Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə17/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   207
N 349

(Rübail) 
 
Hazırda planetimizdə baş verən və gündən-günə arealı genişlənən qlobal 
ekoloji anomaliya və kataklizmlər insan və heyvanların genetik strukturuna 
olduqca böyük neqativ təsir göstərir, indiyədək müşahidə olunmayan anomaliya 
və eybəcərliklər törədir. Buna misal olaraq 2011-ci ildə Hindistanda 34 barmağı 
(20 ayaq və 14 əl barmağı) olan (polidaktliya) qız uşağının və Çində 2 başlı 
uşaqların doğulmasını göstərmək olar. Həkimlər birincinin amputasiya olunaraq 
normal insan kimi inkişaf edəcəyini, sonuncuların isə yaşamasının qeyri-
mümkünlüyünü etiraf etmişlər. Bu cür və digər anomaliyalar heyvanlar arasında 
da son zamanlar daha çox müşahidə olunur. 
Müəlliflər məmnunluqla bildirilər ki, gənclərimizdə elmə, o cümlədən baytarlıq 
təbabəti, genetika, gen mühəndisliyi və biotexnologiya kimi zəngin, bəşəri 
əhəmiyyətli elm sahəsinə çox böyük maraq formalaşacaqdır. Biz müəlliflər bu 
dərsliyin ərsəyə gəlməsi üçün çox gərgin əmək sərf etmiş, dünya və ölkə 
klassiklərinin, eləcə də müasir elm xadimlərinin elmi əsərlərini araşdırmaqla geniş 
və müfəssəl elmi məlumatlar toplayaraq dərsliyin zəngin və müasir tələblərə cavab 
verməsinə səy göstərməyə çalışmışıq. Əsər həm də müəlliflərin çox sahəli geniş-
diapozonlu elmi biliklərə malik olmasının və onların məhsuldar, gərgin əməyi və 
keçirdiyi yuxusuz gecələrin ən qiymətli məhsuludur. Müasir elmi texniki tərəqqi 
bütün elm sahələrində olduğu kimi, genetika elminin də inkişafı və yeni 
perspektivləri üçün böyük zəmin yaradır. Hazırda molekulyar biologiya, genetika, 
gen mühəndisliyi, biotexnologiya yeni elmi aspektlərdə çox sürətlə və dinamik 
inkişaf mərhələsinə başlamışdır. İndiyədək biologiya elminə məlum olmayan, 
qaranlıq qalan və öz müsbət həllini gözləyən prioritet istiqamətlər artıq dünya 
alimlərinin diqqətini cəlb etməyə və yeni elmi axtarışlar aparmağa vadar etmişdir. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin