G. A. Abbasbəyli, V. Q. Qlıcov, M. X. lyasova



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə8/12
tarix02.12.2016
ölçüsü2.8 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   12

Qalxma  gücünün  təyini:  Yarımfabrikatların  qalxma 
gücünü kürəcik metodu ilə təyin edirlər. Yarımfabrikatın qalx-
ma gücü dedikdə, resepturaya əsasən  yarımfabrikatlardan yoğ-
rulmuş  xəmir  kürəciyinin  suya  salma  anından  onun  səthinə 
çıxma anınadək olan şərti zaman müddəti başa düşülür.  
Un əlavə etmədən xəmirdən 10 q kütləyə malik kürəcik 
formalaşdırılır. Yarımfabrikatı çini fincandakı xəmirə qarışdırır, 
tam yarıya bölür və hamar səthli, çatsız kürəciklər formalaşdı-
rırlar. Kürəcikləri eyni zamanda 32°C-yə malik su ilə doldurul-

 
 
85 
 
muş 200-250 sm
3
 tutumlu stəkana salır, eyni temperatura malik 
termostata yerləşdirir və onların suyun səthinə çıxma anınadək 
olan vaxtı qeyd edirlər. 
Analizin  nəticəsi  kimi  iki  paralel  təyinetmənin  orta 
qiymətini  götürürlər.  Onlar  arasındakı  fərq  2  dəqiqədən  artıq 
olmamalıdır.  
Ümumi turşuluğun təyini. Ümumi (titrlənən) turşuluq 
turşu  və  turşuya  həssas  maddələrin  ümumi  miqdarı  ilə  xa-
rakterizə  olunur.  Turşuluğun  təyini  –  çörək  zavodu  labora-
toriyası  şəraitində  asanlıqla  həyata  keçirilən  sadə  analizdir. 
Buna  görə  də  bu  göstərici  çörəkbişirmə  istehsalının  texniki-
kimyəvi nəzarəti əsasında qoyulmuşdur. 
Yarımfabrikatların ümumi turşuluğunu titrləmə metodu 
ilə təyin edirlər. 5,00±0,01q yarımfabrikat nümunəsini fincanda 
texniki  tərəzinin  köməyi  ilə  çəkirlər.  Nümunəni  çini  həvəngə 
keçirir və kleykovinanı yumadan 50sm
3
 distillə suyu ilə ovxa-
layırlar.  Üzərinə  3-5  damcı  fenolftaleinin  spirtli  məhlulunu 
töküb,  0,1mol/dm
3
  konsentrasiyaya  malik  natrium  hidroksid 
məhlulu ilə çəhrayı rəng əmələ gələnədək titrləyirlər. 
Yarımfabrikatın  turşuluğunu  T
yf
  (dərəcə)  aşağıdakı 
formula əsasən təyin edirlər. 
10
100


=
u
yf
m
V
T
 
burada,  V  -  NaOH  məhlulunun  həcmi,  sm
3
;  m

-  un  nümunə-
sinin kütləsi, q; 1/10 - 0,1mol/dm
3
 konsentrasiyalı NaOH məh-
lulunun  1mol/dm
3
  konsentrasiyaya  keçid  əmsalı;  100  -  100q 
məhsula keçid əmsalı.  
Paralel  titrləmə  arasındakı  fərq  0,2  dərəcədən  çox 
olmamalıdır. Nəticə 0,5dərəcə dəqiqliklə ifadə olunur. 
Nəticə:  Müxtəlif  növ  yarımfabrikatların  keyfiyyətini 
fiziki-kimyəvi göstəricilərə görə qiymətləndirmək. 
 
 

 
 
86 
 
LABORATOR YA  Ş   26 
 
YARIMFABR KATLARDA AKT V  
TURŞULUĞUN VƏ OKS DLƏŞMƏ-REDUKS YA 
POTENS ALININ TƏY N  
 
 
 
Xəmirin  hazırlanma  prosesinə  fasiləsiz  nəzarət  və  ida-
rəetməni təmin etmək üçün xəmirin fiziki-kimyəvi xarakteristi-
kasına  avtomatik  nəzarət  metodları  işlənib  hazırlanmışdır.  Bu 
metodlardan biri potensiometrik metoddur. 
 
ş
in  məqsədi:  Yarımfabrikatlarda  aktiv  turşuluğu  və 
oksidləşmə-reduksiya potensialını təyin etmək; ümumi və aktiv 
turşuluq  arasında  qarşılıqlı  əlaqə  qurmaq;  qıcqırma  prosesinin 
biokimyəvi göstəricisini təyin etmək. 
 
Material və avadanlıqlar: pH-metr (pH-150 və ya baş-
qa);  termostat;  50sm
3
  tutumlu  şüşə  və  ya  çini  stəkan;  süzgəc 
kağızı. 
 
Təyinetmə texnikası 
 
 
Aktiv  turşuluğun  təyini.  Ümumi  turşuluğun  təyininin 
çatışmayan cəhəti ondan ibarətdir ki, titrləmənin son nöqtəsini 
vizual  olaraq  təyin  edirlər,  turşuluğa  isə  dövri  surətdə  nəzarət 
edirlər.  Xəmirin  hazırlanma  prosesində  turşuluğun  toplanması 
haqqında  daha  real  və  fasiləsiz  informasiya  əldə  etmək  üçün 
aktiv (həqiqi) turşuluğu ölçmək məqsədəuyğun hesab olunur. 
 
Aktiv  turşuluğu  müxtəlif  modifikasiyalı  pH-metrlərin 
köməyi ilə (pH-150, pH-262, pH-340 və s.) təyin edirlər. pH-ı 
ölçərkən,  ölçmə  və  köməkçi  elektroddan  ibarət  elektrod  sis-
temdən istifadə olunur. Ölçmə elektrod kimi şüşə ЭСЛ-45-11, 
köməkçi elektrod kimi isə xlorgümüş ЭВЛ-IM4 istifadə olunur. 

 
 
87 
 
 
pH-metrin  işi  elektrod  sisteminin  elektrohərəkət  gücü-
nün ölçülən qiymətə mütənasib olan daimi cərəyana çevrilmə-
sinə əsaslanır. 
 
Ölçmədən  əvvəl  cihazı  30dəq.  qızdırırlar.  T-düyməsini 
sıxır,  ƏL  ТEMП  dəstəyini  fırladaraq,  indiqatorda  yarımfabri-
katın  temperaturunun  lazımı  qiymətini  qoyurlar.  Elektrodları 
distillə olunmuş su ilə yuyur və süzgəc kağızı ilə qurulayırlar. 
 
50sm
3
 tutumlu şüşə və ya çini stəkana 2/3 hissəsi qədər 
yarımfabrikat töküb, səthi boyunca bərabər  yayırlar ki, boşluq 
qalmasın.  Doldurulmuş  stəkanı  cihazın  döngəli  masasına 
qoyub, elektrodu onun içərisinə salırlar. pH düyməsini sıxır və 
alınmış  qiyməti  qeyd  edirlər.  Ölçmə  qurtardıqdan  sonra  T-
düyməsini  sıxır,  elektrodları  yuyur  və  içində  distillə  olunmuş 
su olan stəkana salırlar. 
 
Ümumi  və  aktiv  turşuluq  arasında  asılılıq  mövcuddur. 
O  çovdar  və  buğda  unu  qarışıqlarından  hazırlanmış  ayrı-ayrı 
yarımfabrikatlar  üçün  müəyyən  olunmuşdur  və  alınmış  nəti-
cələrə görə nomoqramlar tərtib olunur. 
 
Tədqiq olunan obyektdə turşu toplama dinamikasını öy-
rənərkən  yarımfabrikat  dolu  stəkanı  yoğurmadan  dərhal  sonra 
pH-metrin  döngə  masasının  üstünə  termostata  yerləşdirir  və 
içərisinə  elektrodu  salırlar.  pH-ın  qiymətini  qıcqırma  prose-
sində  hər  15  dəqiqədən  bir  fiksə  edir  və  nomoqrama  əsasən 
ümumi  turşuluğun  uyğun  qiymətini  tapırlar.  Alınmış  qiy-
mətlərə əsasən asılılıq qrafikini qururlar: 
( )
qic
f
PH
τ
=
 və 
( )
qic
f
T
τ
=
 
burada, 
τ
qıc
  –  yarımfabrikatın  qıcqırma  müddəti,  dəq;  T  – 
ümumi turşuluq, dərəcə. 
 
Oksidləşmə-reduksiya  potensialının  təyini:  Mühitin 
oksidləşmə-reduksiya  potensialı  (ORP)  oradakı  reduksiyaedici 
və  oksidləşdirici  xarakterə  malik  maddələrin  qarşılıqlı  əlaqə-
sinə əsaslanır. Qıcqırma zamanı baş verən biokimyəvi, mikro-

 
 
88 
 
bioloji, kolloid və başqa proseslər bu göstəricinin qiymətindən 
asılıdır. 
 
nersiyalı  elektrodu,  tərkibində  iki  müxtəlif  formalı 
oksidləşdirici  maddə  olan  məhlula  saldıqda  elektrod  –  məhlul 
sərhədində  potensial  sıçrayış  baş  verir  ki,  bu  da  oksidləşmə-
reduksiya  potensialı  adlanır  və  Nernst  bərabərliyi  ilə  təyin 
olunur: 
red
ok
a
a
nF
RT
E
E
ln
0
+
=

burada, E – verilmiş temperatur və konsentrasiyadakı potensial, 
V;  E

-  standart  potensial,  V;  R  –universal  qaz  sabiti, 
C/(K·mol)  (R=8,314C/(K·mol)); T – mütləq temperatur, K; n– 
reaksiyada  iştirak  edən  elektronların  sayı;  F  –  Faradey  ədədi, 
Kl  (F=96484,56  Kl);  a
ok
,  a
red
  –  uyğun  olaraq  oksidləşmiş  və 
reduksiya olunmuş formalarda olan maddələrin aktivliyi. 
 
Xəmirin  qıcqırması  mürəkkəb  biokimyəvi  proseslər 
zənciridir,  ORP  isə  maya  hüceyrələrinin  həyat  fəaliyyətinin 
qismən xarakteristikasıdır və voltla və ya rH
2
 (molekulyar hid-
rogenin  konsentrasiyasının  mənfi  loqarifmi)  qiymətilə  ifadə 
olunur. 0-dan 40 rH
2
 hədlərində mühitin bütün reduksiya və ya 
oksidləşmə  dərəcəsi  xarakterizə  olunur  –  mühitin  hidrogenlə 
doydurulmasından,  oksigenlə  doydurulmasınadək.  rH
2
  qiy-
mətini aşağıdakı formulla hesablayırlar: 
 
 
                           
2
rH
pH
E
h
2
29
201
+
+
=
                         (26.1) 
burada,  E
h
  –  mühitdə  yaranan  potensial,  V;  201  –  köməkçi 
elektroddan  əsas  elektroda  keçid  əmsalı;  29  –  Nernstə  keçmə 
ə
msalı.  
ORP  pH-metrdə  ölçmək  üçün  ölçmə  elektrodu  kimi 
platin  ЭПЛ-02,  köməkçi  kimi  isə  xlorgümüş  ЭВЛ-IМ4  tətbiq 
olunur. Cihazın ORP ölçməyə hazırlanması yuxarıda qeyd olu-
nan  pH  üçün  olduğu  kimi  aparılır.  Göstəricini  çıxarmaq  üçün 

 
 
89 
 
mV
  düyməsini  sıxırlar  və  indikatorda  alınmış  qiyməti  (mB) 
götürürlər.  Ölçmədən  sonra  T-düyməsini  sıxırlar.  Yarımfab-
rikatın  qıcqırma  prosesində  E
h   
qiymətini  hər  15dəq.  bir  fiksə 
edir, sonra isə rH
2
 hesablayırlar. 
 
Qıcqırma  prosesinin  biokimyəvi  göstəricisinin  təyi-
ni:  Biokimyəvi  göstərici  yarımfabrikatda  hüceyrələrin  mü-
badilə proseslərini xarakterizə edir və aktiv turşuluq və ORP-ın 
dəyişmə analizinə görə təyin edilir. 
 
Qıcqırma  prosesində  bu  göstəricilərin  dəyişməsi 
aşağıdakı bərabərliklə ifadə olunur: 
 
 
       

ae
pH
λτ
b
+                                   
1
1
2
1
b
e
a
rH
+
=

τ
λ
 
burada, a – yarımfabrikatın aktiv turşuluğunun ilkin qiyməti ilə 
təyin edilmiş rejimin turşuluğu arasındakı fərqə bərabər əmsal; 
λ
  –  turşu  toplama  əmsalı;  dəq
-1
;  b  –  mikrofloranın  həyat 
fəaliyyəti  nəticəsində  yaranan  aktiv  turşuluğun  maksimal 
mümkün  dəyişməsinə  bərabər  əmsal;  a
1
,  b
1
,  λ
1
  –  ORP  üçün 
analoji göstərici, (26.1) formuluna əsasən rH
2
 -ə keçid. 
 
Biokimyəvi  göstərici  aşağıdakı  formula  əsasən  təyin 
olunur: 
 
 
 
λ
λ
χ
a
a
1
1
=
   ,                                         
 Turşu  toplama  əmsalını  λ  STATGRAF    proqramına 
ə
sasən hesablayırlar. 
 
Nəticə:  Müxtəlif  növ  yarımfabrikatları pH və ORP  göstəricilərinə 
görə  qiymətləndirmək;  aktiv  və  ümumi  turşuluq  arasında  qarşılıqlı  əlaqəni 
öyrənmək. 
 
 
 
 
 

 
 
90 
 
LABORATOR YA  Ş   27 
 
YARIMFABR KATLARIN QICQIRMA  
AKT VL Y N N, QAZƏMƏLƏGƏT RMƏ  
VƏ QAZSAXLAMA XASSƏLƏR N N TƏY N  
 
 
ş
in məqsədi: Yarımfabrikatların qıcqırma aktivliyinin, 
qazəmələgətirmə  və  qazsaxlama  xassələrinin  təyini  metodika-
sını  öyrənmək;  verilmiş  göstəriciləri  müxtəlif  növ  yarım-
fabrikatlar üçün təyin etmək. 
 
Material  və  avadanlıqlar:  4-cü  sinif  kvadrant  labo-
ratoriya tərəzisi; 0-50°C ölçmə diapazonuna malik mayeli şüşə 
termometr;  200-250  sm

tutumlu  kimyəvi  stəkan;  yarımfab-
rikatın qazəmələgətirmə və qazsaxlama xassələrini təyin etmək 
üçün qurğu. 
 
Təyinetmə texnikası 
 
 
Qıcqırma  aktivliyinin  kürəciyin  suyun  üzərinə  çıx-
ma  metodu  ilə  təyini.  Yarımfabrikat  və  ikinci  sort  buğda 
unundan  cədvəldə  verilmiş  resepturaya  əsasən  xəmir  yoğu-
rurlar.  Xəmirdən  iki  kürəcik  formalaşdırır,  içərisində  32°C 
temperatura  malik  su  olan,  200-250  sm

tutumlu  stəkana  salır 
və stəkanı termostata  yerləşdirirlər. Kürəciyi suya salma anın-
dan  onun  suyun  üzünə  çıxma  anınadək  olan  vaxt  (dəq.) 
yarımfabrikatın qıcqırma aktivliyini xarakterizə edir. 
 
ki  paralel  təyinetmə  arasındakı  fərq  iki  dəq-dən  artıq 
olmamalıdır. 
Yarımfabrikat 
Yarımfabrikatın kütləsi, 

Unun kütləsi, q 
Qatı acıtma 
16 

Maye acıtma 
12 
16-18 
90% nəmliyə malik 
maye mayalar 
10 
10-12 
Xəmir 
20 


 
 
91 
 
Qazəmələgətirmə  xassəsinin  təyini:  100q  yarımfabrikat 
nümunəsini  götürür  və  qazəmələgətirmə  xassəsini  fiksə 
olunmuş volyumometrik analiz metodu ilə təyin edən qurğunun 
(şək.27.1) qabına yerləşdirirlər. 
 
 
Şə
k.27.1. Yarımfabrikatın qazəmələgətirmə xassəsini təyin 
edən qurğunun sxemi 
 
 
Qabı yivli qapaqla (2) bağlayır və qıcqırma üçün 90 dəq. 
saxlayırlar.  Verilmiş  33°C  temperaturu  saxlamaq  üçün  ter-
mostatdan (11) istifadə edirlər ki, buradan da su qabın (1) baş-
lığına  daxil  olur.  Qıcqırma  zamanı  çıxan  karbon  dioksid  bir-
ləşdirici boru vasitəsilə 2/3 hissəyə qədər doymuş natrium xlor 
məhlulu  ilə  doldurulmuş  qaba  (3)  daxil  olur  və  onu  dərə-
cələnmiş şaquli boruya (4) itələyirlər. 
 
tələnmiş  NaCl  məhlulunun  həcmi  demək  olar  ki,  qıc-
qırma  prosesində  çıxan  CO
2
  həcminə  bərabərdir.  Hər  15  dəq-
dən  bir  dərəcələnmiş  boruya  (4)  əsasən  çıxan  CO
2
  həcmini 
ölçürlər.  

 
 
92 
 
 
Mayenin  qalxma  səviyyəsi  –  yəni  CO
2
  həcmi  poten-
siometrin  qrafik  avtomat  qələmi  (6)  ilə  fiksə  olunur.  Bunun 
üçün  işıqlandırıcı  çırağın  (8)  işığını  işıqötürücü  (7)  vasitəsilə 
fotodiodlara  (5)  yönəldirlər.  Qalxan  maye  fotodiodlara  düşən 
ş
üaların qarşısını alır. Bu yolla elektrik siqnalı əmələ gəlir. CO
2
 
həcmini dəqiq fiksə etmək üçün bütün qıcqırma prosesi ərzində 
hər 15 dəq.-dən bir təzyiqi maqnit qapağın (9)  köməyi ilə aşağı 
salırlar. 
 
Qazsaxlama  xassəsinin  təyini:  Yarımfabrikatın  (4) 
tədqiq  olunan  nümunəsini  eksperimental  qurğunun  (şək.27.2) 
ölçü silindrinə (3)  yerləşdirirlər.  
 
Onun səthinə porşen (5) quraşdırır və xəmirə kip sıxırlar. 
Bu zaman göstəricini (7) şkalaya və potensiometrin (9) oxunun 
vəziyyətinə  görə  sıfır  vəziyyətinə  gətirirlər.  Porşen  şaquli 
 
 
 
Şə
k.27.2.  Yarımfabrikatın  qazsaxlama xassəsini təyin edən  
eksperimental qurğunun sxemi 

 
 
93 
 
istiqamətdə  sərbəst  hərəkət  edir.  Belə  ki,  qıcqırma  prosesində 
xəmirin  həcmi  böyüdüyündən,  porşen  yuxarı  qalxır  və  göstə-
ricinin  vəziyyəti  dəyişir.  Porşenin  yerdəyişmə  ölçüsü  xəmirin 
həcminin dəyişməsini xarakterizə edir. 
Verilmiş  temperaturu  saxlamaq  üçün  termostatdan  (1) 
istifadə  olunur.  Porşenin  xəmirə  təzyiqi  yüklü  (8)  mancanaqla 
(6)
  tənzimlənir.  Yükün  kütləsi  porşenin  kütləsini  tarazlaşdırır. 
Qazların çıxması üçün porşenin aşağı diski çoxlu sayda dəlik-
lərə malikdir. 
 
Tədqiqat  yarımfabrikatın  bütün  qıcqırma  prosesi  ər-
zində  aparılır.  Alınmış  qiymətlərə  əsasən  yarımfabrikatın  qıc-
qırma  prosesi  ərzində  qazəmələgətirmə  və  qazsaxlama 
xassələrinin asılılıq qrafikləri qurulur.  
 
Nəticə:  Müxtəlif növ yarımfabrikatların qıcqırma aktivliyinə, qaz-
ə
mələgətirmə və qazsaxlama xassələrinə görə keyfiyyətini qiymətləndirmək. 
 
 
LABORATOR YA  Ş   28 
 
ÇÖRƏKB Ş RMƏ  STEHSALININ 
YARIMFABR KATLARININ REOLOJ   
XASSƏLƏR N N TƏY N  
 
 
Nyuton qanununa tabe olmayan  mayelərlə reoloji təd-
qiqat  aparmaq  üçün  “Reotest-2“  rotasion  viskozometrdən  və 
“Strukturometr” cihazından istifadə olunması məsləhət görülür. 
 
ş
in  məqsədi:  Yarımfabrikatların  reoloji  xassələrinin 
müxtəlif viskozimetrlərdə təyini metodikasını öyrənmək; müx-
təlif növ  yarımfabrikatlar üçün verilmiş xarakteristikaları təyin 
etmək. 
 
Material  və  avadanlıqlar:  4-cü  sinif  kvadrant  labora-
toriya  tərəzisi,  “Reotest-2“  tipli  qurğu,  “Strukturometr”  qur-
ğ
usu. 

 
 
94 
 
Təyinetmə texnikası 
 
Özülülüyün  “Reotest-2“  struktur  rotasion  viskozi-
metrdə təyini. Cihazın iş prinsipi, tərpənməz silindrin fırlanma 
momentinin ölçülməsinə əsaslanır. Yarımfabrikat nümunəsinin, 
viskozimetrin  tərpənən  və  tərpənməz  silindrlərin  arasına 
yerləşdirirlər (şək.28.1).  
 
 
Şə
k.28.1. “Reotest-2“ cihazının sxemi 
 
Tərpənən  silindr  (6)  birləşdirici  muftanın  (10)  köməyi 
ilə  ölçü  mexaniziminin  (13)  ölçü  valı  ilə  birləşdirilmişdir. 
Tərpənməz silindr (7) cihaza sıxac halqası (11) və ling (12) va-
sitəsilə  bərkidilmişdir.  Temperaturu  tənzimləyən  qabı  (8)  si-
lindrlə  (7)  birləşdirir  və  sıxac  halqası  (9)  ilə  fiksə  edirlər. 
Termostatı  işə  salmaq  üçün  sıxac  lingini  (15)  sola  fırladırlar. 
Termostatdakı temperatur kontakt termometri (20) ilə müəyyən 
olunur və termometrlə (21) tənzimlənir. 

 
 
95 
 
 
Termostatlaşma  (5)  dəqiqə  ərzində  aparılır.  Bundan 
sonra cihazın ölçü mexanizmini (13) işə salmaq üçün (1) düy-
məsini  sıxıb,  sonra  ötürücü  mexanizimin  (16)  mühərrikini  işə 
salmaq üçün (2) düyməsini sıxırlar və cihazın şkalasından ötü-
rücü  qutunun  linginin  (18)  köməyi  ilə  təyin  edilmiş  müxtəlif 
sürətlərdəki  göstəriciləri    qeyd  edirlər.  Dəyişdirci  açarın  (14) 
vəziyyəti silindrin növündən və kəsiyə toxunan gərginliyin I və 
II diapazonundan asılı olaraq onun sabit qiymətini təyin edir. 
 
Kəsiyə toxunan gərginliyin sürət qradiyentinin aslılığını 
təyin  etmək  üçün  ölçməni  sürət  qradiyentinin    aşağı  qiymət-
lərindən  başlayaraq  aparırlar.  Bunun  üçün  lingin  18  istiqa-
mətini dəyişməklə silindrin 6 fırlanma tezliyini artırırlar. Reo-
testdəki  mühərrikin  fırlanma  tezliyini  tezlikölçənin  5  köməyi 
ilə yoxlayırlar. 
 
Ölçü  nöqtələrinin  miqdarnı  artırmaq  üçün  müərrikin 
valının  tezliyini  dəyişirlər.  Bunun  üçün  dəyişdirici  açarı  19  a 
vəziyyətindən b vəziyyətinə keçirirlər.  
 
Cihazın göstəricisini qeyd etdikdən sonra ölçü cihazının 
2
  düyməsini,  sonra  isə  1  düyməsini  sıxır  və  termostatın  naso-
sunu söndürürlər. Əvvəlcə tərpənməz, sonra isə tərpənən silin-
dri  çıxarırlar.  Tərpənməz  silindrin  qapağını  açır  və  yarımfab-
rikatı çıxarırlar. 
 
Alınmış  nəticələrə  əsasən  yarımfabrikatın  reoloji 
xarakteristikasını təyin edirlər. 
 
Toxunan gərginlik (Pa) 
 
 
 
  σ= za                                            (28.1) 
burada: z – silindrik ölçü cihazının sabiti, a – indikatorlu ciha-
zın şkalasında təyin olunan qiymət. 
 
 
 
 
 
 

 
 
96 
 
Dinamik özlülük (Pa·S) 
100

=
γ
σ
η
 
burada 
γ
- kəsiyə sürət qradiyenti, san.
-1
 
 
Alınmış  qiymətlərə  əsasən, 
σ
=f(
γ
); 
η
=f(
γ
); 
ln
σ
=f(ln
γ
) əyri axınlarını qururlar və onların köməyi ilə axın 
indeksini və axın həddini σ
T
 tapırlar. 
 
“Strukturometr”  cihazında  elastik  və  plastik  defor-
masiyanın  təyini.  Cihaz  –  idarəetmə  blokundan,  növbəli  ölçü 
başlığından,  novbəli  alət  və  qurğular  dəstindən  ibarətdir. 
darəetmə bloku (1) (şək.28.2 a) yuxarı hissəsində masa (7) və 
çaquli  ştanq  (2)  yerləşən  qurğudur.  Masa  addımlı  müərrikin 
köməyi  ilə  şaquli  istiqamətdə    verilmiş  sürətlə  yerini  dəyişə 
bilir. Masanın üstündə ölçü başlığı (4) yerləşdirilmişdir ki, o da 
ş
tanq  boyunca    hərəkət  edərək,  vintin  (3)  köməyi  ilə  istənilən 
yerdə fiksə olunur. Vintlər (5) növbəli alətin (6) bərkidilməsini 
təmin  edir.  darəetmə  blokunun  üz  panelində  indikasiya  və 
idarəetmə elemenləri yerləşdirilmişdir. 
darəetmə  blokunun  (şək.28.2b)  arxa  panelində:  ardıcıl 
ə
laqə kanalı detalı (8), qrafoqurucuya qoşulmaq üçün detal (9)
ölçü  başlığına  qoşulmaq  üçün  detal  (10),  şəbəkə  cərəyanın 
dəyişdirici  açarı  (11),  qoruyucuların  tutqacı  (12),  şəbəkə 
cərəyanı  naqili  (13)  və  cihazın  torpaqlanması  üçün  sıxac  (14) 
yerləşir.  
 
Ölçü başlığında (şək.28.2c) yüksək ölçü tranzistor gös-
tərici və analoq siqnalının gücləndirmə sxemi yerləşdirilmişdir. 
Göstəricinin  qabaq  hissəsində  alətin  quraşdırlması  üçün  yuva 
(17)
 vardır. 10 H çox güc ölçülərkən dəyişdirici açarı (16) 1:1 
vəziyyətində  olmalıdlr.  Bu  halda  cihazın  indikatorunda  əks 
olunan  qiymət  real  gücə  uyğun    olacaqdır.  10  H  az  güc  ölçü-
lərkən  dəyişdirici  açar  (16)  10:1  vəziyyətini  almaq  üçün  ciha-
zın  indikatorunda  əks  olunan  qiyməti  10-a  bölmək  lazımdır. 
1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə