Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə119/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   207
N 349

cinsiyyət yetişkənliyi
adlanır. Bu zaman erkəklərdə 
cinsiyyət orqanları tam inkişaf edir, yumurtalıq və toxumluqlarda cinsiyyət hücey-
rələri əmələ gəlir, heyvanda cinsiyyət əlamətləri (oyanma, cinsiyyət refleksləri və s.) 
yaranır, hormonlar ifraz olunur, dişilərdə isə cinsiyyət yollarında dəyişikliklər 
başlayır. 
Cinsiyyət yetişkənliyi 
zamanı cinsiyyət aparatının morfoloji və funksional 
cəhətdən formalaşması, erkəklərdə dişiləri mayalandırma, dişilərdə isə ziqotanı 
yaratma və boğazlıq qabiliyyətinin olmasından ibarət prosesdir, təsadüfi və 
qəflətən xarakter daşımır, orqanizmin fərdi inkişafı nəticəsində yaranır və tam 
irsi və növdaxili xarakter daşıyır. Bu proses zamanı cinsiyyət orqanları tədricən 
inkişaf edir, böyüyür, formalaşır və ikinci cinsiyyət əlamətləri yaranır. Cinsi 
yetişkənlik müddəti heyvanın növündən, genetik statusundan, cinsindən
yemlənmə, saxlanma şəraitindən və iqlim amillərindən asılı olaraq müxtəlif olur. 
Dişi heyvanlarda cinsiyyət yetişkənliyinin müddəti (aylarla) aşağıdakı kimidir: 
dəvədə (mayada)-9-12
düyədə-6-9
dayçada-16-18
qoyn və keçidə-5-8
donuzda-5-8 
itdə-6-8 
pişikdə və dovşanda-4-5 
eşşəkdə-12-15 
Erkəklərdə də cinsiyyət yetişkənliyi təxminən həmin yaşlarında başlayır. 
Cinsi yetişkənlikdə hipofizin-follikulastimullaşdırıcı (FCH) və lyuteinləşdirici 
(LH) hormon əsas rol oynayır. Bu prosesdə mərkəzi sinir sistemi 
(hipotalamusun preoptik nahiyəsi, badamvari nüvəsi və beyinin limbik sistemi) 
də iştirak edir. 
Cinsiyyət yetişkənliyi orqanizmin fizioloji cəhətdən tam inkişaf 
etməsindən əvvəl başlayır, vaxtından əvvəl cütləşmə nəticəsində həm ananın, 


115 
həm də embrionun normal inkişafı ləngiyir, balasalma müşahidə edilir, zəif 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin