65
epizootologiya sahəsində görkəmli alim olmaqla heyvan və quşların
infeksion
xəstəliklərinin və onlara qarşı 2 (27 AŞ və ―Bakı‖ ştammları), kolibakterioza
qarşı formol vaksinin hazırlanması və istehsalata tətbiqinin, qaramal və camış-
ların pasterellyozuna qarşı formolvaksinin (Az.ETBİ) təkmilləşdirilməsinin və
tətbiqinin elmi rəhbəri və müəllifi olmuşdur. Azərbaycanda
və xaricdə dərc
edilən 85 elmi məqalənin, 2 elmi ixtiranın və 2 kitabın müəllifidir. Hindistanda,
Macarıstanda və ABŞ-da elmi ezamiyyətdə olub, 1979-cu ildə Ümumdünya
Baytarlıq konqresində məruzə ilə çıxış edibdir. MDB ölkələri üzrə quş
xəstəlikləri sahəsində əlaqələndirmə, müdafiə, elmi-texniki şuraların üzvü olub,
―Şərəf nişanı‖ ordeni və beynəlxalq sərgilərin medalları ilə təltif olunub və ona
əməkdar baytar həkimi adı verilib.
Eyubov Ġkram Ziyəddin oğlu
(1925-2011)
Eyubov İkram
Ziyəddin oğlu doğulduğu və
rəfaət etdiyi illər 1938-40-cı illərdə Qazax Müəllim-
lər seminarıyasında təhsil almış, bir müddət Tovuz
rayonunun Şamlıq orta məktəbində müəllimlik
etmişdir. O, 1945-ci ildə Azərbaycan Dövlət Aqrar
Universitetinin baytarlıq
təbabəti fakültəsinə daxil
olmuş, 1951- ci ildə onu fərqlənmə diplomu ilə
bitirmişdir. Elmə, elmi-tədqiqat işlərinə böyük ma-
rağı olduğuna görə onu institutda müəllim saxla-
mışlar. İnstitutda elmi-tədqiqat
işləri istiqamətində
gənc alim kimi onun qarşısında yeni perspektivlər,
geniş imkanlar açılır. Bu imkanlar baytarlıq rentgenologiyası mövzusunda daha
geniş olur. Bu mövzu İkram Eyubovda böyük maraq doğurur. O, institutda
baytarlıq rentgenologiya kabinəsi yaradan və baytarlıq rentgenologiyası fənnini
tədris edən ilk müəllim olmuşdur. İ.Eyubov bu istiqamətə apardığı elmi
tədqiqatların nəticəsi kimi, həmin mövzuda yazdığı elmi işi (dissertasiyanı)
uğurla müdafiə edərək 1958-ci ildə baytarlıq elmləri
namizədi elmi dərəcəsi
almışdır. Həmin ildən etibarən alimin taleyi ―Şərəf nişanı‖ ordenli Azərbaycan
Elmi-Tədqiqat Baytarlıq İnstitutu ilə bağlanır. O, bu elm məbədinə baş elmi işçi
kimi dəvət alır. 1970- ci ildə professor İkram Eyubov ―Ətraf mühit amillərinin
təsiri ilə qoyunlarda əmələ gələn endemik xəstəliklər (anemiya, ur, ataksiya) və
bunların profilaktikası‖ mövzusunda doktorluq dissertasiyası müdafiə edərək
baytarlıq elmləri doktoru elmi dərəcəsini alır. Bu əsər öz əhəmiyyəti, aktuallığı,
elmi dəyərinə görə
tək Azərbaycan elminin deyil, həm də dünya elminin ən
dəyərli
nümunələrindəndir.
Alim
1972-1994-
illərdə
Az.ETBİ-nun
―Yoluxmayan xəstəliklər‖ laboratoriyasına rəhbərlik etmiş, 1994- cü ildə
Azərbaycan Dövlət Aqrar Universitetinin Qazax filialında
kafedra müdiri
vəzifəsində çalışmış, 2005- ci ildə isə yenidən Az.ETBİ-na qayıtmışdır.
66
İ.Eyubov 150- yə qədər elmi əsərin, 5 kitabın, 5 səmərələşdirici təklifin
müəllifidir. Onun müəllifi olduğu baytarlığa aid qurğular ötən əsrin 70-80- ci
illərində SSRİ ―Xalq təsərrüfatları nailiyyətləri sərgisi‖ nin qızıl medalına layiq
görülmüşdür. Alimin elmi əsərləri ABŞ –ın Florida ştatından, Polşadan,
Macarıstandan istifadə üçün tələb olunmuşdur.
Biotexnologiya və embrionun
transplantasiyası sahəsində fundanental tədqiqatlar aparan ilk alimlərimizdən
sayılır.
Dostları ilə paylaş: