İşıqlanma müddətinə görə daha tez sönən lüminessensiya flüoressensiya, uzun müddət davam edən isə fosforosensiya adl. Lüminessent analizdə işıq enerjisindən istifadə edilir.
Flüorosensiya -bu məcburedici, oyadıcı amili dayandırdıqda dərhal dayanır. Flüorimetriya flüoresensiya şüasının intensivliyinin ölçülməsinə əsaslanır. Flüorimetriya üsulundan tibbdə xəstəliklərin diaqnostikasında istifadə olunur. (şişlərin aşkar olunmasında, biopsiyanın aparılmasını minimuma endirir).
Fosforosensiya -bu məcburedici, oyadıcı təsir dayandıqdan sonra bir müddət davam edən lyuminessensiyadır.
Bəzi hallarda şüalanan kvantın tezliyi onu yaradan kvantın enerjisindən böyük ola bilər (antistoks lüminessensiya).Bu o vaxt olur ki, düşən kvantın enerjisi maddənin atom və ya molekulunun istilik hərəkəti enerjisi hesabına artır. Eynşteyn qanununa əsasən udulan enerji verilən enerjidən çox olduğundan udulan molekulun dalğa uzunluğu daha az olur. E = h · ν ; ν = ; E=h/ λ ; Ef < Em(0) ; νf < νm(0) ; λf > λ0 Stoks qanunu: Adi gözlə görünən flyuorosensiya şüasını (λ= 380÷760 nm) almaq üçün maddəni ultrabənövşəyi şüa (λ=100÷380 nm) ilə oyatmaq lazımdır.
Lüminessensiya xarici təsir nəticəində yaranır.
Fotolüminessensiya maddəyə işıq şüalarının təsiri ilə yaranır. Stoks bu hadisəni öyrənərək müəyyən etmişdir ki, şüalanan işığın tezliyi onu yaradan işığın tezliyindən kiçik olur. νf < νm(0) ; Ef < Em(0) ; λf > λ0 (E = h·ν; ν = ; E=h/ λ) Çünki, düşən fotonun enerjisinin bir hissəsi şüalanma ilə əlaqəsi olmayan kənar proseslərə xərclənir.
hv -maddə üzərinə düşən
-şüalanan kvantın enerjisi,
-düşən kvantın enerjisinin itən hissəsidir.
Fərz edək ki, atom iki enerji səviyyəsində ola bilər - enerjisi E1 olan əsas və enerjisi E2 olan həyəcanlanmış. Bu səviyyələr arasında üç tip optik keçid mümkündür: işığın udulması, spontan (özbaşına) şüalanma və məcburi şüalanma.
Atom enerji şüalandırmaqla (hv = E2 - E1 olan bir foton) həyəcanlanmış haldan (E2 enerji səviyyəsindən) əsas səviyyəyə keçir.
Bu zaman atomun üzərinə düşən elektromaqnit dalğasının tezliyi və yayılma istiqaməti atomun məcburi şüalanma dalğasının xarakteristikaları ilə eyni olduğundan onlar koherent dalğalardır. Bu o deməkdir ki, elektromaqnit dalğasının təsiri ilə maddədə bir fotonun əvəzinə hər birinin enerjisi hv olan iki foton əmələ gəlir: şüalanmaya məcbur edən foton və yeni yaranan foton.
Beləliklə, maddədən keçən işığın iki dəfə güclənməsi baş verir. Lakin xarici elektromaqnit dalğalarının təsiri ilə maddə atomunda işığın udulması da baş verir. Bu səbəbdən maddədən keçən işığın intensivliyi azalır.