88
ilə bitirdikdən sonra 3 il ərzində Neftçala rayonunun Baytarlıq stansiyasında və
―Qaraqaşlı‖ broyler fabrikində baytar həkimi vəzifəsində işləmişdir. 1978-ci
ildən etibarən 20 ilə yaxın müddət ərzində təhsil aldığı ADAU-nun ―Baytarlıq
təbabəti‖ fakültəsinin ―Zoologiya, zoogigiyena və baytar-sanitar ekspertizası‖
kafedrasında ordinator, assistent,
baş müəllim və
dosent vəzifələrində işləyib, 1984-cü ildə Azərbaycan
Elmi-Tədqiqat Baytarlıq İnstitutunun aspiranturasını
bitirib və 1986-cı ildə K.İ.Skryabin adına Moskva
Baytarlıq Akademiyasında namizədlik dissertasiyasını
uğurla müdafiə etmişdir. 1999-cu
ildə Moskva
baytarlıq təbabəti və biotexnologiya akademiyasında
―İsti iqlim şəraitində broyler əti istehsalının texnologi-
yasının təkmilləşdirilməsi‖ mövzusunda doktorluq
dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildən 2011-
ci ilə kimi Rusiya Dövlət Aqrar Universitetinin
―Anatomiya, fiziologiya və zoogigiyena‖ kafedrasında professor vəzifəsində
çalışmış, Moskva baytarlıq təbabəti və biotexnologiya Akademiyasında və
Rusiya Dövlət Aqrar Universitetində fəaliyyət göstərən ixtisaslaşdırılmış
doktorluq dissertasiya şuralarının üzvü olmuşdur. Onun elmi fəaliyyəti quşların
məhsuldarlığının və xəstəliklərə davamlılığının artırılması üçün vasitə, üsul və
yolların işlənib hazırlanması və elmi əsaslandırılması ilə bağlıdır,
isti iqlim
şəraitində broyler əti istehsalının texnologiyasının təkmilləşdirilməsi üzrə
apardığı tədqiqatlarının nəticələri və təkliflər köhnə quş fabriklərinin rekon-
struksiyası və yenilərinin layihələşdirilməsi və tikilməsi zamanı geniş tətbiq
olunur. Alimin çoxillik tədqiqatlarının nəticəsi olaraq
yerli resurs mənbələrinin
mineralları və bioloji fəal maddələrin əsasında yeni stressəleyhinə preparat
hazırlanıb istehsalata tətbiq edilmişdir.
A. Tağıyev baytarlıq və zoomühəndislik ixtisası üzrə bir çox mötəbər beynəlxalq
konfrans və simpoziumlardakı çıxışları ilə Azərbaycan və Rusiya elmini
layiqincə təmsil etmiş, 110 elmi əsərin, tədris və tədris – metodiki işlərin, ―Kənd
təsərrüfatı heyvanlarının xüsusi gigiyenası‖ dərs vəsaitinin müəllifidir, elmi
tədqiqatlarının nəticələrinə əsasən 3 müəlliflik şəhadətnaməsi və səmərələşdirici
təklif almışdır. 1986-cı ildən Ümumdünya quşçuluq Assosiasiyasının, 2003-cü
ildən isə Dietologiya və Nutrisiologiya Baytarlıq Assosiasiyasının üzvüdür,
2011-ci ildə Rusiya federasiyasının ali və elm Nazirliyinin
tədrisdə etdiyi yeni
nailiyyətə görə fəxri fərmanı ilə təltif edilmişdir, apardığı elmi-tədqiqat
işlərinin nəticələri Rusiya Xalq nailiyyətləri sərgisində nümayiş etdirilmişdir.
Alim 2012-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin ―Heyvandarlıq və
balıq məhsulları istehsalının texnologiyası‖ kafedrasında çalışır.
Dostları ilə paylaş: