81
"Üzvi və bioloji kimya" kafedrasında laborant, 1967-ci ildən isə həmin kafedrada
assistent, az sonra isə dosent vəzifəsində çalışmışdır. Onun apardığı fundamental elmi-
tədqiqat işlərinin nəticələri "Azərbaycan yem ehtiyatlarının biokimyəvi xüsusiyyətləri"
adlı monoqrafiyada (1988)geniş və ətraflı şərn olunmuşdur. O, 1991-ci ildə Ukraynanın
Xarkov səhərində yerləşən Ukrayna Elmi Tədqiqat Bitkiçilik İnstitutunun Elmi
şurasında doktorluq dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru elmi
adına
layiq görülmüşdür, 1998– ci ildən Kimya kafedrasında professor vəzifəsində
çalışır. Universitetdə işlədiyi 45 il ərzində alim laborant, assistent, dosent, vəzifəsində
çalışmış, professor, kafedra müdiri vəzifələrinədək yüksəlmişdir. N.Yusifov iki
dərsliyin, 130-dan çox elmi əsərin, 1 monoqrafiya, 6 dərs vəsaiti, 4 metodik göstəriş, 7
proqram, 4 tövsiyə və 3 kitabçanın müəllifidir. Hazırda ADAU-nun "Kimya"
kafedrasına rəhbərlik edir və universitetdə ―Tədrisə nəzarət‖ şöbəsinin müdiridir. O, bir
neçə namizədlik dissertasiyasının elmi rəhbəridir.
Allahverdiyev Rübail Nəcəf oğlu
(1940)
Respublikamızda aqrar kadrların hazırlanmasında
böyük xidmətləri olan tanınmış şair-alim, patoloq,
patofizioloq,
ekopatoloq
və
biokimyaçı
Rübail
Allahverdiyev 1964-cü ildə ADAU-nun baytarlıq təbabəti
fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, 1966-cı
ildə ―Bioloji kimya‖üzrə əyani aspiranturaya daxil olaraq
professor Qəhrəman Xəlilovun rəhəbərliyi ilə ―Ontoge-
nezdə
camış
qanında
aminturşularının
dəyişmə
dinamikası‖nı
öyrənmiş, 1970-ci ildə həmin mövzuda namizədlik dissertasiyası
müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır, 1975-ci ildən
ADAU-nun dosenti, 2009-cu ildən isə professoru vəzifəsində işləyir, universitetin
ictimaii işlərində fəal iştirakı ilə fərqlənib. Alim 1964-1966-cı
illərdə ADAU-nun
komsomol komitə katibi (raykom səlahiyyətli), 1971-1975-ci illərdə partiya
komitəsinin katibi, sonra ―Kadr uğrunda‖ qəzetinin baş redaktoru olmuşdur,
Azərbaycan yazıçılar birliyinin üzvüdür, 10 şeir kitabının müəllifidir, 2009-cu ildə
―Tələsdikcə gecikirəm‖ şeirlər toplusuna görə ―Rəsul Rza‖ mükafatı almışdır. O,
1985-1993-cü illərdə müxtəlif fənləri birləşdirən fiziologiya, patofiziologiya, farma-
kologiya,
histologiya, anatomiya və patoloji anatomiya kafedralarında müdir
işləmişdir. Onun elmi istiqaməti ―Ultrasəsin baytarlıqda bioloji stimuləedici kimi
istifadə edilmə‖sidir. Bu sahədə ultrasəs almış dovşanın qanzərdabı bioloji
stimuləedici kimi tövsüyə edilmişdir. Bioloji stimuləedici heyvanların
müxtəlif
xəstəliklərində (anemiyalar, distrofiyalar, immunopatiyalar) uğurla tədbiq edilir. Bu
sahədə 60-dan çox məqalə yazılıb, dərc edilmişdir. R.Allahverdiyev 1974-cü ildən
baytarlıq təbabəti fakültəsində ―Kənd təsərrüfatı heyvanlarının patoloji
fiziologiyası‖, baytarlıq təbabəti əczaçılığı ixtisasında isə ―Patologiya‖ fənnindən
mühazirələr oxuyur. Bu fənnlər üzrə 6 dərs vəsaiti və 3 dərsliyin müəllifidir, bir sıra
82
Beynəlxalq seminar, simpozium, konfrans və qurultaylarda iştirak etmişdir. O,
1969-cu il Daşkənd Biokimyaçıların 2-ci qurultayı, 1971-ci il Moskva Yaş fiziolo-
giyasına aid X konfrans, 1982-ci il Moskva Patofizioloqların 3-cü qurultayı, 1989-cu
il Bakı Qərb regionunun problemləri konfransı, 1989-cu il Bakı Morfoloqların V
Zaqafqaziya konfransı, 1989-cu il Bakı Xəstəliklərlə
mübarizəyə həsr edilmiş
konfrans, 1990-cı il Bakı I Respublika biokimya konfransı, 1993-cü il Bakı II Res-
publika biokimya konfransı, 1994-cü il Bakı fizioloqların 1-ci qurultayı, 1997-ci il
Bakı III Respublika biokimya qurultayı, 2003-cü il Gəncə-Kars Baytarlıq
simpoziumu, 2004-cü il Kars XVIII Ulusal Kimya konqresi, 2005-ci il Bakı
Fizioloqlar cəmiyyətinin 3-cü qurultayının iştirakçısı olmuşdur.
R. Allahverdiyev Kənd təsərrüfatı heyvanlarının patoloji fiziologiyasına aid bir
sıra dərs vəsaitlərinin, proqramların və metodik vəsaitlərin (―Patoloji fiziologiyadan
təcrübə məşğələləri‖, 1976, ―Kənd təsərrüfatı heyvanlarının patoloji fiziologiyası‖,
1984, ―Kənd təsərrüfatı heyvanlarının patoloji fiziologiyası, 1985, ―Kənd təsərrüfatı
heyvanlarının patoloji fiziologiyası‖– toxuma patologiyası‖, 1987, ―Patoloji
fiziologiyadan metodik göstəriş‖, 1989, ―Ümumi patologiyanın əsasları‖, 1990,
―Kənd təsərrüfatı heyvanlarının xüsusi histologiyası‖, 1991, magistratura proqramı,
1997) müəllifidir. Alim Kətd təsərrüfatı heyvanlarının patoloji fiziologiyası‖
dərsliyinin (Bakı, 2010) və ekoloji patologiyaya aid elmi məqalələrin ilk müəllifdir.
O, 2000-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ―Fəxri
fərmanı‖ ilə təltif olunmuşdur, Respublikanın əməkdar müəllimidir. Yüksək elmi
elitaya, eridusiyaya və intellektə malik olması
Rübail müəllimə xas olan ən
səciyyəvi parametrlərdir. Onun ―Altı məzar,üstü bazar, ―Dünya dəlilərin
şənlikevidir‖ və s. kitabları dəyərli və cox təsirli şerləri oxucular tərəfindən sevilə-
sevilə oxunur.
Hər kəsin müqəddəs ocaq sandığı,
Məktəb dediyimiz bir türbəsi var.
Şahın da, hökmün də arxalandığı,
Müəllim adlanan bir qibləsi var.
Müdrik müəllimin hər imtahanı
Aqil kürəyində qayğı əlidir,
Müəllim önündə diz çöküb hamı,
Böyük ehtiramla baş əyməlidir.
Dostları ilə paylaş: