnduktotermiya üsulunda enerjinin udulması nəyin yaranması ilə müşaiyət olunur?
A) Mexaniki enerjinin

B) Sərbəst radikalların

C) İstiliyin

D) Fotodinamik effektin

E) Aeroionların
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
269) İnduktotermiya zamanı istilik prosesləri hansı dərinlikdə yaranır?
A) 1 mm

B) 5 mm


C) 10 sm

D) 7-8 sm

E) 1 sm
Ədəbiyyat: Улащик В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
270) İnduktotermiya zamanı enerjinin daha fəal udulması harada baş verir?
A) Birləşdirici toxumada

B) Sümüklərdə

C) Piy toxumasında

D) Dəridə

E) Əzələlərdə və parenximatoz orqanlarda
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
271) İnduktotermiya hansı xəstəliklərdə əks göstərişdir?
A) Ləngimiş pnevmoniyada

B) Diz oynağının artrozunda

C) Xroniki salpinqooforitin infiltrativ dəyişikliklər mərhələsində

D) Xroniki hepatitdə

E) Ürəyin işemik xəstəliyinin III-IV funksional sinfində
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
272) İnduktotermiya hansı cərəyan vasitəsilə həyata keçirilir?
A) «ИКВ-4»

B) «Амплипулс-4»

C) «Поток-1»

D) «Узор-2К»

E) «Искра-1»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
273) UYT-terapiya zamanı təsir edən fiziki amil hansıdır?
A) Yüksək gərginlikli daimi sahə

B) Ultrayüksək tezlikli dəyişən elektrik sahəsi

C) Aşağı tezlikli dəyişən elektrik sahəsi

D) Sabit cərəyan

E) İmpuls cərəyanı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
274) UYT-terapiya cihazlarının siyahısına aşağıdakılardan hansı aid deyil?
A) «Импулс-3»

B) «АСБ-2»

C) «Экран-2»

D) «Ундатерм-80»

E) «Минитерм-5»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
275) Ultrayüksəktezlikli elektrik sahəsi ilə təsir aşağıdakılardan hansı üçün istifadə edilir?
A) Elektrod

B) Şüalandırıcı

C) Kondensator lövhəciklər

D) İnduktor-kabel

E) İşıqlandırıcı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
276) UYT elektrik sahəsinin gücünün ölçmə vahidi hansıdır?
A) Vatt

B) Kilovatt

C) Milliamper

D) Volt


E) Millitesla
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
277) Mikrodalğalı terapiya müalicə üsulu kimi nəyin istifadəsi ilə səciyyələnir?
A) Aşağı tezlikli dəyişən maqnit sahəsinin

B) Elektrik cərəyanının

C) Elektrik sahəsinin

D) İYT (ifrat yüksək tezlikli) diapazonlu elektromaqnit sahəsinin

E) YT (yüksək tezlikli) diapazonlu elektromaqnit sahəsinin
Ədəbiyyat: Улащик В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
278) Desimetr dalğalı terapiya aparatlarında elektromaqnit rəqslərinin tezliyi nə qədərdir?
A) 30 000 QHs

B) 22 kHs

C) 2375 mHs

D) 460 mHs

E) 880 kHs
Ədəbiyyat: Улащик В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
279) İYT şüalanmanın təsirinin 2375 mHs diapazon üçün keçmə dərinliyi nə qədər olmalıdır?
A) 1 mm

B) 3-5 sm

C) 3-5 mm

D) 10 sm


E) 10-12 sm
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
280) 460 Hs tezlikli elektromaqnit şüalanmanın keçmə dərinliyi nə qədər olmalıdır?
A) 5-9 mm

B) 15 sm


C) Birbaşa keçmə

D) 1-2 sm

E) 5-9 sm
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
281) Santimetrdalğalı terapiya aparatlarında elektromaqnit rəqslərinin tezliyi nə qədər olmalıdır?
A) 5000 Hs

B) 2375 MHs

C) 110 kHs

D) 40,68 MHs

E) 2500 Hs
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin