Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə85/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   207
N 349

(1955) 
 
Azərbaycanın müasir genetik və seleksiyaçıları 
arasında elmi-pedaqoıi fəaliyyətinə görə seçilən
həmişə elmi axtarışda olan alimlərimizdən biri də 
Nizami Seyidəliyevdir. O, 1977-ci ildə ADAU-nun 
aqronomluq fakültəsinə daxil olub, 1982-ci ildə həmin 
fakültəni fərqlənmə diplomu ilə bitirərərk sabiq SSRİ 
Kənd Təsərrüfatı Nazirliyinin təyinatı ilə ―Texniki 
bitkilər, genetika və seleksiya‖ kafedrasında müəllim saxlanılmışdır. 
N.Seyidəliyev 1983-cü ildə aspiranturaya daxil olmuş və 1988-ci ildə 
Özbəkistanda yerləşən Ümumittifaq Elmi Tədqiqat Pambıqçılıq İnstitutunda 


80 
namizədlik dissertasiyasını müdafiə etmişdir. Alim pambıq bitkisinin struktur 
göstəricilərinə təsir edən faktorların tədqiqatına böyük maraq göstərmiş, 1984-cü 
ildən genetika və seleksiya işləri istiqaməti ilə dissertasiya mövzusunun planına 
uyğun olaraq elmi axtarışlara başlamış və həmin vaxtdan Rusiyanın, Ukray-
nanın, Özbəkistanın və s. SNQ respublikalarının qabaqcıl ali təhsil mütəxəs-
sisləri ilə sıx əlaqə saxlamış, tez-tez həmin ölkələrdə elmi ezamiyyətlərdə olmuş 
və məşhur alimlərlə elmi əməkdaşlıq etmişdir. O, 1983-2008-ci illərdə ADAU-
da aqronomluq fakültəsinin dekan müavini, kafedra müdiri, dekan, məsul katib 
vəzifəsində çalışmış, 1978-1985-ci illərdə Respublikamızdan xaricə gedən tələbə 
inşaat dəstələrinə ( Krasnodar, Stavropol, Volqoqrad, Həştərxan, Arxangelsk və 
Kirov vilayətləri) rəhbərlik etmişdir. N. Seyidəliyev 170-ə yaxın elmi əsərin
dərsliklərin, dərs vəsaitlərinin, genetikaya aid proqram və metodik göstərişlərin 
müəllifidir. Onlardan 18-i xarici ölkələrdə nəşr edilmişdir. Onun yazdığı 
―Genetika-100 sual və 100 cavab‖ (dərs vəsaiti, 1992), ―Genetika, seleksiya və 
toxumçuluq‖ (dərslik, 2010) geniş oxucu kütləsi tərəfindən maraqla qəbul 
edilmişdir. O, 2010-cu ildə Azərbaycan Respublikasının Mil və Qarabağ 
bölgələrində ―Pambığın məhsuldarlığını artıran gübrə normalarının, bitki 
sıxlığının və suvarmaların müəyyənləşdirilməsi‖ mövzusunda doktorluq 
dissertasiyası işləmiş, ilkin müdafiə edərək AAK-na təqdim etmişdir. Alim 
apardığı tədqiqatda bütün kompleks aqrotexniki tədbirlərlə yanaşı adi 
maqnitləşdirilmiş su ilə suvarmanı müqayisəli öyrənmiş, nəticədə qrunt suyu 
nisbətən yuxarıda yerləşən və şoran torpaqlarda maqnitləşdirilmiş su ilə 
suvarmanın daha səmərəli olduğunu elmi əsaslarla sübut etmişdir. Belə yüksək 
nəticənin əldə olunması bir çox xarici ölkələrin aqrar yönümlü jurnallarında elmi 
əsər kimi nəşr olunmuşdur. N.Seyidəliyev hazırda Azərbaycan Dövlət Aqrar 
Universitetində ―Elm və texnika‖ üzrə prorektordur. O, 2000-ci ildən 
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ―Özəl bölmənin 
inkişafına yardım Agentliyinin‖ xətti ilə ―Kənd Təsərrüfatının inkişafı və 
kreditləşməsi‖ layihəsində ―İnformasiya və məsləhət xidməti‖ komponenti 
çərçivəsində işləmiş, 2008-ci ildən isə Dünya Bankının eksperti təyin 
olunmuşdur.

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin