Fяxrяddиn mustafayev


Əliyev Elxan Allahverdi oğlu



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə89/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   207
N 349

Əliyev Elxan Allahverdi oğlu
(1938) 
Elxan Əliyev (1938) – 1962-ci ildə ADAU-nun 
baytarlıq təbabəti fakültəsini fərqlənmə diplomu ilə 
bitirdikdən sonra 1964-cü ilə qədər Şamaxı rayonunun 
Əlibayramov adına ətçilik-sudçülük sovxozunda baş 
baytar həkimi, 1966-cı ildə Respublika Baytarlıq 
Laboratoriyasında baş epizootik baytar həkimi və 
direktor əvəzi vəzifələrində işləmişdir. O, 1966-cı ildə 
Az ETBL–da baytarlıq mikrobiologiyası üzrə əyani aspiranturaya daxil olub 
1969-cu ildə ―Zebuların brusellyozu‖ mövzusunda dissertasiya işini müdafiə 
edərək baytarlıq elmləri namizədi elmi dərəcəsi almışdır. 1968-1976-cı illərdə 
Az ETBL-nun ―Brusellyoz və qaramalın yoluxucu xəstəliklərini öyrənən 
şöbə‖də baş elmi işçi, 1976-1982-ci illərdə ―Brusellyoz‖ laboratoriyasının 
müdiri, 1982-1987-ci illərdə isə həmin institutun direktor müavini və brusellyoz 
laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. 1980-cı ildə Azərbaycan KP 
MK yanında Marksizm-Leninizm Universitetinin partiya quruculuğu fakültəsini, 
1986-cı ildə isə Mockvada Aqrar-sənaye Kompleksini İdarəetmə Ali Məktəbini 
bitirmişdir. 1987-ci ilin mayında Mockvada Ümumittifaq Eksperimental 
Baytarlıq İnstitutunda ―Camışların, zebu və qoyunların brusellyozu‖ 
mövzusunda baytarlıq elmləri doktoru alimlik dərəcəsi üzrə dissertasiya 
müdafiə etmişdir. E.Əliyev sabiq SSRİ məkanında kənd təsərrüfatı 
heyvanlarının brusellyoz xəstəliyinin öyrənilməsi sahəsində fundamental tətbiqi 
xarakterli, çox böyük elmi praktiki və nəzəri əhəmiyyətli tədqiqatlar aparan 
məşhur alimlərdən biri olmaqla, həm də dünyada ilk dəfə olaraq bisteriozun 
seroloji diaqnostikası üçün rəngli antigenin ilk müəllifidir. Bu diaqnostika üsulu 
tibbi təcrübədə də geniş istifadə olunur. O, 3 elmi ixtiranın, 2 monoqrafiyanın, 3 
kitabın, bir elmi-populyar filmin və 60 elmi əsərin və tövsiyyələrin müəllifidir, 
1979-cu ildə XXI Beynəlxalq Baytarlıq Konqresinin iştirakçısı olmuş və 
diploma layiq görülmüşdür. Alimin Azərbaycan zebusu və onun yüksək 
məhsuldar qaramal cinsləri ilə mələzlərinin, ölkəmizdə yetişdirilən müxtəlif 
qoyun cinslərinin və mələzlərinin eksperimental və təbii yoluxma şəraitində 
brusellyoza davamlılıq istiqamətində apardığı unikal tədqiqatlar təhlükəli 
yoluxucu xəstəliklərə davamlı yeni cins və mələzlərin yaradılmasında istifadə 
oluna bilər. Onun alimlik təcrübəsi və təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 
1987-ci ilin iyununda Azərbaycan Respublikasının Dövlət Aqrar-Sənaye 
Komitəsində Baş Elm və Təbliğat İdarəsində və sonra Elm və kadrlar idarəsində 
rəis müavini vəzifələrinə təyin olunmuşdur. O, 1989-1991-ci illərdə Azərbaycan 
KP MK-da aqrar məsələlər üzrə məsləhətçi və MK-nın birinci katibinin aqrar 
siyasət üzrə köməkçisi vəzifələrində çalışmışdır. O, 1991-ci ilin sentyabrında 
Respublika Prezidentinin Fərmanı ilə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı 
təyin edilmiş və 1992-ci ilin iyun ayında başqa işə keçməsi ilə əlaqədar olaraq 


86 
həmin vəzifədən azad olunmuşdur. 1993-cü ilin mayından Respublika
Prezidentinin Sərəncamı ilə o, Nazirlər Kabineti yanında Dövlət Baytarlıq 
Komitəsi sədrinin birinci müavini təyin edilmiş, 1995-ci ildən isə, Kənd 
Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində 
çalışmışdır. ―Əmək igidliyinə görə‖ və ―Tərəqqi‖ medalları ilə təltif edilmişdir.

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin