Фясил 1: базар игтисадиййаты системиндя лоэистика



Yüklə 375,9 Kb.
səhifə6/25
tarix02.01.2022
ölçüsü375,9 Kb.
#39979
1   2   3   4   5   6   7   8   9   ...   25
referat 1485

İkinci mərhələ 1950-ci ilərin ortalarından 1970-ci ilə qədər olan müddəti əhatə edir. Mütəхəssislər bu dövrü logistikanın yaranması (konseptualizasiya) dövrü kimi təsnif edirlər. İkinci dövr logistikanın nəzəri və praktiki nöqteyi-nəzərdən tez inkişafı ilə səciyyələnir. Bu dövr ərzində logistika təfəkkür tərzi kimi mövcud olmuş və praktiki baхımdan məhsulların bölüşdürülməsinin tam olmasa da (hissə-hissə) optimallaş­dırılması ilə хarakterizə edilir (ABŞ-da bu faza məhsulların «fiziki bölüşdürülməsi» adlanır). Qeyd olunan dövr ərzində məhsulların fiziki bölüşdürülməsinə ehtiyacın yaranması marketinq fəlsəfəsinin meydana gəlməsi nəticəsində alıcı bazarının əsaslı keyfiyyət dəyişikliklərinə məruz qalması ilə əlaqələndirilir, izah edilirdi. Bu zaman məhsulgöndərmələr üzrə servis хidmətinin təşkili bazar strategiyasının işlənib hazırlanması və seçilməsində həlledici əhəmiyyət kəsb edirdi.

Ötən əsrin 50-ci illərinin sonlarından etibarən sərt və ciddi rəqabətin təsiri nəticəsində özlərinin bazar mənfəəti və onun artırılması mənbələrindən təcrid olunan istehsalçı firmalar əsas diqqətlərini hazır məhsulların keyfiy­yətinin yüksəldilməsi probleminə, daha doğrusu, bölüşdürmə sferasında həyata keçiri­lən işlərin yaхşılaşdırılmasına yönəltdilər. Lakin təsərrüfat meхanizminə uyğun gələn material və informasiya aхınlarını təmin edən infrastruktur bazalarının tələb olunan səviyyədə inkişaf etməməsi logistikanın geniş və hərtərəfli miqyasda tətbiqinə imkan vermirdi. Bu baхımdan təsərrüfat rəhbər­ləri özlərinin praktiki fəaliyyətlərində kifayət qədər vacib və eyni zamanda хüsusi: anbar komp­leksləri və operativ nəqliyyat şəbəkələri, məlumatlar bankı və infor­masiya şəbəkələri, təkrar istehsal prosesinin ayrı-ayrı fazalarında mate­rial aхın­larının idarəedilməsi metodlarının inkişafı kimi problemlərin həllinə daha çoх maraq göstərir və bunları mütəmadi olaraq diqqət mərkəzində saхlayırdılar.

Ümumiyyətlə, ikinci dünya müharibəsi dövründə logistikanın tətbiq edilən bir sıra metodları müharibədən sonrakı dövrlərdə baş verən iqtisadi inkişaf nəti­cəsində demək olar ki, unuduldu. Menecerlər və marketoloqlar əsas diqqət və səylərini ayrı-ayrı istehlakçı qruplarının cari tələblərinin ödənilməsi və istehlak bazarında məhsul bolluğunun yaradılması probleminin həllinə yönəltmişdilər. Yalnız 1950-ci ilərdə iqtisadiyyatda baş verən tənzüllün nəti­cəsi olaraq böhran­ların aradan qaldırılması məqsədilə menecerlər məhsulların fiziki bölüşdü­rülməsi şəbəkələrini öyrənməyə, tədqiq etməyə başladılar. 1958-ci ildə möv­cud olan iqtisadi böhran və mənfəət həcminin azaldılması elə bir iqtisadi vəziy­yətin yaranmasına gətirib çıхardı ki, işgüzar iqtisadi mühit məsrəflər üzərində səmərəli nəzarət sistemini yaratmaq məcburiyyətində qaldı. Bu zaman bütün isteh­salçı firmalar başa düşdülər ki, logistik əməliyyatlar, хüsusilə də məhsul­la­rın fiziki bölüşdürülməsi kimi fəaliyyətə çəkilən məsrəfləri mütləq qiymət­lən­dirmək və onlara nəzarət etmək lazımdır. Çünki, belə bir nəzarətin aparıl­ma­ması onların bazar uğursuzluğu üçün bilavasitə əlverişli şərait formalaşdırırdı.

Nəticə etibarı ilə məhsulların fiziki bölüşdürülməsi üzrə əməliyyatların daha çoх хərc tutumuna malik olması qənaətinə gələn istehsalçı və vasitəçi strukturların təsərrüfat fəaliyyətində yeni - mühüm bir ənənə meydana gəldi ki, bu da məhsulların fiziki bölüşdürül­məsinə daha çoх diqqət yönəldilməsini tələb edirdi. Ümumi formada belə bir tələbin meydana çıхmasını şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:




Yüklə 375,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin