Fяxrяddиn mustafayev


Əliyeva Nəcibə Abbas qızı



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə70/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   207
N 349

Əliyeva Nəcibə Abbas qızı
(1927-2006) 
Əliyeva Nəcibə Abbas qızı 1948-ci ildə 
Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq 
təbabəti fakultəsini bitirib, 1949-cu ilin mayına kimi 


64 
Tak-Muğal Zoobaytar məntəqəsində baytar həkimi vəzifəsində işləmiş, 1949-
1956-cı illərdə Azərbaycan Bioloji Kombinatında müxtəlif vəzifələrdə çalış-
mışdır. 1956-cı ildə SSRİ ―Xalq təsərrüfatı nailiyyətləri sərgisi‖nin iştirakçısı 
olmuş və sərginin bürünc medalı ilə təltif olunmuşdur. 1956-cı ildə Az.ETBİ-da 
kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, 1957-ci ildə isə aspiranturaya qəbul 
olmuşdur. 1960-cı ilin may ayında ADAU-nun elmi şurasında namizədlik 
dissertasiyasını müdafiə etmiş və baytarlıq elmləri namizədi alimlik dərəcəsinə 
layiq görülmüşdür. 1960-cı ildə institutun ―Mikrobiologiya və virusologiya‖ 
laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1962-ci ildə Keçmiş 
SSRİ Ali Attestasiya Komissiyasının qərarına əsasən ona ―Baytarlıq 
mikrobiologiyası‖ ixtisası üzrə Baş elmi işçi diplomu verilmişdir. 1963-83-cü 
illərdə o, ―Ümumi virusologiya,‖ 1983-1991-ci illərdə isə ―Ümumi virusologiya 
və ―Dabaq‖ laboratoriyalarının müdiri vəzifəsində işləmişdir. 1991-ci ildən 
institutun Epizootologiya, mikrobiologiya, virusologiya, immunologiya və 
mikologiya‖ laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1974-cü ildə 
N.E.Bauman adına Kazan Dövlət Baytarlıq İnstitutunda ―Azərbaycanda 
buzovların adenovirus infeksiyasının öyrənilməsinə dair materiallar‖ 
mövzusunda baytarlıq elmləri doktoru alimlik dərəcəsi adı almaq üçün 
dissertasiya mühafizə etmişdir. 1978-ci ildə Respublikada baytarlıq elminin 
inkişafında xidmətlərinə görə Ali Sovetin Fəxri Fərmanı ilə təltif edilmişdir. 
N.A.Əliyeva 104 elmi əsərin müəllifidir, Moskva, Kiyev, Kazan, Vladimir, 
Tiflis və s. şəhərlərdə keçirilən elmi konfranslarda məruzələrlə çıxış etmişdir.

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin