26
mərhələsində xromosomların xromatidləri arasında homoloji hissələrin mübadilə
olunma prosesi gedir. Bu üsul ilk dəfə olaraq Qreqor Mendel tərəfindən (1856-
1863) noxud bitkisində əlamətlərin nəsildən nəsilə keçməsini öyrənmək
məqsədilə tətbiq edilməklə, hazırda bitki və heyvanların seleksiyası
işlərində
geniş istifadə olunan başlıca hökmran üsul sayılır.
Geneoloji üsul
– əlamətlərin nəsildən nəslə ötürülməsinin və irsi xəstəliklə-
rin qanunauyğunluqlarının öyrənilməsi üçün qohumluğa və genetik yaxınlığa
istinad olunmasından ibarətdir. Bu üsuldan əsasən insanın və tədricən nəsil
verən heyvanların irsiyyətinin öyrənilməsində istifadə olunur və hibridoloji
üsulun bir variantı sayılır.
Sitogenetik (sitoloji) üsul
– xromosomların
quruluşunu, replikasiyasını,
funksiyasını, miqdarının dəyişilməsini öyrənmək üçün tətbiq edilir. Sitogenetika
üsulla xromosomların quruluşunun pozulması və onların sayının dəyişilməsi ilə
əlaqədar olan müxtəlif xəstəliklər və anomaliyalar öyrənilir. Bu üsulda əsas
təcrübə obyekti kimi bitki,
heyvan hüceyrələrindən, virus və mik-
roorqanizmlərdən istifadə olunur. Hazırda sınaq şüşələrində somatik hüceyrələri
süni qida mühitlərində (in vivo) yetişdirməklə onların çoxaldılması
istiqamətində elmi axtarışlar aparılır. Bu zaman xromosomların və DNT-nin
daşıyıcılarının-orqanoidlərin (ribosomlar, mitoxondrlər, plazmidlər və plastidlər)
öyrənilməsinə önəm verilir.
Dostları ilə paylaş: