FONETİKA Fonetika danışıq səslərini öyrənən dilçilik bölməsidir. “fone” – səs “tika” elm deməkdir. Danışıq səsləri hansı səslərdir və necə yaranır? - Danışıq səsləri danışıq zamanı tələffüz etdiyimiz səslərdir və danışıq üzvləri vasitəsilə əmələ gəlir. Danışıq üzvləri hansılardır? - Danışıq üzvləri bunlardır: ağciyərlər, nəfəs borusu, qırtlaq, səs telləri, ağız boşluğu, dil, dişlər, dodaqlar və burun boşluğu. Dil, dodaqlar və səs telləri daha fəaldır. Ən fəal danışıq üzvü isə dildir. Səs və Hərf Səslər tələffüz olunur və eşidilir. Hərf yazılır və görülür. Səslərdən şifahi nitqdə istifadə olunur. Hərfdən yazılı nitqdə istifadə olunur. Səslər daimidir, az halda dəyişir. Hərflər dəyişə bilər. Səslər yazıda transkripsiya daxilində verilir. ⁅ ⁆ Sözün hərf tərkibi ilə səs tərkibi fərqlənə bilər: ailə - a: yilə Danışıq səsləri əmələgəlmə xüsusiyyətlərinə görə iki yerə bölünür: SAİTLƏR Saitləri samitlərdən fərqləndirən xüsusiyyətlər: ► Saitlər heca yaradır, samitlər isə yox. Dilimizdə 9 sait səs və hərf var: - Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:
- Qalın saitlər: [a], [ı], [o], [u]
- İncə saitlər: [e], [i], [ə], [ö], [ü]
- Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:
- Qapalı saitlər: [ı], [i], [u], [ü]
- Açıq saitlər: [a], [e], [ə], [o], [ö]
Dodaqların vəziyyətinə görə: - Dodaqların vəziyyətinə görə:
- Dodaqlanan saitlər [o], [ö], [u], [ü]
- Dodaqlanmayan saitlər: [a], [e], [ə], [ı], [i].
Dostları ilə paylaş: |