Əliyev Sadıq Yusif oğlu (1927 – 1997) 1943–1948-cı illərdə AKTİ-da tələbə. Yüksək
intellektual səviyyəyə, erudisiyaya və elmi elitaya
malik olan, məşhur alim Sadıq Əliyevin milli
baytarlıq təbabəti, biologiya, parazitologiya və
zoologiya elmimizin inkişafında və kadrların
hazırlanmasında böyük və çox önəmli xidmətləri
olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət
Aqrar Universitetinin baytarlıq təbabəti fakültəsini
fərqlənmə diplomu ilə bitirdikdən sonra ―Cərra-
hiyyə‖ kafedrasının assistenti kimi saxlanılmış,
1948 – 1949-cü illərdə assistent, ordinator. 1949 – 1954-cü illərdə əvvəlcə
Samux rayonunun Baytar həkimi zoobaytarlıq sahəsinin, sonra isə Azərbaycan
Respublikası
Kənd
Təsərrüfatı
Nazirliyinin
rayonlararası
baytarlıq
laboratoriyasının müdiri vəzifəsində işləmiş, 1954-cü ildə ADAU-nun əyani
aspiranturasına daxil olub, 1954 – 1957-ci illərdə AKTİ-nin aspirantı. 1957-ci
ildə namizədlik dissertasiyasını müdafiə etmiş və universitetin təkmilləşmə
kursunun rəhbəri təyin edilmişdir. 1957 – 1958-ci illərdə AKTİ – İxtilas artırma
kursunun müdiri. 1958-ci ildən biologiya elmlər namizədi. Alim 1959-cu ildə
ADAU-nun tədris şöbəsinin müdiri, 1959 – 1961 –ci illərdə AKTİ Tədris hissə
rəisi. 1961-ci ildən ―Zoologiya, baytar – sanitar ekspertizası və parazitologiya‖
kafedrasının dosenti vəzifəsində çalışmış, 1961 – 1968-ci illərdə AKTİ –
Zoologiya, parazitologiya və baytarlıq sanitar eksprertiza kafedrasının dosent.
1968-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti seçilmişdir.
1968 – 1972-ci illərdə ADPİ-nin Zoologiya kafedrasının dosenti. 1971-ci ildə
doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsi
aldıqdan sonra 1972-ci il professor. 1972 – 1976-cı illərdə ADPİ-nin
kafedrasının müdiri. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin
professoru, 1976-ci ildə isə ―Zoologiya‖ kafedrasının müdiri vəzifəsində
çalışmışdır. S.Əliyev sonralar yenidən Gəncə şəhərinə qayıdaraq ADAU-nun
tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir. 1990-ci ildən AKTİ
parazitologiya və baytarlıq sanitariya eksperiza kafedrasının müdiri.