Mustafayev Mustafa Ağa oğlu
(1926 – 1974)
Ölkəmizdə baytarlıq təbabəti kadrlarının
hazırlanmasında
biologiya
elmləri
doktoru,
professor Mustafa Mustafayevin çox böyük
xidmətləri olmuşdur. 1943 – 1948-ci ildə AKTİ –
tələbə. O, 1948-ci ildə Azərbaycan Dövlət Aqrar
Universitetinin
baytarlıq təbabəti fakültəsini
fərqlənmə diplomu ilə bitirərək həmin ildə patoloji
fiziologiya
fənni
üzrə universitetin əyani
aspiranturasına daxil olaraq 1951-ci ildən AKTİ-
62
nin patfiziologiya, patanatomiya kafedrasında assistent 1952-ci ildə namizədlik
dissertasiyasını müdafiə etmiş və biologiya elmləri namizədi elmi dərəcəsi
almışdır. 1952 – 1954-cü illərdə ADAU-nun ―Patoloji anatomiya və patoloji
fiziologiya‖ kafedrasında assistent, 29 fevral 1956-ci ildə Fiziologiya,
patfiziologiya və farmakologiya kafedrasının dosenti elmi adı. 1954 – 1973-cü
illərdə isə dosent vəzifəsində çalışmışdır. Alim 15 dekabr 1970-ci ildə doktorluq
dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru elmi
dərəcəsi almış və kafedranın professoru vəzifəsində işləmiş, 1971-ci ildə
baytarlıq təbabəti fakültəsinin dekanı seçilmişdir. M.Mustafayev ADAU-nun
baytarlıq təbabəti fakültəsində kənd təsərrüfatı heyvanları və quşlarının patoloji
fiziologiyası fənninin tədrisi ilə məşğul olan ilk alim olmuşdur. Onun baytarlıq
təbabətinin aktual problemlərinə aid elmi əsərləri Rusiya Federasiyasının
mərkəzi jurnallarında və külliyyatlarında nəşr olunmuşdur. 7 iyul 1973-cü il –
AKTİ-nin Elmi Şurasının qərarı ilə patanatonomiya, patfiziologiya və
parazitologiya kafedrasının professoru.
Quliyev Hacı Cəbrayıl oğlu
(1925 – 1982)
Azərbaycanda baytarlıq təbabəti kadrlarının
hazırlanmasında olduqca önəmli xidmətləri olan
məşhur alim və pedaqoq, baytarlıq elmləri doktoru,
professor Hacı Quliyev 1941-ci ildə Gəncə şəhərində
fəaliyyət göstərən 2 illik Pedaqoji İnstituta daxil olub,
1943-cü ildə həmin institutu fərqlənmə diplomu ilə
bitirərək Azərbaycan Dövlət Aqrar Universitetinin
baytarlıq təbabəti fakültəsinə qəbul olmuş və 1943 –
1948-ci illərdə AKTİ tələbə. 1948-ci ildə əla
qiymətlərlə təhsilini başa çatdırmışdır. O, 1948-ci ildə baytarlıq təbabəti
fakültəsində ―Kənd təsərrüfatı heyvanlarının cərrahiyyəsi‖ kafedrasında həmin
ixtisas üzrə aspiranturaya daxil olub, 1949 – 1951-ci illərdə aspirantura
(vaxtından əvvəl) müdafiə edib. 1951-ci ildə kafedrasında assistent. 1951-ci ildə
namizədlik dissertasiyasını müdafiə etmiş və baytarlıq elmləri namizədi elmi
dərəcəsi almış, 1951-ci ildə ―Anatomiya və histologiya‖, 1952 – 1954-cü illərdə
―Cərrahiyyə və mamalıq‖ kafedrasında assistent, 18 may 1954 – 1964-cü illərdə
isə dosent vəzifələrində işləmişdir. H.Quliyev 25 oktyabr 1964-cü ildən həmin
kafedranın müdiri vəzifəsində çalışmış, 1969-cu ildə Xarkov Baytarlıq
İnstitutunun elmi şurasında doktorluq dissertasiyasını müdafiə edərək baytarlıq
elmləri doktoru elmi dərəcəsi, 19 iyun 1970-ci ildə Ali Attestasiya komitəsi
qərarı ilə Baytarlıq elmləri doktoru, 19 mart 1971-ci ildə isə kafedrada professor
elmi adını almış, uzun müddət baytarlıq təbabəti fakültəsinin dekanı vəzifəsində
işləmişdir. Onun baytarlıq təbabətinin aktual problemlərinə həsr olunan elmi
əsərləri həm nəzəri, həm də prakriki cəhətdən xüsusi əhəmiyyətə malikdir. 23
fevral 1980-ci ildən – 1982-ci ilədək fakültə dekanı.
|