362
1.
Qurğuların bütövlüklə zədələnməsi və onların
vəziyyətini bünövrəyə və ya onun oturduğu əsasa
nisbətən dəyişməsi:
a) yerdəyişmə; b) çökmə; v)
əyilmə; q) aşma
;
2.
Qurğunun ayrı-ayrı konstruksiyalarının və ya onların
ünsürlərinin zədələnməsi:
d) deformasiya; e) uçulma;
j) zədələnmə; z) dağılma
.
1-ci qrupa aid zədələnmələr əsasən bu səbəblərdən baş
verir: bünövrələrinin yük götürmə
qabiliyyətinin kifayət
dərəcədə və eyni-bərabər olmaması; hesablanmış yükdən xeyli
artıq qeyri-bərabər yüklənmə.
2-ci qrup zədələnmələrin səbəbi isə aşağıdakılardan ibarə-
dir: ağırlıq təsiri (statik və dinamik) nəticəsində - qırılma,
basılıb əzilmə və s.; mexaniki təsir - əzik, əyilmə, aşınma və s.;
fiziki təsir – yüksək temperatur nəticəsində qabarma və
dağılma, mənfi temperaturda xırda çatların yaranması:
kimyəvi
təsir - korroziya, paslanma.
Obyektin dağılması
Obyektin zədələnməsinin dərəcəsi partlayışın, qasırğanın,
gücündən; zəlzələnin və ya partlayışın növündən (yeraltı,
sualtı); zəlzələnin epimərkəzindən obyektədək olan məsafədən;
obyekt qurğularının texniki xarakteristikasından - konstruksiy-
asından, möhkəmliyindən (əsaslı
müvəqqəti, yerüstü, yeraltı
mühafizəli və ya mühafizəsiz və s. tikililər); ölçülərindən və
formasından; küləyin təsirinə dayanıqlılığından;
obyektin
363
planlaşdırılmasından (sıx və ya seyrək tikintili), tikintinin
xarakterindən; ərazinin landşaftından (relyef, torpaq,
bitki
örtüyü); meteoroloji şəraitdən (küləyin istiqaməti və sürəti,
rütubət, temperatur, yağıntıların mövcudluğu) və s. asılıdır. Bu
zaman: istehsalat binaları - güclü dağıntılara, mülki binalar və
qurğular - orta dərəcəli dağıntılara,
şəxsi heyət orta dərəcəli
zədələnmələrə məruz qalarsa, obyekt sıradan çıxmış
hesab
edilir.
Dostları ilə paylaş: