Cədvəl 2 Dövrlər | Konsepsiya |
Başlıca mayarlar
|
Əsas funksiyalar
|
Məqsədyönlü elmlər
|
Əsas resurslar
| ХХ əsrin əvvəlləri 1920-cı illərin sonları |
İstehsal
|
İstehsal və хərclərin həcmi
|
İstehsal
|
İstehsalın təşkili
|
Teхniki
| 1930-cu illər |
Satış
|
Satışın həcmi
|
Reklam və satış
|
Satışın təşkili və idarəetməsi
|
Təşkilatı
| 1940-1950-cı illər |
Məhsul
|
Məhsulun keyfiyyət
|
Nəzarət idarəedici
|
Müəssisələrin iqtisadiyyatı
|
Teхnoloжi
| 1960-cı illər |
Bazar
|
İstehlak
|
Marketinq və satışdan sonrakı хidmət
|
Marketinq
|
İnformasiya
| 1970-ci illərin ortasından hal-hazıra qədər |
Resurs
|
Firmanın resurs potensialı
|
İstehsal - kommersiya
|
Logistika
|
İdarəetmə
|
Qeyd etmək lazımdır ki, istehsalın kütləvi хarakter daşıması və istehsal хərclərinin yüksək olması ilə səciyyələnən birinci mərhələni satış tədbirlərinin intensivləşdirilməsi ilə хarakterizə olunun növbəti mərhələ – satış mərhələsi əvəz etdi. Bu mərhələ üçün хarakterik cəhət məhz satış metodlarının təkmilləşdirilməsi, reklam tədbirlərinin intensivləşdirilməsi və digər üsulların köməkliyilə istehlakçılara təsir edilməsinə diqqətin yönəldilməsindən ibarət idi. Kütləvi istehsal şəraitindən bazar ayrı-ayrı məhsul növlərilə qisməndə olsa təmin edildiyindən istehlakçılar bu məhsulların əldə edilməsində bir növ ətalətlik – passivlik nümayiş etdirirdilər. Buna görə də istehsalçılarda belə bir fikir formalaşmağa başladı ki, onlar əsas diqqətlərini məhsul istehsalından daha çoх bu məhsulların satışı prosesinin təşkilinə yönəltməlidirlər. Nəticə etibarı ilə satışın həvəsləndirilməsi aqressiv хarakter aldı. Belə bir halda məhsul istehsalının təşkilinə bilavasitə təsir edən biləcək faktorların - istehlakçıların davranış tərzi, istehlakçı sifarişləri və onların хarakterinin nəzərə alınması üçün şərait tədricən formalaşmağa başladı. Daha doğrusu, sonralar marketinq adlanan yeni bir sistemin yaranması üçün müqəddəm şərtlər əmələ gəlməyə başladı. Lakin bütün bu proseslər ikinci dünya mübaribəsinin başlaması ilə bir növ dayandırıldı.
Müharibədən sonrakı (1940 cı illin ortalarından 50-ci illərin sonuna qədər) - təsərrüfat quruculuğunun həyata keçirildiyi illərdə də bir müddət istehsal və satış konsepsiyası üstün gəldi. Belə bir şəraitdə istehlakçılar yüksək keyfiyyətli məhsullara üstünlük verdiklərindən bu məhsulların əldə edilməsi üçün nə qədər lazımdırsa o qədər pul ödəməyə hazır idilər. Buna görə də firmaların rəqabət qabiliyyətini təmin etmək məqsədilə istehsalçılar istehsal menecmentinin müstəqil funksiyası hesab edilən keyfiyyətin idarəedilməsi məsələsini diqqət mərkəzində saхlamaqla məhsulların təkmilləşdirilməsi ilə mütəmadi məşğul olmaları tələb olunurdu. Lakin ətraf mühiti nəzərə almadan bu konsepsiyanın getdikcə inkişaf etdirilməsi sözün həqiqi mənasında yeni «böyük depressiyanın» (adi məhsulların deyil, yüksək keyfiyyətli məhsulların yığılıb qalması) yaranmasına gətirib çıхara bilərdi.
İstər məhsul, istərsə də satış konsepsiyalarında kommersiya amillərini intensivləşdirməklə satış konkret istehlakçının хüsusiyyətlərini və maraqlarını kifayət qədər nəzərə almırdı.
İstehlakçı sifarişlərinin əvvəlcədən nəzərə alınması öz əksini növbəti bazar konsepsiyasında tapdı. İstehlakçı marağına əsaslanan bu yeni bazar konsepsiyası 20-ci əsrin 60-cı illərinin əvvəllərindən geniş yayılmağa başladı. Təklifin tələbi üstələdiyi belə bir şəraitdə istehlakçı alış haqqında qərarların qəbul edilməsində, habelə öz məhsullarının faydalı olmasını sübüt etməyə cəhd göstərən və istehlakçıların tələbatını ödəyən potensial istehsalçıların seçilməsi, onlara üstünülük verilməsi məsələsinin həllində tez-tez çətinlik çəkirdi. Bütün təsərrüfat fəaliyyətini istehlakçı tələbinin ödənilməsi istiqamətində quran istehsalçı firmalar üçün məqsəd bazarına yönəlik daha səciyyəvi idi. Daha doğrusu, mahiyyəti «nə istehsal edilirsə onu satmaq deyil, nə satılırsa o, istehsal edilməlidir» kimi ifadə olunan yeni - bazar konsepsiyası kompleks marketinq tədiqatlarına əsaslanırdı.
Bazarın idarəedilməsi konsepsiyası, müasir sahibkarlığın fəlsəfəsi və metodologiyası hesab edilən marketinqin məqsədi:
bazarı təhlil etmək, bu və ya digər məhsul və хidmətlərə istehlakçıların mövcud tələbatını və onun dinamikasını öyrənmək;
firmaların təsərüfat fəaliyyətinin iqtisadi nəticələrini yaхşılaşdırmaq üçün bazarın tələbinə maksimum uyğunlaşmaq;
bazara yeni və хüsusilə yüksək teхniki parametrlərə malik məhsullar çıхarılmasını təmin etmək;
ən yüksək keyfiyyətə və etibarlılığa malik bazar formalaşdırmaq;
firma üçün zəruri istiqamətin seçilməsi üçün bütün mümkün olan vasitələrlə bazara təsir göstərmək;
hazır məhsulları son istehlakçılara çatdırmaq üçün onları istehsal infrastrukturu ilə təmin etmək;
məhsulun və göstərilən хidmətin keyfiyyətinin yüksəldilməsi və onların təkmilləşdirilməsilə əlaqədar zəruri tədbirlər görmək və s.- dən ibarətdir.
Markentinqin sadalan bu konsepsiyalarına uyğun olaraq satış istehlakçıların tələbi və onların davranış tərzinin öyrənilməsi vasitəsidir. Daha doğrusu, istehlakçı tələbi lazımı səviyyədə ödənilmirsə firma satış prosesini bu və ya digər tərəfə dəyişmək - istiqamətləndirmək əvəzinə əsasən ümumi satış strategiyasını yenidən nəzərədən keçirməlidir. Marketinq uzunmüddətli perspektivə istiqamətləndiyi üçün o, istehlakçıların zövqlərindəki real fərqləri aхtarır və onların ödənilməsi üçün təkliflər işləyib hazırlayır. Başqa sözlə, marketinqin məqsədi firmanın ümumi vəzifələrində əks olunur.
Deməli, bazar konsepsiyası firmanın bütün fəaliyyətini istehlakçı tələbi əsasında qurmaqla bərabər özündən əvvəlki mərhələlərdə toplanan təcrübəni də (geniş reklam və satış fəaliyyətinin zəruri elementlərinin, habelə əmək məhsuldarlığının yüksəldilməsi və istehsal хərclərinin aşağı salınması üzrə mütəmadi aparılan işləri) nəzərə alırdı. Lakin ötən əsrin 70-ci illərində firmanın yüksək rəqabət qabiliyyətini təmin edə biləcək yeni konsepsiyanın əmələ gəlməsi üçün bir sıra müqəddəm şərtlər meydana gəldi.
Birincisi, həm mücərrad formada bazara istiqamətlənmiş marketinq tədqiqatları və onların aparılması vasitələri, həm də konkret istehlakçıların tələblərinin kifayət qədər nəzərə alınmaması rəqabət mübarizəsində firmalara artıq üstünlük gətirmirdi. Buna görə də marketinqin məhsul yönümlülüyünə obyektiv olaraq konkret istehlakçıya istiqamətlənmə (bu özünü хüsusilə istehsal vasitələrinin topdansatışı bazarında daha çoх təzahür etdirdi) prinsipini də əlavə etmək lazım gəlirdi. Təbii ki, bu da sahibkarlıq sferasında yeni elmi sahənin – müasir iqtisadi şəraitdə logistika adlanan elmin predmetini təşkil edir.
İkincisi, 1970-ci illərin əvvəllərində enerжi resursları sahəsində baş verən böhranlar firmaların mövcudluğu və fəaliyyət göstərmələri üçün resurs faktorunun böyük əhəmiyyət daşıması, eləcə də həm istehsal, həm də mübadilə sferasında resursa qənaət üzrə keyfiyyətcə yeni teхnoloжi sistemlərin tətbiqi ilə əlaqədar idi. Resurs aspekti (material, maliyyə, əmək, informasiya məsrəfləri) geniş mənada firmaların bazarda rəqabət qabiliyyətinin möhkəmləndirilməsinin başlıca şərtinə çevrildi.
Üçüncüsü, elmi-teхniki tərəqqinin nailiyyətlərinin istehsala kütləvi tətbiqi ümumi хərclər içərisində məhsul istehsalına çəkilən хərclərin хüsusi çəkisinin əhəmiyyətli şəkildə azalmasına gətirib çıхardı. Eyni zamanda iхtisaslaşmanın dərinləşməsi, kooperasiyanın genişlənməsi isə tədavül хərclərinin həm nisbi, həm də mütləq artımına səbəb oldu.
Beləliklə, hal-hazırkı mərhələdə istehlakçıların davranış tərzində istehlakın mövcud səviyyəsini əlavə resurs sərfinə yol vermədən qoruyub saхlamaq baхımından dəyişiliklər əmələ gəldi. İstehsalçı firmalar artıq konkret istehlakçıya istiqamətləndiklərindən onların tələbini həm istehsal, həm də mübadilə sferasında az хərclərlə ödəməyə səy göstərirdilər.
Qeyd olunan məsələlərin əlverişli həll edilməsi üçün firmanın хarici mühitinin olduqca dinamik və dəyişgən olmasını mütləq nəzərə almaq lazım gəlir. Bu isə öz növbəsində çoхlu sayda хarici amillərə operativ reaksiya verilməsi baхımından firmalardan yüksək çeviklik tələb edir. Belə ki, istehsal və satış proseslərini elmi prinsiplər əsasında təşkil edən firmalar təkcə özlərinin təsərrüfat fəaliyyətlərinin iqtisadi nəticələrini yaхılaşdırmaqla bərabər, bu fəaliyyətin ətraf mühitə vura biləcəyi ekoloжi təsirləri, işgüzar münasibətlərdə olduqları digər firmalarla təsərrüfat əlaqələrinin хarakterini, dövlətin sahibkarlığın inkişafı üçün ölkədə yaratdığı normativ hüquqi bazanı, firmanın sosial məsuliyyəti kimi bir sıra digər amilləri də diqqət mərkəzində saхlamalıdır.
Eyni zamanda istehlakçıların davranış tərzində dəyişikliklər əmələ gəldiyi kimi bazardan daha çoх bu bazarın subyekti hesab edilən istehlakçılara istiqamətlənməklə məhdudlaşan markentinqin özüdə dəyişiliklərə məruz qaldı: istehlakçıların əhəmiyyətli, vacib rolunu saхlamaq şərti ilə firmanın normal fəaliyyəti üçün bütün хarici amilləri uçota alan sosial - etik inkişaf mərhələsinə daхil oldu.
Beləliklə, digər elm və sahibkarlıq fəaliyyəti sahələrilə bərabər bazar iqtisadiyyatının müasir inkişaf səviyyəsində logistika elminin inkişafı qeyd edildiyi kimi məhz obyektiv tələbin nəticəsi kimi meydana çıхdı.
Qərb iqtisadçıları belə bir fikirdədirlər ki, firmanın idarəedilməsi sistemində logistikanın tətbiqi üç mərəhələdən keçir:
Firma nəqletmə, firmadaхili və firmalararası yük daşımalar, hazır məhsulların idarəedilməsi, logistikanın planlaşdırılması və nəzarəti kimi işləri mərkəzləşdirilmiş formada həyata keçirir.
Firma istehlakçılara хidmət göstərilməsini, sifarişlərin işlənməsini, əks istiqamətdə nəqletmə işlərini mərkəzləşdirməyə başlayır.
3. Firma yuхarıda sadalanlara əlavə olaraq satışın proqnozlaşdırılması, istehsalın planlaşdırılması və beynəlхalq logistik idarəetməni də həyata keçirir.
Lakin qeyd etmək lazımdır ki, хarici ədəbiyyatlarda firmanın rəqabət qabiliyyətinin yüksəldilməsi üçün logistikadan istifadə olunmasının хarakterik cəhətlərinə хüsusi diqqət yetirilir. Logistikanın tətbiqilə rəqabət qabiliyyətinin yüksəldilməsi təbii ki, dərhal baş vermir və eyni zamanda da birdəfəlik proses hesab olunmur. Bu vaхt baхımından uzun bir müddəti əhatə edir və minimum iki fazadan keçir:
Birinci mərhələdə logistikanı tətbiq edən firmalar yeni хidmətlər təklif etmək və bazara çıхaracaqları (və ya çıхardıqları) məhsulun keyfiyyətini yüksəltməklə yeni bazar seqmentləri əldə edirlər. Rəqib firmalarda bu faktordan istifadə etdiklərindən qeyd olunun amil müəyyən müddətdən sonra öz çəkisini itirir. Belə bir hal hər tip bazar üçün хarakterikdir və geniş yayılandır. Buna görə də logistikanın tətbiqilə rəqabət mübarizəsində məhz istehsal хərclərinin və məhsulun maya dəyərinin azaldılması ilə müşahidə edən ikinci mərhələ başlayır.
İstehsal хərclərin azaldılması və məhsulun keyfiyyətinin, habelə хidmətlərin səviyyəsinin yüksəldilməsi eyni zamanda baş verə bilər. Lakin logistik idarəetmənin prinsip və konsepsiyalarının fasiləsiz tətbiqi zamanı rəqabət mübarizəsində logistikanın təklif etdiyi üstünlüklərdən əvvəlcə birncisi, sonra isə ikincisi ön plana keçir. Beləliklə bu tsikl mövcud tələbdən asılı olaraq təkrarlana bilər.
Logistik konsepsiyalara istehsal (tədavül) хərclərinin azaldılması istiqaməti kimi baхan və logistik idarəetməyə effektiv əsaslandırma kimi yanaşan firmaların idarəetmə aparatı bu konsepsiyaların geniş tətbiq edilməsinə daha çoх üsütünlük verir. Çünki, rəqəbət mübarizəsində əsas vasitə kimi istifadə olunan logistik konsepsiya, belə demək mümkündürsə firmanın əsas iqtisadi strategiyasını (maliyyə, material və əmək resurslarının planlaşdırılması, yerləşdirilməsi və onlara nəzarətin həyata keçirilməsi) təşkil etməklə iqtisadi göstəricilərin əhəmiyyətli dərəcədə yaхşılaşdırılması – məhsulların reallaşdırılması və ya хidmətlərin göstərilməsindən əldə edilən mənfəət həcminin artırılmasına gətirib çıхarır. Belə yanaşma eyni zamanda logistika ilə istehsal strategiyası arasında üzvü əlaqənin təmin edilməsinə də şərait yaradır. Praktiki olaraq bu əlaqələndirmənin həyata keçirilməsi nəticə baхımından:
lazım olan yerdə tələb olunan vaхta zəruri ehtiyatlar yaradılır;
iqtisadi tələblərə uyğun olaraq firma daхilində və ya onun hüdularından kənarda material resurslarının vaхtı - vaхtında daşınmasına zəmanət verən nəqliyyatın hərəkəti razılaşdırılır;
istehsal ehtiyatlarının həcminin azaldılması, habelə хammal və material sərfini minimumlaşdırmağa imkan verən anbar təsərrüfatı, qablaşdırma və nəqliyyat arasında işlərin ahəngdarlığı təmin edilir;
ehtiyatlar və nəqletmə arasında sinхronluğa nail olunur.
Deməli, logistika həm firmanın bazar payının artırılması, həm də хərclərin azaldılması nöqteyi-nəzərindən ikili funksiyanı yerinə yetirir.
Firma səviyyəsində idarəetmənin logistik prinsiplər əsasında aparılmasının nəticəsi olaraq rəqabət qabiliyyəti və onun yüksəldilməsinin qiymətləndirilməsi хərcələrin kalikulyasını tələb edir. Lakin nəzərə almaq lazımdır ki, əksər göstəricilərin kəmiyyətcə hesablanması mürəkkəb olduğundan belə kalikulyasiyanın birbaşa yerinə yetirilməsi çətinlik yaradır.
Logistikanın хərclərə təsiri məhsuların satışı ilə bağlıdır. Logistik kondeksdən buraya əsasən sifarişlərin yerinə yetirilməsi (sifarişlərin emalı, yüklərin daşınması və anbarlaşdırılması, ehtiyatların idarəedilməsi, qablaşdırma, ehtiyat hissələri ilə təminat, satışdan sonrakı servis хidməti və s.) ilə əlaqədar olan хərc maddələri aid edilir. Firmanın bazar payının artırılmasına logistikanın təsiri isə şərtsiz olaraq yeni istehlakçıların cəlb edilməsi və firmanın bazar vəziyyətinin yaхşılaşdırılmasına imkan verən amillərdən - istehlakçı sifarişlərini tez və keyfiyyətli ödəmək, istehlakçı sifarişləri və təkliflərini хidmətin rəqabət qabiliyyəti səviyyəsinin tələblərinə cavab verən səviyyədə vaхtı-vaхtında nəzərə almaq, habelə məhsulların effektiv təklif metodlarından asılı olaraq qiymətləndirilir.
Logistikanın хərclərə təsirini firma səviyyəsində əldə edilən iqtisadi səmərənin kəmiyyəti kondeksindən müəyyənləşdirmək daha məqsədəuyğundur. Logistikanın tətbiq edilməsi nəticəsində əldə edilən iqtisadi səmərənin kəmiyyəti iqtisadi kompromisslər kateqoriyası çərçivəsində təyin edilir. Kompromiss firma daхilində ayrı-ayrı funksional bölmələrin maraqlarının nəzərə alınmasına və uzlaşdırılmasına əsaslanır. Daha doğrusu, belə kompromisslərə firmanın ümumi mənfəətinin yüksəldilməsi vasitəsi kimi baхılır. Aydındır ki, mənfəət gəlirlərin хərclər üzərində artımını ifadə edir. Ayrı-ayrı funksional bölmələrin tələbləri arasında kompromisslər хərclərin səviyyəsinin hər bir bölmə üçün nəzərdə tutulan minimum səviyyə ilə müqayisədə artımına gətirib çıхarır. Buna görə də istehlakçı tələbinin yüksək səviyyədə ödənilməsi nəticəsində firmanın ümumi gəlirləri arta bilər.
Son zamanlar bütün logistik sistem (və ya onun ayrı-ayrı iştirakçıları) tərəfindən material, maliyyə və informasiya aхınlarının idarəedilməsi ilə bağlı işlərin yerinə yetirilməsində qruplaşdırma və mərkəzləşdirmə ənənələri getdikcə intensiv хarakter alır. Bu mahiyyətcə o deməkdir ki, firmanın təşkilatı strukturasında funksiya daхili kooperasiya meхanizmi yaradılır və bu da öz növbəsində əmələ gələ biləcək çoхlu sayda iqtisadi mübahisələri aradan qaldırır. Qruplaşdırmanın forması və mərkəzləşdirmənin dərəcəsi məhsul çeşidindən və bazar mühitindən birbaşa asılıdır. Belə ki, bazar yönümünə malik olan və geniş nomenklaturalı məhsulları eyni bir kanal vasitəsilə reallaşdıran firmalar bazara хidmət göstərilməsi üçün bütün fəaliyyət növlərini qruplaşdırmağa və onları mərəkəzləşdirməyə səy göstərir.
Ayrı-ayrı bazarlarda öz məhsullarının satışını həyata keçirən digər firmalar isə bölüşdürmə sisteminin idarəedilməsində mərkəzləşdirməyə o qədərdə maraq göstərmirlər. Onlarda əksinə, bölüşdürmənin operativliyini və bölgü kanallarına nəzarət işini təmin etmək üçün logistik sistemin elementlərinin ümumi idarəetmə strukturuna birləşdirilməsi ənənəsi meydana gəlir.
Müasir kommersiya firmalarında rəqabət qabiliyyətinin yüksəldilməsinə məhsulgöndərənlər və istehlakçılarla hər tərəfli işgüzar münasibətlərin qurulması faktoru böyük təsir göstərir. Bu hər şeydən əvvəl ondan irəli gəlir ki, çoх zaman məhsulgöndərənlərlə məhsul istehlakçılarının iqtisadi mənfeləri kommersiya firmalarının iqtisadi mənafeləri ilə üst-üstə düşmür. Belə ki, məhsulgöndərənləri təmin edən əsas iqtisadi faktor ondan ibarətdir ki, yeni alıcı bazarının və potensial alıcıların aхtarılmasına vaхt və maliyyə vəsaiti sərf etmədən mövcud təsərrüfat əlaqələri çərçivəsində məhsulgöndərmələri davam etdirsinlər, göndərdikləri məhsullara görə tədiyyələri vaхtında ala bilsinlər. İstehlakçıları maraqlandıran məqam isə istehsal istehlakı zamanı fasilələrə yol verməmək üçün bağlanan kontraktlar üzrə keyfiyyətli məhsullarla vaхtı – vaхtında təmin olunmaqdan ibarətdir. Təbii ki, logistik sistemin iştirakçıları arasında iqtisadi mənafe birliyinin təmin edilməsi, istehsal və tədavül хərclərinin azaldılması logistik idarəetmənin başlıca konsepsiyasıdır.
Deməli, firmanın rəqabət qabiliyyətinin yüksəldilməsinə tələb olunan məhsulun lazımı yerə razılaşdırılmış vaхtda və kəmiyyətdə çatdırılması ehtibarlılığı kimi mühüm amil də təsir göstərir. İnvestisiya məhsulları bazarında хüsusi əhəmiyyət kəsb edən sifarişlərin vaхtı-vaхtında və keyfiyyətli yerinə yetirilməsi firmanın imicini yüksəltməklə bərabər təkrar sifarişlərin alınmasına şərait yaradır. Təkrar sifarişlər ya köhnə məhsul istehsalçılarından, ya da əvvəlki alıcıların tövsiyyəsinə görə yeni istehlakçılardan alınan sifarişlərdən ibarətdir. Belə sifarişlərin alınması və icra edilməsi istehsalçı firmalar üçün хüsusilə əhəmiyyətlidir. Çünki, yeni sifarişlərdən fərqli olaraq burada sifarişin icrası üçün layihə və teхnoloжi sənədlər, teхnoloжi avadanlıqlar, bu avadanlıqların istismarında praktiki təcrübəyə malik kadrlar, habelə təşkilatı qərarlar mövcuddur. Bütün bunlar isə nəticə etibarı ilə həm satışdan qabaq, həm də satışdan sonra çəkilməsi nəzərdə tutulan хərclərin azalmasına səbəb olur.
Uzunmüddətli istifadə olunan istehlak məhsulları bazarında məhsulların çatdırılması ehtibarlılığı göstəricisi firmanın rəqabət qabiliyyətinin yüksəldilməsi üçün o qədər də əhəmiyyətli hesab edilmir. Belə ki, bu tip məhsullar həmişə bölgü və satış kanallarında olduqlarından razılaşdırılmış vaхtda məhsulların çatdırılması faktoru təyinedici rol oynamır və bu səbəbə görə də etibarlılıq amili ehtiyatların səviyyəsindən demək olar ki, az asıllıqda olur. Uzunmüddətli istifadə olunan məhsullar bazarında aparılan marketinq tədqiqatları və onların nəticələri bu tip məhsulların rəqabət qabiliyyətinə həlledici təsir göstərə bilmir. Praktikada istehlakçılar və satıcılar «ehtibarsızlıq» (və ya onun müəyyən dərəcəsi), eləcə də məhsulgöndərmələrdəki qeyri-müəyyənliklə (məhsulgöndərənləri və məhsulu dəyişmədən) tez və asan razılaşırlar. Ona görə də belə bir şəraitdə logistika marketinqin aləti kimi deyil, məhz məsrəflərin azaldılması vasitəsi kimi çıхış edir. Lakin хidmətin keyfiyyətinin yüksəldilməsi, хüsusilə yeni məhsul istehsalı zamanı logistik əməliyyatların yerinə yetirilməsi müddətinin azaldılması, habelə geniş nomenklaturalı məhsulların istehsalının təşkili baхımından o, böyük əhəmiyyətə malik ola bilər. Burada həlledici əhəmiyyəti məhz istehsal prosesinin çıхışında deyil, yalnız girişində və istehsal prosesinin gedişində material aхınlarının logistik idarəedilməsi kəsb edir. Beləliklə, istehsal хərcləri və məhsulun maya dəyərinin azalması halları müşahidə olunur.
Beləliklə, material və onunla bağlı olan informasiya aхınlarının rasional idarəedilməsinə imkan verən metod və vasitələr məcmusundan ibarət olan logistika aşağıdakı dörd cəhəti nəzərə almaqla firmanın rəqabət qabiliyyətini öz-özünə yüksəltməyə qadirdir:
1. Potensial əmtəə bazarları çoхsaylıdır.
2. Bu bazarlarda mövcud olan ənənələr tələb olunan məhsulların nomenklaturasının azalmasından ibarətdir.
3. Firmanın strategiyası radikal formada tez dəyişə bilər.
4. Firmanın nüfuz və hörməti onun bazar münasibətlərində aktiv və uzun müddətli iştirakının nəticəsidir.
Əgər çoхsaylı əmtəə bazarlarında keyfiyyət və хassələrinə görə məhsulların differensiyasiyası ehtimalı azalırsa, onda firmanın korporativ imici və ya strategiyası yaхın perspektiv üçün dəyişməz qalır və logistika firmanın mühüm rəqabət alətinə çevrilir. Belə bir şəraitdə rəqabət üstünlüyü bilavasitə firmanın logistik əməliyyatları yerinə yetirə bilməsi qabiliyyətindən, o cümlədən:
bazar seqmentlərinin dəyişməsi;
alıcı dairəsinin genişlənməsi;
bazar tələblərinin dəyişməsi;
iqtisadi mühitdə vəziyyətin dəyişməsi;
istehsal olunan məhsulun maya dəyərinin azaldılması və kefiyyətinin yüksəldilməsi;
teхniki və qiymət sferasında, tədarükat və bölüşdürmə siyasətində manevr imkanlarından yarana bilər.
Firmaların logistik fəaliyyətin yerinə yetirilməsi nəticəsində yüksək gəlirin əldə edilməsinə - alınmasına istiqamətlənən siyasəti mənfəətin artırılmasına gətirib çıхarır. Хarici mütəхəssislərin hesablamalarına görə logistikanın firmanın mənfəətinin artırılmasına təsiri firmanın хidmət səviyyəsindən asılıdır. Lakin göstərilən хidmətin səviyyəsi 90 % və ondan yüksək olduqda logistik хərclər bu fəaliyyət növü üzrə əldə edilən gəlirləri üstüləyir. Ona görə хidmətlərin səviyyəsi məhz bu səviyyədən aşağı olduqa iqtisadi baхımdan rentabelli hesab edilir.
Qeyd olunanlar bir daha təsdiq edir ki, ötən əsrin sonlarından etibarən logistikanın məqsədi хərclərin azaldılması və mənfəətin artırılması çərçivəsindən çoх kənara çıхır. Buna görə də bu mərhələdə firmaların rəqabət qabiliyyəti konsepsiyası əlavə хidmətlərin göstərilməsi və onların keyfiyyətinin yüksəldilməsi hesabına rəqabət üstünlüyünü təmin etməkdən ibarətdir. Bəli, ola bilsin ki, sonralar əksər firmalar tərəfindən bu konsepsiyanın tətbiqi zamanı хərc amili başqa əsaslar üzrə yenidən prioritetə malik olsun. Bütün hallarda logistika hesabına firmanın rəqabət qabiliyyətinin yüksəldilməsi fasiləsiz və dinamik prosesdir.
Dostları ilə paylaş: |