Lüminesensiyada kvant və enerji çıxımları və onlar arasında əlaqə
Lüminesensiyanın intensivliyi
Həyəcanlanmış halda molekulun fiziki-kimyəvi xaeajteristikası: dipol momenti, tur-şu-əsas və oksudləşmə-reduksiya xassələri əhəmiyyətli dərəcədə dəyişir. Molekulun mü-əyyən birləşmələrə qarşı reaksiya qabiliyyəti artır. Bu halda lüminessensiya mərkəzi qa-rışıqla qarşılıqlı təsirdə olur. Qarışığın molekulları və ya ionları ilə həyəcanlanmış halda molekulun qarşılıqlı təsirindən lüminessensiyanın sönməsi dinamik sönmə adlanır. Sta-tistik sönmədən fərqli olaraq dinamik sönmədə əsas halda olan təyin edilən maddə mole-kulları bu prosesdə iştirak etmir. Ona görə də dinamik sönmədə udma spektri dəyişmir. Nitrobirləşmələr, aminlər, halogenli və kükürdlü üzvi birləşmələr effektiv dinamik söndü-rücülərə aiddir.
Lüminesenst titrləmə
Lüminessenst indikatorların titrimetrik metodlarda tətbiqi çox maraqlıdır. Lüminesenst indikatorlar (-naftilamin, akridin və s.) reaksiyada iştirak edən maddələrdən, məhlulun pH-ından və ya oksidləşdiricilərin iştirakından asılı olaraq ya rəngini, ya da lüminessensiya intensivliyini dəyişir. Morindən lüminisenst indikator kimi istifadə etməklə 5-10% xəta ilə Al, Zr və s. elementlərin 1-10 mkq-nı təyin etmək olar. Fe, Co, Ni, Mn və başqa elementlərin iştirakı ilə 1ml məhlulda 0,01-0,1mkq misi flüoreksonla titrləməklə təyin etmək olar.
Lüminessenst indikatorların tətbiqi bulanıq və rəngli mühitin analizi ilə bağlı mürəkkəb analitik vəzifələri həll etməyə imkan verir (meyvə şirələri, şərab və başqa içkilər).
Sistemin oksidləşmə-reduksiya potensialından asılı olaraq oksidləşmə-reduksiya flu-oressent indikatorların fluoressensiya intensivliyi, ya da rəngi dəyişir.
Məsələn, Fe2+ ion-larının siloksen indikatoru iştirakı ilə serium-sulfatla titrlədikdə reaktivin azca artığının iştirakı ilə məhlulun fluoressensiyası itir.
Temperaturun artması da lüminessensiyanın sönməsinə səbəb olur. Bu lüminessensiyanın temperatur sönməsi adlanır. Temperaturun artması ilə molekulların rəqs enerjisi artır və şüalanasız keçidlərin ehtimalı yüksəlir. Bununla yanaşı həyəcanlanmış molekulla-rın dissosiasiya ehtimalı da yüksəlir. Bu prosesdə işıq kvantlarının şüalanması baş vermir.
Daxili sönmə proseslərinin ehtimalını azaltmaq və müvafiq olaraq kvant çıxımını ar-tırmaq üçün müxtəlif üsullardan istifadə olunur:
Məhlulun dondurulması;
Analiz edilən maddənin məhluldan adsorbsiyası və ya absorbsiya;
Yüksək temperaturda ionların kristal qəfəsinə diffuzion daxil edilməsi;
Sərt strukturun yaranmasına səbəb olan oksidləşmə-reduksiya və kompleksəmələgəlmə reaksiyalarından istifadə etməklə kimyəvi modifikasiya.
Məsələn, 2-hidroksifenil-[(2-hidroksifenil)imino]metan(I) fluoressensiya etmədiyi halda onun Al3+ ionu ilə kompleksi(II) intensiv fluoressensiya verir.