Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə123/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   207
N 349

Ereksiya refleksi
– müvazinət halına nisbətən qan damarları ilə penisə bir 
neçə dəfə artıq qanın gəlməsi və onun mağaralı cisminin və venoz kavernalı 
sahəsinin qanla çox güclü təchiz olunması və möhkəmlənməsinin tədricən baş 
verməsi ilə səciyyələnir. 


117 
Qucaqlama refleksi
– törədicinin dişi fərdin üzərinə qalxması və ön 
ətrafları ilə onu qucaqlamasından ibarət olub, ayqırlarda və donuzlarda çox 
güclü, buğa, təkə və qoçlarda isə nisbətən zəif nəzərə çarpır. Bu refleks də irsi və 
növdaxili xarakter daşıyır, bəzi variasiyalara malikdir, eyni vaxtda birləşmə 
refleksii yaranır, törədicinin fəal hərəkəti nəticəsində 
penis vaginaya daxil olur 
(immitsio),
onun dinamiki hərəkəti 
(friksio)
nəticəsində termiki və mexaniki 
reseptorları qıcıqlanır və 
eyakulyasiya
başlayır. 
Vaginal myalanma
qrupuna aid 
olan heyvanlarda koitus qısa, eyakulyasiya sinxron olmaqla, sperma balalıq 
boynuna daxil olur. Bu qrupun tipik nümayəndələri iri və xırda buynuzlu 
heyvanlar, bütün antilop növləri və dovşanlar sayılır. 
Balalıq mayalanması 
qrupuna aid olan heyvanlarda sperma bir başa 
balalığa daxil olur (at, eşşək, donuz, pişik, itlər və tülkülər), onlarda koitus 
nisbətən uzun çəkir, eyakulyat asinxron xarakterlidir. Göründüyü kimi, müxtəlif 
mayalanma tipinə malik olan heyvanlarda cinsiyyətli aktı fərqli xüsusiyyətə 
malikdir 
(cədvəl 4)

Cədvəl 4.
 
Müxtəlif mayalanma tipinə malik olan heyvanlarda cinsiyyət aktının fərqlənməsi 
(A.P.Studensov və b., 1980) 
Cinsiyyət aktı (koitus) 
Balalıq mayalanması 
Vaginal mayalanma 
Koitusun müddəti 
Eyakulyasiya
Eyakulyatın həcmi 
Spermiyaların 
konsentrasiyası (qatılığı) 
Uzun 
Dəqiqələrlə hesablanır 
Böyük 
Azacıq
Qısa 
Saniyələrlə hesablanır 
Kiçik 
Böyük
Əlavə cinsiyyət vəziləri 
Yaxşı inkişaf etmişlər 
Zəif inkişaf etmişlər 
Vaginal tipli mayalanmaya malik olan heyvanlarda koitusun qısa 
müddətli olmasının səbəbi spermiyanın xaya artımından genişlənmiş am-
pulabənzər toxumaparan kanala daxil olub oradan vaginaya gətirilməsi za-
manı birləşmə refleksinə qədər ləngimənin baş verməsidir. Spermiyanın 
ləngiməsinin səbəbi isə məhz toxumçıxarıcı kanalın genişlənmiş ampu-
layabənzər quruluşa malik olmasıdır. Buğa, qoç və təkədə cinsiyyət aktı 
ilə eyakulyasiya eyni vaxtda baş verərək 2-10, antiloplarda isə-10-15 
saniyə davam edir. Ayqırın və eşşəyin cinsiyyət aktı 1-3 dəqiqə, 
eyakulyasiya isə-5-10 saniyə, donuzda bu göstəricilər müvafiq olaraq 10-
15 və 7-8 dəqiqə davam edir. Dəvələr cinsiyyət aktını yatılı vəziyyətdə 


118 
arxa-arxaya birləşməklə davam etdirir, proses 13-14 dəqiqə davam edir. 
Bütün heyvanlardan fərqli olaraq cinsiyyət reaksiyası erkək dəvələrdə 
olduqca aqressiv formada keçir. Bu proses əsasən ilin soyuq qış aylarında 
baş verir. Həmin dövrdə erkək dəvə yemdən tamamilə imtina edir, çox 
güclü, köpüklü tüpürcək əmələ gəlir, insanlara hücum edir və uzaq 
məsafədən onlara tüpürür. El arasında buna «nər qızıb» deyirlər. Nər 
insan üçün çox təhlükəli olduğu üçün həmin dövrdə bir neçə gün onun ön 
ətraflarını möhkəm çidarlayır, cinsiyyət reaksiyası tamamilə söndükdən 
sonra onu çidardan azad edirlər. Buna oxşar reaksiya buğada, xüsusilə 
kələdə də müşahidə olunur. Hövrəgəlmə aktı başladıqda kələ olmadıqda 
camışlar onu axtarır, bəzən isə onu tapana qədər uzaq məsafəyə miqrasiya 
edir. İtdə və digər yırtıcı vəhşi ət yeyən heyvanlarda (canavar, tülkü, 
çaqqal, yenot və s.) koitus nisbətən uzun, bəzən isə 2 saata qədər davam 
edir və bu müddət ərzində onlar birləşmiş vəziyyətdə olur. Şirlər də 
koitusu yatılı vəziyyətdə keçirir. Lakin koitus zamanı erkəklər sakit 
davrandığı halda, dişilər ona qarşı olduqca aqressivlik göstərir, sanki 
onunla dava etməyə çalışır. İnsanda koitus sinir tipindən və 
temperamentlik dərəcəsindən asılı olaraq ayrı-ayrı fərdlərdə bir-birindən 
xeyli fərqlənir və müxtəlif müddət davam edir. 
Çoxalma prosesi ilə əlaqədar bütün reaksiyalar sonda myalanma və ən 
həlledici, olduqca mürəkkəb və nəslin davamçısı, irsiyyətin ən dayanıqlı 
daşıyıcı sayılan 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin