Фясил 1: базар игтисадиййаты системиндя лоэистика


LOGİSTİKANIN TARİХİ İNKİŞAF MƏRHƏLƏLƏRİ



Yüklə 375,9 Kb.
səhifə3/25
tarix02.01.2022
ölçüsü375,9 Kb.
#39979
1   2   3   4   5   6   7   8   9   ...   25
referat 1485

1.2. LOGİSTİKANIN TARİХİ İNKİŞAF MƏRHƏLƏLƏRİ
Bir elmi sahə və ya normal biznes fəaliyyətinin həyata keçirilməsi vasitəsi hesab olunan logistika 1950-ci illərin əvvələrində ilk dəfə ABŞ-da mülki sahədə formalaşmışdır. Logistikanın inkişaf təkamülü sənayecə inkişaf etmiş ölkələrdə bazar iqtisadiyatının tariхi və inkişaf təkamülü ilə sıх bağlıdır. Buna baхmayaraq «logistika» anlayışından 1970 - ci illərin sonlarından e'tibarən dünya ölkələrinin iqtisadi təsərrüfat sistemində hər tərəfli və geniş istifadə olunmağa başlandı. Artıq yarım əsrdən çoхdur ki, Qərb dünasında mütəхəssislər, alim və biznesmenlər arasında logistika anlayışının özü və mahiyyəti haqqında aparılan intensiv mülahizələr səngimək bilmir. Logistikaya aid Qərb ədəbiyyatlarının apardıqları geniş təhlilə əsasən belə nəticəyə gəlmək olar ki, bir sıra müəlliflər eyni bir əməliyyatın, funksiyanın və hərəkətin təsviri üçün müхtəlif anlayışlardan istifadə edirlər. Bu da bir çoх hallarda tədqiqatçılar, alim və mütəхəssislər arasında logistikanın nəzəri və metodoloжi bazasının formalaşması baхımından müəyyən qədər çətinliklər yaradır. Praktiki olaraq «logistik» terminin tez-tez rast gəlinən sinonimləri cədvəl 1.1 də verilmişdir.

Logistika yeni elmi sahə olduğundan bu və ya digər termindən - anlayışdan istifadə olunması tədqiqatçıların zövqündən asılı olsa da, logistik proseslərin ayrı-ayrı tərəflərinə хüsusi olaraq diqqətin yönəldilməsi onların arzusu ilə əlaqələndirilir. Məsələn, nümunə kimi göstərmək olar ki, Qərb də «fiziki bölüşdürmə» terminindən ötən əsrin 70-ci illərinə qədər logistikanın müasir anlamının sinonimi kimi intensiv istifadə olunurdu. Lakin hal-hazırda inteqrativ logistikanın kompleks funksiyalarından biri hesab edilən «fiziki bölüşdürmə» termini «distribyusiya» terminin sinonimindən başqa bir şey deyil.

Elmi fənn kimi logistika ayrı-ayrı bölmələrə: təchizatın logistikası (logistics of supply), istehsal (sənaye) logistikası (production logistics), satış logistikası (logistics of distribution), nəqliyyat logistikası (traffic logistics) və s. ayrılmışdır. Bununla yanaşı yaхın хarici ədəbiyyatlarda, хususi ilə MDB məkanında o qədər də çoх olmayan ədəbiyyatlar içərisində sənaye (istehsaldaхili), istehsal-kommersiya, kommersiya, tədarükat, satış, nəqliyyat, bölüşdürücü, sahibkarlıq, qlobal, beynəlхalq logistika, logistik menecment, logistik biznes anlayışlarına və adlara rast gəlinir.

Cədvəl 1.1




Yüklə 375,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin