28
nüvəsində yerləşən xromosomlarda cəmləşir. T.Morqan və onun tələbələri ilk
dəfə olaraq genetik xəritənin tərtib edilmə
üsulunu və onun mexanizmini
müəyyən etmiş, həmçinin cinsiyyətin təyin olunmasında xromosomların rolunu
elmi əsaslarla aşkarlamışlar. Xromosom nəzəriyyəsinin kəşfi genetikanın sərbəst
elm kimi inkişafına böyük təkan vermiş və molekulyar biologiyanın təşəkkül
tapmasına zəmin yaratmışdır.
–
üçüncü mərhələ 1925-1940-cı ildən başlayaraq
müasir genetika mərhələsi
adlanır və irsiyyətin molekulyar səviyyədə öyrənilməsi ilə xarakterlənir. Bu dövrdə
F.Krik, C.Uotson tərəfindən
DNT molekulunun quruluşu, F.Krik, M.Nirenberq,
C.Oçoa, D.Mettey tərəfindən genetik kod kəşf olunmuş, Q.Korana
tərəfindən isə
kimyəvi yolla gen sintez edilmişdir. Hazırda genin bir orqanizmdən digərinə
köçürülməsinə əsaslanan
genetika mühəndisliyi elmi, mikroorqanizmlərin,
virusların, göbələklərin, ibtidailərin genetikasının molekulyar səviyyədə öyrənilməsi
istiqamətində fundamental elmi-tədqiqatlar aparılmaqla,
çox böyük uğurlar əldə
olunmuşdur. Rus alimlərindən N.Koltsov, U.Filipçenko, N.Vavilov, Q.Nadson,
Q.Filippov süni yolla mutasiya almış, N.Vavilov isə irsiyyət dəyişkənliyinin
homoloji sıralar qanunu kəşf etmişlər.
–
Dostları ilə paylaş: