FöVQƏladə hadiSƏLƏRİn nəTİCƏLƏRİNİn aradan qaldirilmasi fövqəladə halların nəticələrinin aradan qaldırılmasının nəzəri əsasları Obyektlərin zədələnmə ocaqları


Qəza və təbii fəlakət nəticələrinin aradan qaldırılması üzrə



Yüklə 157,21 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix25.12.2023
ölçüsü157,21 Kb.
#197032
1   2   3   4   5   6   7   8   9
14 Movzu - FH-in neticelerinin aradan qaldirilmasi

Qəza və təbii fəlakət nəticələrinin aradan qaldırılması üzrə 
vəzifələrin xüsusiyyətləri 
 
İstehsalat qəzaları və təbii fəlakət nəticələrinin aradan 
qaldırılması - zədələnmə (zəhərlənmə) ocaqlarında, fəlakətli 
subasma zonalarında və təbii fəlakət rayonlarında zərər çəkmiş 
əhaliyə hər cür yardım göstərmək, dağıntıların və itkilərin 
artmasının qarşısını almaq, eləcə də şəhərlərin, yaşayış 
məntəqələrinin və təsərrüfat obyektlərinin həyat fəaliyyətini 
bərpa etmək məqsədilə qısa müddətdə həyata keçirilən 
tədbirlərin cəmindən ibarətdir.
Güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin 
aradan qaldırılması üzrə vəzifələr ancaq baş vermiş hadisə 
nəticələrinin aradan qaldırılması üzrə passiv tədbirlərlə 
məhdudlaşmır, 
bu vəzifələr sırasına həmçinin həmin 
hadisələrlə 
fəal 
mübarizə 
tədbirləri: 
onların 
proqnozlaşdırılması, qarşısının alınması, bir sıra qəzaların hələ 
başlanğıc 
mərhələsində 
məhdudlaşdırılması 
(meşə 
yanğınlarının söndürülməsi, daşqınlarla mübarizə, su 
bəndlərinin yarılmış yerlərinin bərkidilməsi, daşqın təhlükəsi 
zamanı əlavə bəndlər düzəldilməsi və s.) daxildir.
Buna müvafiq olaraq, fəlakətlərin (istehsalat qəzaları və 
kortəbii hadisələrin) nəticələrinin aradan qaldırılması işləri altı 
qrup təşkilati və mühəndis tədbirlərini əhatə edir:
I qrup
- təbii fəlakətlərin proqnozlaşdırılması. Bu qrupa 
hadisələr 
barədə 
məlum 
olan 
elmi 
və 
təcrübi 
qanunauyğunluqlar, statistik hesablamalar (günəşin fəallaşması 


378 
hadisəsinə dair kosmik məlumatlar, meteoroloji, seysmik, 
vulkanik, bioloji və s. proqnozlar) və s. daxildir.
II qrup
– gözlənilən təhlükə barədə əhalini xəbərdar etmək 
və məlumatlandırmaq da daxil olmaqla, təbii fəlakətlərə və 
qəzalara 
qarşı mübarizə, onların qarşısının alınması, 
nəticələrinin məhdudlaşdırılması, zədələnmələrin və itkilərin 
azaldılması tədbirlərindən ibarətdir.
III qrup
- təbii fəlakət rayonlarında və istehsalat qəzaları 
ocaqlarında aparılan xilasetmə və digər təxirəsalınmaz işlərdən 
ibarətdir. Belə işlərə aşağıdakılar daxildir: mühəndis kəşfiyyatı 
ilə 
dağıntıların dərəcəsinin və həcminin, zəhərlənmə 
zonalarının ölçülərinin, yanğın və ya daşqınların yayılma sürəti 
və istiqamətinin təyin edilməsi; təhlükəyə bilavasitə məruz 
qalan obyektlərin və yaşayış məntəqələrinin aşkar olunması; 
təhlükənin qarşısını almaq və ya aradan qaldırmaq üçün lazım 
olan qüvvə və vasitə qruplarının müəyyən edilməsi; daşqın 
rayonlarından, zəhərlənmə zonalarından, yanğın ocaqlarından 
uçqunlardan 
və 
mühafizə 
qurğularından 
insanların, 
heyvanların, maddi sərvətlərin xilas edilməsi və zədəlilərə tibbi 
yardım göstərilməsi; xilasetmə işlərinin aparılmasını təmin 
edən və sonrakı bərpa işlərinə zəmin yaradan digər 
təxirəsalınmaz işlərin icra edilməsi; şəhərlərdə və digər yaşayış 
məntəqələrində həyat fəaliyyətinin bərpa edilməsi; fəlakət 
rayonlarında ictimai asayişi təmin etmək üçün komendant 
xidmətinin təşkili; maddi sərvətlərin qorunması; həlak olmuş 
adamların axtarılması, şəxsiyyətinin müəyyən edilməsi və dəfn 
edilməsi.

Yüklə 157,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin