Flyuorometriya Küütlə spektrometriyası



Yüklə 3,66 Mb.
səhifə14/14
tarix20.11.2023
ölçüsü3,66 Mb.
#165620
1   ...   6   7   8   9   10   11   12   13   14
Molekulyar-lüminessent analiz. Flyuorometriya

Lüminessensiya

Lakin lüminessensiya ixtiyari temperaturda yarana bilər.


Lüminessensiya hadisəsi lazerlərin iş prin­sipinin əsasında durur.
İşıq mühitdən keçərkən onun enerjisi atomların müəyyən enerji səviyyələrinin fərqinə bərabər olduqda şüa udma və ya şüa buraxma yaranır. Mühitin atomları tarazlıq vəziyyətində olduqda Bolsman paylanmasına görə elektronların əksəriyyəti aşağı enerji səviyyəsində olur. İşıq kvantları belə mühitə düşdükdə əsasən udulurlar və mühitdən keçən işığın enerjisi azalır.
Əgər atomlarda elektronlar yuxan enerji səviyyəsində olarsa, onda düşən işığın təsirilə bu elektronlar aşağı enerji səviyyəsinə keçərək şüalanma yaradırlar və beləliklə, mühitdən çıxan işığın enerjisi artmış olar. Deməli, mühitdən keçərkən işığın enerjisinin artması üçün yuxarı enerji səviyyələrində olan elektronların sayı əsas enerji səviyyələrində olan elektronların sayından çox olmalıdır. Atomlarda elektronların belə paylanması invers (çevrilmiş) məskunlaşma adlanır. Müəyyən vasitə ilə maddəni şüalandırmaqla invers məskunlaşma əldə etmək olar.
İnvers məskunlaşmaya malik olan mühitə işıq dalğası düşdükdə yuxarı səviyyədə olan elektronlar məcburi olaraq aşağı səviyyəyə keçəcək. Hər bir foton öz tezliyinə bərabər tezlikdə fotonun yaranmasına səbəb olacaq.
1 foton əvəzinə 2 foton olacaq, onlar da öz novbəsində məcburi şüalanma yaradaraq 4 fotonun əmələ gəlməsinə səbəb olacaqlar və beləliklə, fotonların sayı selvari artacaqdır. Təsvir edilən bu proses - invers məskunlaşmanın əldə edilməsi, bu mühitə foton dəstəsi göndərdikdə məcburi şüalanma yaradılması optik kvant generatorların - lazerlərin iş prinsipini təşkil edir.
Mesələn, spektral xəttinin eni 10-10 m olan 10-6metrlik dalğa vasitəsilə 104 sayda radioverilişi ötürmək olar. Lazer şüaları vasitəsilə mikrodeşiklər açmaq, mikroyarıqları «lehimləmək», orqanizmdə bir-birindən aralanmış toxumalrı, məsələn, gözün tor təbəqəsini ondan ayrılmış toxumaya birləşdirmək olar.
Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin