90
stress faktorların təsiri» mövzusunda dissertasiya işini müdafiə edərək, baytarlıq
elmləri namizədi alimlik dərəcəsini almışdır, 1988-ci ildə ―Epizootologiya,
mikrobiologiya və Parazitologiya‖ kafedrasında assistent, 1993-cü ildə isə həmin
kafedranın dosenti seçilib. 1996-1999-cu illərdə Zoobaytarlıq və Əmtəəşünaslıq
fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır. 2002-2008-ci
illərdə
«Qoyunların infeksion xəstəlikləri»ni öyrənən elmi-tədqiqat laboratoriyasının elmi
rəhbəri kimi fəaliyyət göstərmiş və bu problemlə əlaqədar olaraq məqsədyönlü elmi-
tədqiqatlar aparmaqda davam edir. O, 60-dan çox elmi əsərin, 3 dərslik, 2 dərs
vəsaiti və 2 monoqrafiyanın müəllifidir.
Z. Ələsgərovun elmi
əsərlərinin bir qismi Türkiyə, Rusiya,
Gürcüstan,
Belarus və Ukraynanın nüfuzlu elmi jurnal və külliyatlarında
dərs edilmişdir,
heyvanların və quşların bəzi infeksion xəstəliklərinin profilaktikasına və onlara
qarşı mübarizə tədbirlərinə həsr olunmuş bir sıra elmi tövsiyələrin müəllifidir. O,
bir sıra xarici ölkələrdə (Türkiyə, Rusiya, Fransa, Gürcüstan, Ukrayna və
Norveçdə) Baytarlıq elminin və praktikasının aktual problemlərinə həsr olunmuş
beynəlxalq elmi konqres, simpozium, konfrans və seminarlarda elmi məruzələrlə
çıxış etmiş və müvafiq sertifikatlar almışdır, Respublikanın «Qabaqcıl
təhsil
işçisi» döş nişanı ilə təltif edilmişdir.
Z. Ələsgərov «Azərbaycanda qoyun və quzuların Salmonellyozunun
öyrənilməsi və ona qarşı səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsi»
mövzusunda doktorluq dissertasiyası işini yekunlaşdırmışdır.
O, 2011-ci ildən icrasına start verilmiş «Norveç Təbiət Elmləri Universiteti
ilə ADAU-nun birgə həyata keçirdiyi akademik layihə»nin
bir istiqaməti olan
«K/t heyvanlarında brusselyozunun öyrənilməsi» layihəsinə rəhbərlik edir,
2000-ci ildən ADAU-nun ―Epizootologiya, Mikrobiologiya və Parazitologiya‖
kafedrasının müdiri vəzifəsində çalışır.
Dostları ilə paylaş: