57
öyrənilməsinə aid" tədqiqat işləri aparmış və 1959-cu ildə Azərbaycan Dovlət
Universitetində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
A.Məmmədovun tədqiqatları əsasında qaramal, camış və zebularda 92 növ
helmint aşkar edilmişdir. Qaramalda tapılan 83 növün 36-sı camışlarda, 50
növün 28-i zebularda, 50 növün 23-ü Azərbaycanda ilk dəfə qeydə alınmışdır.
Qaramalda tapılan 3, camışda- 24, zebuda isə 23
növ helmint keçmiş SSRI
ərazisində ilk dəfə olaraq müəyyən edilmişdir. Qaramalda aşkar edilmiş 5 növ
Kooperiya azərbaycanika, Nematodirus aznivi, Setariya Assaqovi, S.Qaqarini,
Trixosefalus yerşovi, camışda isə I növ Parakoperiya retri helmintləri elmdə ilk
dəfə qeydə alınmışdır. A.Məmmədovun tədqiqatları əsasında qaramal 12, camış
16, zebu isə 15 növ helmint üçün yeni sahib kimi müəyyən edilmişdir. A.
Məmmədov 1969-cu ildə "Azərbaycanda qaramalın, camışların və zebunun
helmint faunası komplekslərinin ekoloji-coğrafi təhlili və bu heyvanların
helmintozları ilə mübarizənin gələcək perspektivləri"
mövzusunda Azərbaycan
Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1968-ci
ildə balıq xəstəliklərıni öyrənən şöbəyə müdir təyin edilmişdir. A.Məmmədovun
təşəbbüsü ilə balıqların parazitar xəstəliklərinin, xüsusilə respublikanın
balıqçılıq təsərrüfatında, zavodlarında və su hövzələrində öyrənilməsinə aid
məqsədyönlü tədqiqatların aparılması təşkil edildi. Onun rəhbərliyi ilə
monogenetik və dinegetik sorucu qurdların – daktilokiroz, kirodaktioloz,
postdıplamatoz, kematozların törətdiyi – filometriozoz tikanbaşlı qurdların
törətdiyi xəstəliklərin törədicilərınin bioekoloji
xüsusiyyətlərinin öyrənilməsi,
epizootoloji vəziyyətın araşdırılmasına həsr edilmiş eksperimental və istehsalat
şəraitində tədqiqat və təcrübələr aparılmışdır. Göstərilən xəstəliklərə qarşı
kimyəvi preparatların işlədilməsi qaydaları öyrənilmiş, ümumi profilaktiki
tədbirlər hazırlanmışdır. A.Məmmədovun laboratoriya əməkdaşları ilə bırlikdə
tərtib etdiyi "Azərbaycanın balıqçılıq su hövzələrində balıqların başlıca parazitar
xəstəliklərinin yayılması, kartoqran və onlarla mübarizə üsulları" icmalarında
on illik tədqiqat və təcrübələrin nəticələri verilmiş
və bunlar böyük elmi və
praktiki əhəmiyyət daşıyır. Sonralar o, laboratoriyada xəzdərili heyvanların, əsas
qunduzların xəstəliklərinin öyrənilməsini təşkil etmişdir. A.Məmmədov
əməkdaşları ilə birlikdə balıq və nutri xəstəliklərinın Azərbaycanda bioekoioji və
epizootoloji xüsusiyyətləri və onlarla mübarizəyə aid çox dəyərli tövsiyələr
hazırlamış, onlar elmi-texniki şurada təsdiq edilmiş və hazırda həmin
xəstəliklərlə mübarizə işındə geniş istifadə olunur. O, respublikada
helmintozlara qarşı kompleks tədbirlər planının hazırlanmasında digər alimlərlə
birlikdə (S.M.Əsədov, H.H.Hacıyev, İ.Ə.Sadıxov) iştirak etmişdir. "Qaramalın
fippozunun və kənd təsərrüfatı heyvanlarının paramfitomozunun ləğv edilməsinə
aid kompleks tədbirləri" Ümumittifaq xalq təsərrüfatı sərgisində bürünc medala
layiq görülmüşdür.
A.Məmmədov elmi-texniki şurada təsdiq edilmiş 14 işin hazırlanmasın- da
və tətbiq edilməsində də iştirak etmişdir. Onun 181 elmi məqalə və digər əsərləri
dərc edilmişdir. Bunlardan "Kənd təsərrüfatı heyvanların fassiolyozu və onlarla
mübarizə" (A.C.Qayıbovla birlikdə), "Camış və zebuların helmıntozları", "Azər-
58
baycanda kənd təsərrüfatı heyvanlarının helmint və helmintozların zonalar üzrə
yayılması və helmintozlarla mübarizənin gücləndirilməsi üçün təkliflər‖
(S.M.Əsədov və b., 1975), "Zoonoz helmintozlar" (1981), "Baytarlıq
parazitologiyası" (1986, H.H.Hacıyev və b.) kitablarıı göstərmək olar.
A.Məmmədovun elmi kadr hazırlığında da fəaliyyəti diqqətəlayiqdir. Onun
rəhbərliyi ilə 5 eimlər namizədi hazırlanıb. Elmi kadr hazırlığı məsələsində onu
17 doktorluq və çoxlu namizədlik dissertasiyası işlərində
rəsmi opponent kimi
çıxış etməsi, Azərb.ETBİ-nin və Zoologiya Institutunun müdafiə üzrə
ixtisaslaşdırılmış şuralarında fəal iştirak etməsi, 80-dən çox dissertasiya
avtoreferatlarına rəy verməsi müsbət cəhət kimi qeyd edilməlidir. l99l-ci ildə
A.Məmmədov "Azərbaycanda kənd təsərrüfatı heyvanları, quş və balıqların
başlıca parazitar xəstəliklərini profilaktikasının elmi əsaslarının
işlənilmə və
tətbiqi" adlı fundamental işlər silsiləsinə görə bir qrup alimlə birlikdə
Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.
Dostları ilə paylaş: