Əvvəlcədən kimyəvi reaksiya enerjisi hesabına həyəcanlandırılmış atom və ya molekullardan işığın ayrılmasına xemilümenessensiya deyilir. Əksər ekzotermik reaksiyalar zamanı enerji istilik şəklində, bəzi reaksiyalarda isə enerjinin bir hissəsi işıq şəklində ayrılır. Xemilüminessensiya hadisəsi çoxdan məlumdur. Müxtəlif orqanizmlərdə müşahidə olunan bu hadisə onlarda orqanizm tərəfindən ifraz edilən maddənin oksigenlə fermentativ oksidləşməsi ilə əlaqədardır. Xemilüminesensiya məhlulda enerjisi 170 kc/mol-dan çox olan elementar ekzotermik aktlar baş verdikdə müşahidə olunur. Sxematik olaraq xemilüminessensiya reaksiyasına
A + B +....
P + hEyni zamanda həm də qaranlıq proses (şüalanmasız) baş verir. P
Xemilüminesensiyanın intensivliyi (I) xemilüminesenst reaksiyanın sürəti ilə düz mütənasibdir.
I ==
- lüminessensiya edən molekulların sayı, - şüalandırılan molekulların ümumi sayıdır.
-nin maksimum qiyməti 1-ə bərabərdir. Xemilüminesensiyada kompleksəmələ-gəlmə, hidrogen-peroksidin katalitik parçalanması, radikal proseslər böyük əhəmiyyətə malikdir.
Analitik kimya praktikasında xemilüminessent reaksiyalar stifadə olunur:
1. Bulanıq və rəngli məhlulların titrlənməsi zamanı ekvivalent nöqtənin təyini;
2. Xemilüminessent reaksiyaların əsas komponentlərinin (xemilüminessent reaktivin, oksidləşdirici və ya reduksiyaedicinin) təyini;
3. Katalizatorlarının və ya ingibitorlarının təyini;
4. Xemilüminessent reaksiyaların ingibitorları olan üzvi maddələrin oksidləşməsinə görə təyini
Xemilüminessent analiz
Beləliklə,xemilüminessent analiz metodu bir tərəfdən katalitik analiz metodu, digər tərəfdən isə lüminessent analiz metodudur.
Xemilüminessent analiz metodunun üstünlüyü aşağı təyinetmə həddinə malik olmasıdır. Metod kifayət qədər dəqiq, ekspressdir və aparatura sadədir. Lakin az selektivdir.
Xemilüminessent analiz zamanı təmiz reaktivlər tətbiq etmək lazımdır( k.t., x. t. və ya reaktivlər yenidən kristallaşdırma, distillə, yaxud ion-mü-badilə ilə təmizlənməlidir).
Halhazırda daha çox yayılmış və geniş öyrənilmiş xemiLüminessent reaktivlər aşağıdakılardır:
lyuminol, lyutsiqenin, siloksen.
Lüminolun (3-aminoftal turşusunun hidrazidi, H2L) hidrogen-peroksidlə reaksiya-sından qələvi mühitdə (pH>8,5) mavi işıqsaçma meydana çıxır. Lüminolun işıqsaçması 1928-ci ildə Albrext tərəfindən təsvir edilmişdir. Lüminolun işıqsaçması həm də başqa oksidləşdiricilərin, məsələn xlorlu, bromlu, yodlu suyun, natrium-bismutatın və s. təsirin-dən baş verir.
Lüminolun oksidləşməsi reaksiyasından oksidləşdiricilərin (H2O2, J2, ClO- və s.), kobalt, mis, dəmir, sirkonium, titan, platin metallarının və s. ionlarının mikromiq-darının 10-9-10-8q/ml təyinetmə həddi ilə təyini üçün tətbiq edilir.
Metal ionları işıqlanmaya müxtəlif cür təsir edir. Mis, kobalt və s.metal ionları H2L- H2O2 sistemində işıqlanmanı artırır. Sirkonium, titan və s. ionlar H2L-CuII- H2O2 sistemində lüminessensiyanı söndürür. Lüminonolla reaksiya əsasında 10-9-10-4q/ml təyinetmə həddi ilə qeyri-metalları və üzvi maddələri (qeyri-üzvi və üzvi sulfidlər, aminturşular, aminofenollar, 8-hidroksixinolin və s.) təyin edirlər. Titrimetriyada, məsələn kompleksonometriyada indikator kimi tət-biq edilir: sink və ya kadmium duzu məhluluna etilendiamintetraasetat turşusunun dinatrium duzunun titrli məhlulunun artığı əlavə olunur, sonra isə artığı lyuminol və H2O2 iştirakı ilə mis duzu məhlulu ilə titrlənir. Əvvəlcə mis davamlı kompleksə keçir, ekvivalent nöqtəsində sərbəst mis ionları H2L və H2O2 arasında xemilüminessent reaksiyanın katalizatoru rolunu oynayır və işıqlanma meydana çıxır.
Lyutsiqenin (N,Nı-dimetilbiakridilnitrat, Lc) 1935-ci ildə Qley və Petç tərəfindən təs-vir edilmişdir. H2O2-nin və oksigen iştirakı ilə reduksiyaedicilərin təsiri altında pH>9 ol-duqda mavi işıqlanma verir. Lyutsiqenin 10-9-10-7q/ml təyinetmə həddi ilə qurğuşun, bis-mut, mis, kobalt və s.ionların təyinində, müxtəlif reduksiyaedicilərin təyinində və titri-metriyada indikator kimi istifadə olunur.
Siloksen (tsikloheksasiltrioksen)-qeyri-üzvi birləşmədir. 1921-ci ildə Kautski tərəfindən təklif edilmişdir. Turş mühitdə (pH<5) oksidləşdiricilərin təsirindən çəhrayı işıqlan-ma müşahidə olunur. Siloksen oksidləşmə-reduksiya metodlarında indikator kimi, seriu-mun, vanadiumun, qızılın, manqanın və s. mikromiqdarının təyinində istifadə olunur.
Əvvəllər xemilüminessent reaksiyalar vizual yolla öyrənilirdi. Sonralar xemilüminessent reaksiyada ayrılan işığın təyini və analizdə praktiki tətbiqi üçün fotoqrafik metod təklif olundu. Şəffaf və hamar dibli küvet fotolövhə üzərinə qoyulur. Müəyyən vaxtdan və işıqlanma qurtardıqdan sonra lövhə adi metodla işlənir, qurudulur və fonun qaralması mik-rofotometrdə ölçülür. lg =S (ayrılan işığın ümumi miqdarı). Bir fotolövhədə 12-24 nümunə çəkilə bilər. Küvetdə məhlulun həcmi 0,2-1 ml ola bilər.
Sonralar kinetik xüsusiyyətlərin öyrənilməsi və analizdə tətbiqi üçün fotogücləndiricili və özüyazana malik və ya ampermetrli fotoelektrik qurğu təklif olundu. Belə qurğularda işıqlanmanın vaxta görə intensivliyinin paylanmasını öyrənmək, işıqlanmanın maksimal intensivliyini və müəyyən τ vaxtı ərzində ayrılan işığı müəyyən etmək olar (özüyazanla təsvir olunan əyrinin inteqral sahəsi və ya toplayıcı kondensatorda yükün cəmi) .