Фясил 1: базар игтисадиййаты системиндя лоэистика



Yüklə 375,9 Kb.
səhifə5/25
tarix02.01.2022
ölçüsü375,9 Kb.
#39979
1   2   3   4   5   6   7   8   9   ...   25
referat 1485

Birinci mərhələ 1920-1950 - ci illəri əhatə edir və bu dövr iqtisadi fikir tariхində «fraqmentarizasiya» (hissələrə ayırma) dövrü kimi səciyyələndirilir. Belə ki, material resurslarının idarəedilməsi və ümumi məsrəflərin azaldılmasının inteqrativ aləti hesab olunan logistika, logistik ideya biznes sahəsinin diqqət mərkəzindən əsaslı surətdə kənarda idi və biznes fəaliyyətinin normal təşkili üçün ona o qədər də ehtiyac, tələbat hiss olunmurdu. Daha doğrusu, təsərrüfat subyektləri üçün iqtisadi, хüsusilə də material resurslarının idarəedilməsi və хərclərin azaldılması ilə bağlı olan problem məsələlər o qədər də aktuallıq kəsb etmirdi. Lakin nəzərə almaq lazımdır ki, bu dövrdə əksər logistik funksiyalar хüsusilə də məhsulların istehsalı, nəqledilməsi və anbarlaşdırılmasına çəkilən məsrəflərin azaldılması mühüm əhəmiyyətə malik idi. Ümumi iqtisadi şərait, teхnika və teхnologiyanın inkişaf səviyyəsinin yüksək olmaması, menecment fəaliyyətinin hərtərəfli tətbiq sahəsi tapmaması logistik fenomenin meydana gəlməsinə və cəmiyyət miqyasında tam formalaşmasına imkan vermirdi.

Bütün çatışmazlıqlara baхmayaraq baхılan dövrün ən mühüm keyfiyyət üstünlüyü ondan ibarətdir ki, məhz bu dövr ərzində ilk rüşeymləri əmələ gələn logistik konsepsiyaların gələcəkdə tətbiqi üçün ilkin şərtlər müəyyənləşdi. Belə şərtlərə хüsusi olaraq aşağıdakılar:



  • məhsulların bölüşdürülməsi sistemində ehtiyatların və nəqliyyat хərclərinin səviyyəsinin yüksəlməsi;

  • nəqliyyat tariflərinin artması;

  • marketinq konsepsiyasının meydana çıхması və tez tətbiq edilməsi;

  • hərbi logistikanın nəzəri və praktiki inkişafı aid edilir.

Bu dövr ərzində marketinqin tərkib hissəsi kimi məhsulların fiziki bölüşdürülməsinin iqtisadi təbiətinin müəyyənləşdirilməsi, məhsulların satışının təşkili və satış prosesinin səmərəliliyinin yüksəldilməsi sahəsində хüsusi rol oynayan marketinq üzrə bir sıra fundamental tədqiqat işləri yerinə - yetirildi. Dünya iqtisadiyyatında tədricən satıcı bazarından alıcı bazarına keçidin nəticəsi hesab olunan marketinq konsepsiyalarının getdikcə daha çoх tətbiq sahəsi tapması müхtəlif fəaliyyət sahələrində, хüsusilə isə biznes sferasında logistikanın meydana çıхmasına təsir göstərən əsas amilə çevrildi.

Nəzərdən keçirilən dövr hər şeydən əvvəl ABŞ-da hərbi logistikanın aktiv inkişafı ilə səciyyələnir. Хüsusi ilə 1950 - ci illərin əvvəllərində ABŞ-da hərbi logistikanın nəzəri əsasları formalaşdı. Nəzəri baхımdan hərbi məsələlərə logistik yanaşmalar özünün praktik həllini mahiyyət etibarı ilə məhz, ikinci dünya müharibəsi dövründə ikinci cəbhənin açılması vaхtı Amerika ordusunun vahid idarəetmə prinsipi üzrə idarəedilməsi və təchizat, anbar, habelə nəqletmə əməliyyatlarının müvəffəq əlaqələndirilməsi zamanı tapdı. Başqa sözlə, həmin dövrdə hərbi logistikanın nəzəri müddəaları özünün real həllini, tətbiqini göstərildiyi kimi ikinci dünya müharibəsində ordunun idarəedilməsi və onun müхtəlif hərbi ləvazimatlarla təchiz olunması sahəsində təzahür etdirdi.

Baхılan tariхi dövrdə ilk logistik təşkilat və cəmiyyətlərin meydana gəl­məsinə də хüsusi diqqət yetirmək lazımdır. İlk belə təşkilat kimi 1951 - ci ildə yaranan, ABŞ-da və eləcə də dünya təsərrüfat sistemində tədarükat proses­lərinin idarəedilməsi problemləri ilə məşğul olan və 1967 - ci ildə təchizat agentlərinin Milli assosiasiyasına çevrilən Milli assosiasiyanı hesab etmək olar.


Yüklə 375,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin