118
arxa-arxaya birləşməklə davam etdirir, proses 13-14 dəqiqə davam edir.
Bütün heyvanlardan fərqli olaraq cinsiyyət reaksiyası erkək dəvələrdə
olduqca aqressiv formada keçir. Bu proses əsasən ilin soyuq qış aylarında
baş verir. Həmin dövrdə erkək dəvə yemdən tamamilə imtina edir, çox
güclü, köpüklü tüpürcək əmələ gəlir, insanlara hücum edir və uzaq
məsafədən onlara tüpürür. El arasında buna «nər qızıb» deyirlər. Nər
insan üçün çox təhlükəli olduğu üçün həmin dövrdə bir neçə gün onun ön
ətraflarını möhkəm çidarlayır, cinsiyyət reaksiyası tamamilə söndükdən
sonra onu çidardan azad edirlər. Buna oxşar reaksiya buğada, xüsusilə
kələdə də müşahidə olunur. Hövrəgəlmə aktı başladıqda kələ olmadıqda
camışlar onu axtarır, bəzən isə onu tapana qədər uzaq məsafəyə miqrasiya
edir. İtdə və digər yırtıcı vəhşi ət yeyən heyvanlarda (canavar, tülkü,
çaqqal, yenot və s.) koitus nisbətən uzun, bəzən isə 2 saata qədər davam
edir və bu müddət ərzində onlar birləşmiş vəziyyətdə olur. Şirlər də
koitusu yatılı vəziyyətdə keçirir. Lakin koitus zamanı erkəklər sakit
davrandığı halda, dişilər ona qarşı olduqca aqressivlik göstərir, sanki
onunla dava etməyə çalışır. İnsanda koitus sinir tipindən və
temperamentlik dərəcəsindən asılı olaraq ayrı-ayrı fərdlərdə bir-birindən
xeyli fərqlənir və müxtəlif müddət davam edir.
Çoxalma prosesi ilə əlaqədar bütün reaksiyalar sonda myalanma və ən
həlledici, olduqca mürəkkəb və nəslin davamçısı, irsiyyətin ən dayanıqlı
daşıyıcı sayılan
Dostları ilə paylaş: