21
• bütün bilik və gücümü insanların və heyvanların sağlamlığının müha-
fizəsinə həsr etməyə;
• ictimaiyyətin maraqları tələb etdiyi yerlərdə vicdanla çalışmağa,
baytar
yardımına ehtiyacı olan heyvanlara yardım etməyə hər zaman hazır olamağa;
• ali
məktəbdə aldığım bilik və həkim bacarıqlarını daima yeniləşdirməyə,
baytarlıq təbabəti
elminin və məşğələlərinin inkişafına
öz fəaliyyətimlə təsir
etməyə;
• profılaktiki və müalicəvi işlərin səviyyəsini daima yeniləşdirməyə və
bununla da heyvanlarda olan xəstəliklərin aradan qaldırılmasına nail olmağa;
• həkimlik borcunu səriştəli yerinə yetirməyə, baytarlıq təbabəti işinin fəal
təşkilatçısı olmağa;
• təbiətin mühafizəsinin qayğısına qalmağa, bütün canlılara qarşı ətrafda-
kılarda humanist yanaşmağı tərbiya etməyə;
• heyvandarlıq, ət, ət məhsulları, süd, süd məhsulları, dəri sənayesi işçıləri
və əhali arasında baytarlıq təbabəti bitkilərinin və qabaqcıl təcrübələrinin
yorulmadan təbliğatını
aparmağa;
• baytarlıq təbabətinin zəngin ənənələrini qorumağa və inkişaf etdirməyə,
hər zaman ümumbəşəri prinsipləri rəhbər tutmağa, baytarlıq təbabəti həkiminin
ali adını və onun xalq və dövlət qarşısında
məsuliyyətini heç zaman
unutmamağa.
• anda bütün həyatım boyunca sadiq qalmağa and içirəm!
Dostları ilə paylaş: