Fizioterapiya və tibbi bərpa ixtisası üzrə nümunəvi test sualları


) Yüngül və orta ağırlıqlı bronxial astma xəstəliyində remissiya dövründə palçıq müalicəsi aparılan zaman hansı temperaturda lil və torf tətbiq edilmir?



Yüklə 0,86 Mb.
səhifə8/15
tarix01.01.2017
ölçüsü0,86 Mb.
#4045
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

484) Yüngül və orta ağırlıqlı bronxial astma xəstəliyində remissiya dövründə palçıq müalicəsi aparılan zaman hansı temperaturda lil və torf tətbiq edilmir?
A) Lil palçıq 44C

B) Lil palçıq 46C

C) Torf palçıq 40C, lil palçıq 38C

D) Lil palçıq 40C

E) Torf palçıq 46C
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
485) Yüngül və orta ağırlıqlı bronxial astma xəstələrində orqanizmin qeyri spesifik rezistentliyini artırmaq məqsədilə hansı üsulların tətbiqi məqsədəuyğun deyil?
A) Haloterapiya

B) Normobarik hipoksiterapiya

C) Baroterapiya

D) Amplipuls müalicə

E) Speleoterapiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
486) Bronxoektaz xəstəliyinin inkişafı göstərilən hansı bronx-ağ ciyər sistemi xəstəliklərin təsirindən asılıdır?
A) Xroniki otit

B) Xroniki bronxit

C) Müəyyən edilməmiş pnevmoniya

D) Xroniki obstruktiv bronxit

E) Bronx ağacının genetik qeyri tamlığı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
487) Bronx ağacında xroniki irinli proses inkişafın müxtəlif mərhələlərində nə ilə müşaiyət edilmir?
A) Ağciyər arteriyasının trombozu ilə

B) Amiloidozun inkişafı ilə

C) Kəskinləşmə dövründə bədən hərarətinin 38-39°S-yə qədər artması ilə

D) Qanhayxırmaya meylliklə

E) Ağır formalarda irinin əhəmiyyətli miqdarda ifrazı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
488) Drenaj olunan bronxoektaz zamanı kəskinləşmə dövründə və qanhayxırma olmadıqda nə tətbiq edilir?
A) Döş qəfəsinə palçıq aplikasiyaları

B) Döş qəfəsinə parafin aplikasiyaları

C) Krioterapiya

D) Sauna


E) UYT elektrik sahəsi, lazer müalicəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
489) Bronx ifrazatının evakuasiyası üçün müalicə kompleksinə hansı üsulları daxil etmək lazımdır?
A) Kükürd vannalar

B) Müalicəvi gimnastika

C) Palçıq müalicəsi

D) UYT müalicə

E) Flüktuorizasiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
490) Pnevmoniyanın kəskin formasının gedişatı hansı müddətdən çox olmur?
A) 7-8 həftə

B) 3-4 həftə

C) 11 həftə və ondan çox

D) 5-6 həftə

E) 9-10 həftə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
491) Uzun sürən pnevmoniya zamanı iltihab ocağının sağalma mərhələsi uzun müddət çəkirsə, hansı müddətə başa çatır?
A) 4-6 ay

B) 9-10 həftə

C) 5-8 həftə

D) 11-12 həftə

E) 6 aydan çox
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
492) Pnevmoniyanın müalicəsində və sonrakı reabilitasiyasında hansı üsullar tətbiq edilmir?
A) Sanator-kurort

B) Müalicəvi bədən tərbiyəsi və masaj

C) Cərrahi

D) Dərman müalicəsi

E) Fizioterapevtik
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
493) Kəskin pnevmoniyanın müalicəsində eksudativ-infiltrativ dəyişikliklər fazasında 3-5-ci gündən başlayaraq əks göstrişlər olmadıqda, tətbiq edilən müalicə kompleksinə hansı üsullar daxildir?
A) Qırmızı diapazonlu lazer şüaları ilə döş qəfəsinə lokal təsir

B) İnduktotermiya

C) Ultrayuksək tezlikli elektrik sahəsi, fluimusil aerozol müalicəsi

D) Parafin aplikasiyaları

E) Müalicəvi tənəffüs gimnastikası
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
494) Kəskin pnevmoniyanın 8-12-ci günündən iltihab dəyişikliklərinin aradan götürülməsi fazasında hansı müalicə kompleksini tətbiq etmək məqsədəuyğundur?
A) Maqnit müalicəsi

B) Palçıq aplikasiyası

C) Ultrasəs

D) UYT elektrik sahəsi

E) Bəlğəmgətirici maddələr aerozolu
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
495) Uzun sürən pnevmoniyanın müalicəsi zamanı hansı məqsədlə amplipuls müalicəsi təyin etmək məqsədəuyğundur?
A) Orqanizmin rezerv imkanlarını artırmaq

B) Duşlar

C) Bronxların drenaj funksiyasını artirmaq

D) Bronxların saya əzələrinin tonusunu artırmaq

E) Bronxların səyirici epitelisinin fəallığını azaltmaq
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
496) Uzun sürən pnevmoniyalar zamanı artan pnevmoskleroz əlamətləri olduqda hansı üsulları tətbiq etmək məqsədəuyğun deyil?
A) Hialuronidaza elektroforezi

B) Parafin-ozokerit müalicəsi

C) Papaverin elektroforezi

D) Tripsin elektroforezi

E) Lidaza elektroforezi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
497) Eksudativ plevrit zamanı plevral səthin punksiyasından və eksudat təmizləndikdən sonra hansı amilləri təyin etmək məsləhət deyil?
A) Ultrabənövşəyi şüalanma

B) Heparin elektroforezi

C) Yod ionları elektroforezi

D) Müalicəvi gimnastika

E) Kalsium ionları elektroforezi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
498) Qeyri vərəm mənşəli quru plevrit zamanı müalicə kompleksinə hansı üsulları daxil etmək mümkündür?
A) Masaj

B) Ümumi maqnit müalicəsi

C) Palçıq aplikasiyaları

D) Görünən şüalar

E) Naftalan aplikasiyaları
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
499) Tənəffüs orqanları xəstəliklərində kəskin fazada fiziomüalicə hansı vəziyyətlərdə kompleks müalicəyə daxil edilmir?
A) Bədən hərarəti 38°C-dən yuxarı olmadıqda

B) İntoksikasiya olmadıqda

C) Qanhayxırma olmadıqda

D) Ağciyər-ürək çatışmazlığının II mərhələsində

E) Bullyoz emfizemada
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
500) Həzm orqanları xəstəliklərinin profilaktikasında hansı müalicə üsulu əsas yer tutur?
A) İçməli mineral su müalicəsi, rasional qidalanma rejiminin təşkili

B) Kurort müalicəsi

C) Günəş müalicəsi

D) Talasoterapiya

E) Elektromüalicəvi fizik amillər
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
501) Əməliyyat tələb etməyən antral rigid qastrit zamanı hansı üsulları tətbiq etmək mümkündür?
A) İçməli mineral sular

B) Balneomüalicə

C) Elektroyuxu müalicəsi

D) Palçıq müalicəsi

E) Lazer şüalanması
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
502) Yüksək sekresiyalı qastrit zamanı amplipuls müalicəsi üsulunda hansı iş növü istifadə edilir?
A) I, V iş növü

B) I iş növü

C) V iş növü

D) II iş növü

E) III, IV iş növü
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
503) Yüksək sekresiyalı qastrit zamanı hansi amillər istifadə edilmir?
A) Sinusoidal moduləolunmuş cərəyan

B) Diadinamik cərəyan

C) Desimetr dalğaları

D) İnduktotermiya

E) Sabit cərəyan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
504) Xroniki qastritdə, mədə və onikibarmaq bağırsaq xorasında ultrasəs necə tətbiq edilir?
A) Öndən iki sahəyə

B) Üç sahəyə

C) Bir sahəyə

D) Dörd sahəyə

E) Arxadan iki sahəyə, öndən bir sahəyə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
505) Xroniki qastritin hansı vəziyyətində kurort müalicəsi göstərişdir?
A) Kəskinləşmə fazası olmadıqda

B) Xroniki qastritin kəskinləşmə dövrü

C) Artmış sekresiya

D) Kaxeksiya

E) Rigid antral
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
506) Xora xəstəliyinin əmələ gəlməsində iştirak edən amillər hansılardır?
A) Stafilokok infeksiyası

B) Qarın yatalağı infeksiyası

C) Kandida cinsli göbələklər

D) Helio-bakteriya infeksiyası

E) Virus infeksiyası
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
507) Qaraciyər zədələnməsi ilə müşaiyət olunan xora xəstəliyi zamanı içməli mineral sular hansı temperaturda təyin edilir?
A) 38- 40° C

B) 42- 44° C

C) 40- 42° C

D) 36- 38° C

E) 4- 46° C
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
508) Mədə əməliyyatından sonra xəstələrə nə zaman sanator-kurort müalicə təyin edilir?
A) Beş ay sonra

B) Bir ay sonra

C) Üç ay sonra

D) Dörd ay sonra

E) İki ay sonra
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
509) Virus hepatitinin qalıq əlamətləri olan xəstələrdə hansı vannalar əks göstərişdir?
A) Karbon

B) Hidrogen sulfid

C) Radon

D) Naftalan vannaları

E) Yod-brom
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
510) Virus hepatitindən sonra sanator-kurort müalicə nə zaman əks göstərişdir?
A) Transamilazanın kliniki və biokimyəvi analizinin nəticələrinə görə fəallığın sönmə fazasında

B) Qeyri fəal fazada

C) Qaraciyər 5 sm və daha artıq böyüdükdə

D) Astenik vəziyyətlərdə

E) Orta dərəcəli ağrı sindromunda
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
511) Xroniki hepatitin müalicəsi zamanı lil palçıq aplikasiyasının temperaturu neçə dərəcədən artıq olmamalıdır?
A) 42°C

B) 44°C


C) 45°C

D) 46°C


E) 43°C
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
512) Xroniki hepatit zamanı qəbul edilən içməli mineral suların temperaturu neçə dərəcədən aşağı olmamalıdır?
A) 41°C

B) 39°C


C) 38°C

D) 44°C


E) 40°C
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
513) Xolesistektomiyadan sonra ilk vaxtlarda (10-14 gün) hansı prosedurları tətbiq etmək məsləhət görülür?
A) Diadinamik cərəyanlar

B) DMD müalicə

C) Dəyişən maqnit sahəsi

D) Vibromasaj

E) İnduktotermiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
514) Osteoxondroz zamanı hansı fiziki amillər güclü ağrıkəsici təsir gstərir?
A) Masaj

B) Maqnit müalicəsi

C) İmpuls cərəyanları

D) Desimetrdalğalı müalicə

E) Ultrasəs
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
515) Osteoxondroz xəstələri hansı suları olan balneoloji kurortlara göndərilirlər?
A) Silisium

B) Dəmir tərkibli suları olan

C) Sulfid

D) Balneoloji kurortlar əks göstərişdir

E) Arsen suları olanYod- brom
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
516) Deformasiyaedici osteoartrozun başlanğıc mərhələlərində sinovit əlamətləri olmadıqda hansı fiziki amillər tətbiq edilir?
A) Akupunktur müalicəsi

B) Dərman elektroforezi

C) Lazer şüalanması

D) Aromaterapiya

E) Mexanoterapiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
517) Deformasiyaedici osteoartrozda ikincili sinovitin kəskinləşməsi zamanı hansı fiziki amilləri tətbiq etmək məqsədəuyğundur?
A) Ultrayüksək tezlikli elektrik sahəsi

B) Dərman elektroforezi

C) Naftalan aplikasiyaları

D) İnfraqırmızı şüalanma

E) Sinusoidal moduləolunmuş cərəyanlar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
518) Osteoartroz xəstəliklərinə hansı kurortlar göstərişdir?
A) Yod- brom suları olan

B) Dəmir tərkibli suları olan

C) Hidrogen sulfid suları olan palçıq

D) Silisium suları olan

E) İqlim
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
519) Minimal və orta fəallıq dərəcəli iltihab prosesi ilə gedən revmatoid artrit zamanı çox zaman hansı vannalar təyin edilir?
A) Silisium

B) Radon, sulfid

C) Yod- brom

D) Arsen


E) Dəmir tərkibli
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
520) Ankilozəedici spondiloartrit xəstələrində böyrəküstü vəzin qabığının öz qlükokortikoid funksiyasını stimulə etmək məqsədilə hansı fiziki amillər tətbiq edilir?
A) Ultrasəs müalicəsi

B) Flüktuorizasiya

C) İnduktotermiya

D) Ultrabənövşəyi şüalanma

E) Maqnit müalicəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
521) Bexterev xəstəliyi zamanı əzələlərin aydın spastik vəziyyətləri, kontrakturalar, kəskin ağrı sindromu olduqda hansı fiziki müalicə üsulları göstərişdir?
A) Ultrabənövşəyi şüalanma

B) Desimetrdalğalı müalicə

C) Darsonvalizasiya

D) İnduktotermiya

E) Sinusoidal moduləedici cərəyanlar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
522) Dəri-oynaq sindromu olan sistemli sklerodermiya xəstəliklərində hansı kurortlar göstərişdir?
A) Dəmir tərkibli suları olan

B) Hidrogen sulfid suları olan

C) Azotlu termal suları olan

D) Natrium xlorid suları olan

E) Kurortlar əks göstərişdir
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
523) Podaqranın xroniki mərhələsində hansı fiziki amillər təyin edilir?
A) Tonüstü cərəyanlar

B) Desimetrdalğalı müalicə

C) Flüktuorizasiya

D) Vermel üsulu ilə litium elektroforezi

E) Ultrayüksək tezlikli elektrik sahəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
524) Poliartritlə yanaşı gedən şəkərli diabet xəstəliyində palçıq aplikasiyaları necə təyin edilir?
A) Palçıq vannaları

B) Oynaqlara lokal təsir

C) Ümumi palçıq aplikasiyaları

D) «Yarımşalvar» şəklində

E) «Şalvar» şəklində
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
525) Zəif ağırlıqlı tireotoksikoz xəstəliyində, onurğanın boyun-döş şöbəsinin osteoxondrozunda hansı müalicə növünü təyin etmək məqsədəuyğundur?
A) Ultrayüksək tezlikli elektrik sahəsi

B) Mikrodalğalı müalicə

C) Amplipuls müalicəsi

D) Skipidar vannaları

E) Radon vannaları
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
526) Tireotoksikoz zamanı fizioterapiya hansı vəziyyətlərdə təyin edilir?
A) Funksional pozğunluqlarda

B) Xəstəliyin yüngül formasında

C) Effektli dərman müalicəsi aparıldıqdan sonra remissiya fazasında

D) Taxikardiya zamanı (dəqiqədə 110 – 120 vurğu hüdudunda)

E) Taxikardiya zamanı (dəqiqədə 90 vurğu hüdudunda)
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
527) Zəif ağırlıq dərəcəli ilkin hipertireoz, onurğanın bel-oma şöbəsinin osteoxondrozu diaqnozlu xəstələrdə hansı prosedurları təyin etmək məqsədəuyğundur?
A) Şam ağacı ekstraklı vannalar

B) Kontrast vannalar

C) «Ağ emulsiyalı» skipidar vannaları

D) Radon vannaları

E) Azot vannaları
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
528) Qalxanavari vəzi əməliyyatından sonra hipotireozla, rtropatiya ilə əziyyət çəkən 38 yaşlı xəstəyə hansı prosedurları təyin etmək məqsədəuyğundur?
A) Böyrəküstü vəzi proyeksiyasının darsonvalizasiyası

B) Böyrəküstü vəzi proyeksiyasının ultrabənövşəyi şüalanması

C) Böyrəküstü vəzi proyeksiyasına İYT elektomaqnit sahəsi ilə təsir (460MHs)

D) Böyrəküstü vəzi proyeksiyasının ultrayüksək tezlikli elektrik sahəsi

E) Elektroyuxu
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
529) Şəkərli diabet və kəskin mübadilə pozğunluğu zamanı (ketasidoz, aydın hiperqlikemiya, qlükozuriya) nə təyin edilir?
A) Ultrasəs

B) İçməli mineral suların qəbulu

C) Amplipuls müalicəsi

D) Parafin aplikasiyaları

E) Hidrogen sulfid vannaları
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
530) Orta ağırlıqlı şəkərli diabet zamanı Langerhans adacıqlarının funksional vəziyyətini yaxşılaşdırmaq məqsədilə hansı prosedurları təyin etmək məqsədəuyğundur?
A) Radon vannaları

B) Darsonvalizasiya

C) Franklinizasiya

D) UYT müalicə

E) Mədəaltı vəzi proyeksiyasının amplipuls müalicəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
531) Orta ağırlıqlı şəkərli diabet zamanı və mikroangiopatiyalarda hansı prosedurları təyin etmək məqsədəuyğundur?
A) Baldır nahiyyəsinin çöhrə dozalarda ultrabənövşəyi şüalanması

B) Sirkulyar duş

C) Baldır nahiyyəsinə aşağı tezlikli dəyişən maqnit sahəsi ilə təsir

D) Natrium xlorid vannaları

E) Baldır nahiyyəsinə ultrasəslə təsir
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
532) 45 yaşlı xəstədə zəif ağırlıq dərəcəli II-ci növ şəkərli diabet zamanı mədəaltı vəzi proyeksiyasına hansı proseduru təyin etmək məqsədəuyğundur?
A) Berqonye üsulu ilə qalvanizasiya

B) İYT elektromaqnit sahəsi (460 MHs)

C) Darsonvalizasiya

D) Franklinizasiya

E) Ultrasəs
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
533) Hipotireoz xəstəliyi zamanı hansı klinik əlamətlər xarakterikdir?
A) Bədən çəkisinin azalması

B) Hərarətin artması

C) Taxikardiya (dəqiqədə 110- 120 vurğu)

D) Tez yorulma, bədən çəkisinin artması

E) Dərinin qızarması
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
534) I- II dərəcəli piylənmə zamanı hidrobalneomüalicənin hansı növləri göstərişdir?
A) Qalxan duş

B) Şarko duşu

C) Radon vannaları

D) Qaufe vannaları

E) Yağışvari duş
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
535) Piylənmə zamanı oksidləşmə-bərpa proseslərini yaxşılaşdırmaq məqsədilə hansı müalicə üsullarının təyini məqsədəuyğundur?
A) 45- 60 dəqiqə müddətində ümumi nəm bürüləmələr

B) Naftalan müalicəsi

C) Elektroyuxu

D) Baroterapiya

E) Darsonvalizasiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
536) Podaqranın xroniki mərhələsində sanatoriyalarda hansı prosedurlar təyin edilir?
A) Silisium vannaları

B) Tonüstü tezlikli cərəyanlar

C) Franklinizasiya

D) Darsonvalizasiya

E) Mineral suların daxilə qəbulu («Боржоми»; Ессентуки № 4 və 7)
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
537) Serebral ateroskleroz xəstəliyində beyin qan dövranının keçici pozulmasından sonra xəstələr neçə müddət sonra kurortlara göndərilə bilərlər?
A) 1-2 ay sonra

B) 5-6 ay sonra

C) 9-12 ay sonra

D) 7-8 ay sonra

E) 3-4 ay sonra
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
538) Beyin insultu keçirmiş xəstələrə iflic olmuş əzələlərin stimulyasiyasını hansı müddətdən gec olmayaraq təyin etmək vacibdir?
A) 9-12 ay

B) 3-4 həftə

C) 1-2 həftə

D) 7-8 ay

E) 5-6 həftə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
539) İnsultdan sonra xəstələr hansı müddətdən tez olmayaraq yerli sanatoriyalara göndərilə bilər?
A) 7-9 ay

B) 4-6 ay

C) 1-2 ay

D) 15 ay


E) 10-12 ay
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
540) Polimielit zamanı əzələlərin stimulyasiyasını neçə müddətdən sonra aparmaq lazımdır?
A) 3 ay

B) 1 ay


C) 4 ay

D) 6 ay


E) 2 ay
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
541) Üz sinirinin nevriti zamanı ilkin kontraktura əlamətləri olduqda sabit cərəyanın optimal təsir üslubu hansıdır?
A) Şerbak üsulu ilə qalvanik yaxalıq

B) Ümumi qaevanizasiya

C) Onurğanın boyun şöbəsinin qalvanizasiyası

D) Berqonye yarımmaskası

E) Endonazal qalvanizasiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
542) Pəncənin parezi ilə müşaiyət olunan incik sinirinin nevriti zamanı hansı müalicə üsulu daha yüksək effekt verir?
A) Elektrostimulyasiya

B) Dəyişən maqnit sahəsi

C) Elektroyuxu

D) Radon vannaları

E) Desimetr dalğalar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
543) Periferik sinirlərin qapalı travmasında fiziki amillərlə müalicə nə zaman təyin edilir?
A) 2 ay sonra

B) 3 ay sonra

C) 1 ay sonra

D) 5-6 gün sonra

E) İlk gündən
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
544) Nevrasteniyanın hipostenik formasında hansı dərman elektroforezi daha effektlidir?
A) Kalsium

B) Lidaza

C) Kofein

D) Yod


E) Brom
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
545) Baş beyin damarlarının aterosklerozunun başlanğıc mərhələsmində hansı fizioterapevtik prosedurlar daha çox təyin edilir?
A) Dərman elektroforezi

B) Ultrayüksək tezlikli elektrik sahəsi

C) Induktotermiya

D) Ultrasəs

E) Tonüstü cərəyanlar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
546) Hipertoniya ilə müşaiyət olunan beyin qan dövranının keçici pozulmasından sonra xəstələrə hansı dərman elektroforezi təyin etmək məqsədəuyğundur?
A) Novokain

B) Maqnezium

C) Vtamin B12

D) Kalsium

E) Adrenalin
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
547) Beyin qan pozulmasından sonra xəstələrə balneomüalicə hansı vannalar şəklində göstərişdir?
A) Oksigen

B) Skipidar

C) Azot

D) Silisium



E) Radon
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
548) Serebral araxnoidit xəstələrində baş ağrıları və angiospazm zamanı hansı elektroforez məsləhət görülür?
A) Endonazal üslubla novokain

B) Yaxalıq üslubla seduksen

C) Novokainamid elektroforez

D) Ümumi təsirlə yod

E) Onurğanın boyun şöbəsinə lidaza
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin