Cədvəl 1.9
İnteqrasiya-korporativ münasibətlərin konseptual təhlil
qiymətləndirilməsinin xüsusiyyətləri
Konseptual istiqamətlər
|
İnteqrasiya meyillərinin təhlil qiyməti
|
Neoklassik
|
Bazarın strukturuna təsirin əsas istiqamətləri: şaquli və üfüqi effektlərin neytrallaşması ilə bağlıdır; rəqabət zəifləyir; bazara dövlət təsiri güclənir.
|
İnstitusional
|
Ən əsası – iqtisadi sistemlərdə inteqrasiya və koordinasiya problemlərinin həlli mümkünlüyü. Qarşılıqlı hərəkətlərə (sövdələşmələrin bağlanmasına) maneələr istifadə olunan təşkilati formalardan asılıdır.
|
Transaksiya məsrəfləri
nəzəriyyəsi
|
Transaksiya məsrəflərinə təsir edən inteqrasiyanın müsbət qiymətləri. Transaksiya məsrəflərinin həcmlərinin azalması azad bazar fəzasının kiçilməsi amilidir.
|
Belə şəraitdə iqtisadiyyatın korporativ moderlləşməsi strategiyası qloballaşma proseslərində ölkənin konstruktiv iştirakı konsepsiyasını daxil etməlidir (bax: cədvəl 1.9). İqtisadi nəzəriyyənin əsas konseptual istiqamətləri inteqrasiya-korporativ münasibətlərin inkişaf meyillərini müsbət qiymətləndirir, burada bazar fəzasının inkişafının qlobal meyillərinə bir sıra mənfi təsirlərlə səciyyələnir.
Cədvəl 1.9-da göstərilən inkişaf nəzəriyyələrini qloballaşma nəzəriyyəsi əvəz etdi. Başqa nəzəriyyələrdən fərqli olaraq, qloballaşma nəzəriyyəsi bütün dünya ölkələrində (istisnasız) gedən prosesləri təsvir edir – həm inkişaf etmiş ölkələri, həm keçid dövrünü yaşayan ölkələri.
Geniş mənada qloballaşmaya alternativ yoxdur, çünki ölkələrin qloballaşma proseslərinə cəlb olunduğuna görə, başqa seçimi yoxdur. Bu reallıqdır və o transmilli bazarın mövcudluğu ilə özünü göstərir (bizim istəyimizdən asılı olmayaraq). Qlobal dünyada ölkələrin vəziyyəti qeyri-simmetrik olduğuna görə ölkələr qarşısında qloballaşma konsepsiyası çərçivəsinin öz sahəsində seçim problemi əmələ gələ bilər.
Öz sahəsinin istiqamət seçimi, qloballaşmanı xarakterizə edən meyillərin nəzərə alınması ilə həyata keçirilir.
Ədəbiyyatda konstruktivizm haqqında deyilir ki, o, problemlərin həllinə yönəlmiş prinsip və fikirlərin xüsusi sistemidir, sosial-iqtisadi təfəkkürün müəyyən konservativ istiqamətidir. Ümumiyyətlə, bu ideoloji-təcrübi istiqaməti dəstəkləyərək, biz, konstruktiv rasionalizm mövqelərində dayanırıq, çünki o, bizim tədqiqatlarımızın obyekti – cəmiyyətin və iqtisadiyyatın korporativləşməsinə aid fəal qurucu, sosialyönümlü proses kimi izah olunur. Bu proses, cəmiyyətimizdə resurs imkanlarına, onların Azərbaycan cəmiyyətinin tarixi-inkişafı ənənələrinə söykənərək, sağlam düşüncə bazasında planlı istifadəsinə, xalqın mentalitetinə arxalanır.
Müasir proseslərin təhlili onu göstərir ki, qloballaşma rəqabətin şərtlərinin dəyişilməsinə səbəb olub, lakin dövri inkişafın və qiymət rəqabəti mübarizəsinin xasiyyətini dəyişməyib. Dəyişikliklər aşağıdakı məqamlara toxunub:
- TMK-rın kiçik və orta biznesi özlərinə tabe etməsi ilə (submüqavilələr, françayzinq, lizinq, vençur maliyyələşdirmə və başqa sistemlər vasitəsi ilə) qlobal rəqabət subyektlərinə çevrilməsi. R.Quliyevin fikrincə, ”TMK-in hökmranlığı ğüclənməkdə davam edir və bu proses TMK-ın dünya iqtisadiyyatının regionları üzrə qeyri-bərabər strategiyalarının təsiri alnında inkişaf etmiş, inkişaf etməkdə olan və keçid ölkələri regionları arasında rəqabət mühitini fərqli biçimlərdə etgiləyir”;
- ticarət sahələrinin inteqrasiyası, iri şirkətlərin nəzarəti altında olan alternativ əmtəə göndərənlər və yeni əmtəələr haqqında tam məlumatın əldə edilməsi;
- rəqabətə dövlət təsiri rolunun dəyişilməsi, özü də ki, dövlətin iqtisadi subyektlərin münasibətlərinə qarışmaqdan imtinası istiqamətində yox (bu barədə radikal və liberal iqtisadçılar təkidlə danışırlar), əksinə dövlətin yeni strateji funksiyalarının əhəmiyyətinə görə, onun rolunun güclənməsi (terrorizmlə mübarizə, iqtisadi-informasiya təhlükəsizliyinin möhkəmlənməsi, milli maraqların müdafiəsi məqsədi ilə iqtisadiyyatların mövqeləndirilməsi və s.);
- proqram-məqsədli inkişaf və cəmiyyət əhəmiyyətli proseslərin tənzimlənməsinin güclənməsi vasitəsi ilə, cəmiyyətin müxtəlif tələbatları prioritetlərinin razılaşdırılmasının vacibliyi;
- standart məmulatların kütləvi istehsalına yönəlmiş strateji marketinqdən tək-tək sifarişlərin təmin edilməsinə keçid (məhsulların ayrı-ayrı seqmentləri üzrə);
- milli iqtisadiyyatın və onun subyektlərinin rəqabətə davamlılığının qalxması üçün elmi-texniki innovasiyaların rolunun yüksəlməsi;
- investisiya-innovasiya layihələrinin birgə reallaşdırılması üçün bazarda müxtəlif növ ortaqlığın və alyansların formalaşması.
Müasir şəraitdə milli iqtisadiyyatın sosial-iqtisadi effektliyinin və rəqabətə davamlılığının qaldırılmasının əsası onun liberallaşması deyil. Bizə elə gəlir ki, bunun üçün, birincisi, innovasiya-sərmayə kapitalının inkişafıdır; ikincisi, iri korporativ qurumların potensialının fəal istifadəsidir; üçüncüsü, təbii resurs potensialının mövcudluğu və onun effektli istifadəsi və cəmiyyətin peşə savadının artırılması.
Ölkədə belə vəziyyət alınıb ki, maliyyə-təşkilat sistemləri inkişafının ənənəvi meyillərindən heç birinin üstünlüyü yoxdur, çünki dünyada inteqrasiya modellərinin və korporativ idarəetmənin müxtəlif komponent və mexanizmlərinin qarşılıqlı prosesi gedir.
Müasir Azərbaycan müxtəlif, mühüm ictimai altsistemlərin: sosial-iqtisadi, siyasi-mədəni, o cümlədən sosial-etik altsistemlərin eyni vaxtda təşəkkül tapdığı bir sistemdir. Bütün bunlar məcmu şəkildə keçid dövrünün xüsusi modelini təşkil edir. Uyğun olaraq Azərbaycanın işgüzar iqtisadi mühitində mövcud olan etik norma və prinsiplər də hələlik təşəkkül prosesindədir və onları keçid dövrü baxımından qiymətləndirmək lazımdır. Onlar totalitar və avtoritar iqtisadiyyat dövründən miras qalan və qərbin işgüzar mədəniyyətindən götürülmüş və hələ ki, özünü təsdiq edə bilməyən davranış stereotiplərinin özünəməxsus konqlomeratından ibarətdir.
Azərbaycanın iqtisadi mühitinin, xüsusilə də biznesin etikasının «yaratmaz» vəziyyəti ölkədə təzəlikcə təşəkkül tapan sahibkarlığın etik aspektlərinə diqqətsizlik ucbatından yaranmışdır Etik problemlər, həmçinin tədqiqatçıların və mütəxəssislərin də diqqətindən kənardadır. Bu sahədə elmi araşdırmalar yox dərəcəsindədir. Bir çox xarici ölkələrdə isə biznes etikasına xüsusi əhəmiyyət verilir.
Əgər Azərbaycan cəmiyyəti islahatlar yolunu seçmişdirsə, onda dərk olunmalıdır ki, iqtisadi islahatlar – həmçinin etika və mənəviyyatların islahatlarıdır. Müqavilələrin aşağı keyfiyyətdə olması, həmçinin onun şərtlərinə riayət olunmaması biznesmenin nüfuzuna xələl gətirməsindən başqa onun bazardan sıxışdırılıb çıxarılmasına bərabərdir. Ümumiyyətlə, Azərbaycan cəmiyyətinin qarşısında insanların mentalitetini dəyişmək, etika ilə biznesin vəhdətini təşkil etmək, şüurlu surətdə riskə getməyi bacaran, qəbul edilmiş qərarın məsuliyyətini daşımağa hazır olan yeni bir nəslin formalaşdırılmasına ehtiyac vardır.
Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir çox vətəndaşlar özlərini etik çərçivə ilə məhdudlaşdırmaq istəmirlər, çünki «etikalı» biznesin daha mənfəətli, «etikasız» biznesin isə daha mənfəətsiz fəaliyyəti üçün şərait yaradılmayıb. Elə şərait yaradılmalıdır ki, etik biznes daha çox gəlir gətirən olsun.
II FƏSİL. Azərbaycanda İrİ BİZNES strukturlarının funksİonal mexanİzmİnİn və xarİcİ İqtİsadİ fəalİyyətİnİn kompleks qİymətləndİrİlməsİ
2.1. İri biznes strukturlarının fəaliyyətinin empirik qiymətləndirilməsi
Sivil inkişaf istiqamətlərini qavrayaraq Azərbaycan iqtisadiyyatının və cəmiyyətinin yeniləşməsi davam edir. Yeni problemlərin yaranması və bunların həlli iqtisadiyyatın maliyyə-istehsalat yaşamının bərpasına yönəlmiş müasir institusional transformasiyalarla və yeni əsrin çağırışlarına cavab verən fəal iqtisadi yüksəliş yollarının axtarışı ilə bağlıdır.
Bu, iqtisadi inkişafın ən perspektiv seqmentlərində işləyən müasir mexanizm və üsulların formalaşmasını və istifadəsini tələb edir. Belə mexanizmlərdən biri, mexanizmlər kateqoriyası çərçivəsindən kənara çıxıb, sosial məfhuma keçən cəmiyyətin müasir sosial-iqtisadi və maliyyə inkişafına yönəlmiş korporativ idarəetmədir. Burada, sadəcə, korporativ prinsiplərdə qurulmuş, korporativ struktur, alyans və assosiasiyalardan söhbət getmir, əsas məqsəd ölkənin gələcək iqtisadiyyatının özəyi olan iri korporasiyaların formalaşmasıdır. Bu halda nəzərə alınmalıdır ki, «iri korporasiyaların maliyyə cazibəsi – dünyanın iqtisadi münasibətlərinin reallığıdır».
Təcrübədə və nəzəriyyədə «korporativ idarəetmə» kateqoriyasının geniş şərhi həm onun mahiyyəti tərəfindən, həm də sosial-iqtisadi münasibətlər sistemində onun real rolu və yeri baxımından yayılmışdır. Bu halda müəyyən çoxsaylı, mürəkkəb, çoxfunksiyalı mövcudluq təşəkkül tapmışdır və bunu yalnız «korporativ idarəetmə» termini ilə müəyyən etmək olmaz (bu termin çox geniş şərh olunur).
Sosial-iqtisadi və təşkilatçılıq fenomeni mənasını daşıyan baş kateqoriyanın əsas tərkib elementləri bunlardır: korporativ münasibətlər və korporativ struktur, bunlar da yekunda «korporativ iqtisadiyyat və iqtisadiyyatın korporativ sferası» kimi simbioz məfhumları yaradıblar.
Anlam cəhətdən «korporativizm» kateqoriyası sadədir və latınca «birlik» deməkdir (ittifaq, birləşmək mənasında). Bununla əlaqədar korporativizmin bir çox nəzəriyyəvi konstruksiyaları təşkilati-struktur sistemlərlə əlaqədədir. Bu sistemlər insanları və iqtisadi subyektləri müxtəlif növ təşkilat və assosiasiyalarda birləşdirir, mülkiyyətin ümumi prinsiplərini, gəlirlərin qazancı və paylaşdırılmasını müəyyənləşdirir. Qeyd etmək lazımdır ki, «qarşılıqlı hərəkətlər» məqsədyönlü deyil, bu insanların maraqlarının üst-üstə düşməsi nəticəsində qarşılıqlı köməyin, anlaşmanın və dəstəyin təbii nəticəsidir. Bazar iqtisadiyyatı şəraitində korporativ münasibətlər müəyyən korporativ qurumlar çərçivəsində reallaşır, bu qurumların məqsədyönümü gəlir əldə etməklə bağlıdır. Beləliklə, biz əlavə olaraq yeni bir kateqoriya-«korporativ biznes» əldə edirik. Bu kateqoriya əvvəl baxılan kateqoriyaların sintezidir.
İnsanların həyatı və fəaliyyəti cəmiyyətlə sıx bağlıdır: onlar, birincisi – mülkiyyət münasibətlərinin xüsusiyyətlərindən irəli gələn mülki-sosial və bölgü münasibətlərindən; ikincisi – real fəaliyyət prosesində onlar müəyyən təşkilatçılıq formalarından və tənzimləmə mexanizmlərindən birgə istifadə edirlər.
Bazar iqtisadiyyatı şəraitində bu münasibətlərin və qarşılıqlı hərəkətlərin məqsədi gəlir əldə etməkdir. Gəlirin əldə edilməsi prosesi «biznes» anlamı ilə ifadə olunur və bunun spesifik forması «korporativ iqtisadiyyatın» əsası olan «korporativ biznesdir». Korporativizm mürəkkəb sosial-iqtisadi hadisə olaraq, bir çox alim və mütəxəssislərin tədqiqatlarının mövzusudur. Korporativizmin genezisi bazarın və onun mexanizmlərinin inkişafı və müəyyən sosial-iqtisadi münasibətlərin uzun sürən tarixi və durumu ilə bağlıdır.
«Korporativizmin» (dar mənada «korporativ idarəetmənin») problemi mürəkkəb və çoxfunksional kateqoriyadır, özünə çevik və kompleks yanaşma tələb edir. Bununla əlaqədar hesab etmək olar ki, o iqtisadi tədqiqatların sintetik istiqamətlərindən birinə aiddir. Bu istiqamətlər daimi inkişaf və mürəkkəbləşmədə öz əksini tapır və bu istiqamətdə aparılan tədqiqatların fəallaşmasını tələb edir, çünki müasir qloballaşan iqtisadiyyatda onun strateji perspektivləri göz qabağındadır.
Korporasiya anlayışı isə korporativizmdən doğmuşdur və ümumi məqsədə çatmaq üçün ayrı-ayrı şəxslərin məcmusu kimi izah edilir. Korporativizm – korporativ cəmiyyətdə mülkiyyətə birgə yiyələnmə və ya şəxsi və ictimai maraqların ödənilməsi üzrə tərəfdaş və müqavilə münasibətləridir. Korporativizm maraqlar balansını təmin etmək məqsədilə kompromis təsərrüfatçılığı nəzərdə tutur. Təcrübə göstərir ki, məhz konsensus amili korporasiyanın cəmiyyətdəki rolunun artmasına şərait yaradır. Bununla yanaşı, korporasiya hüquqi şəxsdir və paylı mülkiyyəti nəzərdə tutur.
İqtisadiyyatın korporativləşməsi problemlərinə olan maraq, ilk növbədə onunla bağlıdır ki, korporativizmin ideyaları onların müəyyən vəhdət təşkil edən xüsusiyyətlərinə baxmayaraq ənənəvi fərdi-bazar davranışı sxemindən fərqlənir.
Amma bu fərqlər, bazarın bəzi codluğunu və neqativlərini hamarlayaraq, insanlar üçün cəmiyyətdə sivil sosial-iqtisadi münasibətlərin, yeni qarşılıqlı sosial sxemlərin formalaşması imkanını yaradır. Korporativizmi sosial-iqtisadi münasibətlərinin müasir modeli kimi, yəni sivil biznesin modeli kimi (bəzi korporativ qurumlara xas olan ayrı-ayrı neqativ halları xaric edəndən sonra) qələmə vermək olar. Müxtəlif növ təşkilati-struktur qurumlar formasında müəyyən dinamizmli bir sıra prinsiplər əsasında inkişaf edən sosial və maliyyə-istehsalat sistemidir. Bu prinsiplər aşağıdakılardır: müəyyən korporativ qurumun çərçivəsində mülkiyyətin idarə edilməsində eyni hüquqi şərtlərin yaradılması; biznes fəaliyyəti prosesində qarşılıqlı hərəkət üsullarının azad seçimi; korporativ qurumun birliyi vasitəsi ilə biznesin ayrı-ayrı iştirakçılarının maraqlarının reallaşması; korporativ demokratiya; qarşılıqlı maraqların saxlanması şərti ilə maliyyə işgüzarlığı; inteqrasiya olunmuş korporativ sistemlər çərçivəsində maliyyə-istehsalat mexanizmlərinin birləşməsi; qarşılıqlı maraqlar dairəsində biznesin inteqrasiyasının çoxsaylı effektlərinin reallaşması.
Elmi ədəbiyyatda və təcrübədə «korporativ idarəetmə» anlayışı çox fəal istifadə olunur. Bu anlayışın həm geniş, həm də dar mənalarına baxıla bilər.
Korporativ idarəetmənin dar mənası əsasən aşağıdakılarla bağlıdır: birincisi – şirkət səhmdarlarının maraqlarını qorumaq üçün, şirkətlərin idarəetməsində menecerlərin fəaliyyətinin təmin olunması; ikincisi – səhmdarların qoyduğu sərmayəyə düşən gəlirin zəmanət mexanizminin istifadəsi; üçüncüsü – korporativ biznes proseslərinin nəticəsində korporativ qurumun maraqlarının müdafiəsi.
Korporativ idarəetmənin geniş mənası səhmdarların və menecerlərin mülkiyyətə münasibətlərini tənzimləyir və müasir ictimai-sosial quruluşda iqtisadi subyektlərin qarşılıqlı münasibətlərini xarakterizə edir.
Müasir iqtisadiyyatda olan korporativ qurumlar – müasir cəmiyyətin transformasiya islahatlarının xasiyyətini müəyyən edən «xüsusi sosial-iqtisadi strukturlardır».
İqtisadiyyatda formalaşan korporativ idarəetmənin və biznesin əhəmiyyəti bir çox amillərdən asılıdır: korporasiyada mülkiyyət hüquqları sisteminin optimal təşkili (və onların həvalə olunması), restrukturizasiyası və mikrosəviyyənin effektliyinin yüksəlişinə səbəb ola bilər; korporasiyada tarixən yaranan mülkiyyət bölgüsü korporativ idarəetmənin spesifik milli modellərini və bunlara müvafiq müəyyən qanunvericilik konsepsiyalarını və dövlətin tənzimləmə modellərini müəyyənləşdirir; mikrosəviyyədə sərmayələrin cəlb olunmasının vacib şərtlərindən biri, sərmayədarların (səhmdarların, kreditorların) hüquqları müdafiə olunan korporativ idarəetmənin «şəffaf» modelidir; korporativ idarəetmənin modeli qiymətli kağızlar bazarının inkişafı ilə sıx bağlıdır, buna görə onların dövlət tərəfindən tənzimlənməsi kompleks şəkildə aparılmalıdır; kapital bazarının strukturu və korporativ idarəetmənin modeli – bazar iqtisadiyyatının bu konkret formaları vasitəsi ilə korporasiyaların maliyyələşdirilməsi və təşkilatlarında olan fərqləri, sənaye sahələrinin strukturunu, işəgötürənlər və işçilər arasında olan münasibətləri müəyyən edir; mikrosəviyyədə korporativ idarəetmənin modeli iqtisadi yüksəlişin əsas institusional tərkibi sayılır.
İqtisadi münasibətlərin müəyyənliyi (xüsusilə korporativ münasibətlərin), yəni mülkiyyət hüquqları bölgüsü dəyişmədən bazar iqtisadiyyatının fəaliyyəti üçün prinsipial əhəmiyyət daşıyır.
Müasir iqtisadi ədəbiyyatda mülkiyyət hüquqlarının dəqiqliyi, aydınlığı və stabilliyi iqtisadi yüksəlişin əsas amilləri kimi sayılır. Buna baxmayaraq mülkiyyətin müəyyənləşmiş hüquqlarının rolu təşkilatın böyüklüyündən, dövlət, ya xüsusi mülkiyyət olduğundan, informasiyaya yiyələndiyindən asılı olaraq dəyişə bilər.
Korporasiyaya institut və ya təşkilat kimi baxdıqda korporativ idarəetmə iqtisadi islahatlar üzrə tətbiqi nəticələr çızarmağa imkan verir. Ələlxüsus da, sazişlərin yerinə yetirilməsində ənənələrin və sistemin olmaması səhmdarların hüquqlarının kütləvi pozulmasına, iqtisadi agentlərlə qeyri-bazar münasibətlərin inkişafına və korrupsiyaya gətirib çıxarır.
Korporativ idarəetməyə maliyyə sistemi tərəfindən yanaşma çox önəmlidir. Maliyyə sistemi kapitalın çevrilməsi və resursların istehlakçılar arasında korporativ kapitalın bölgüsü kimi müəyyən institusional razılaşmalar şəklində qəbul edilir.
«Korporativ kapital» maliyyə təsnifatının formal kriteriyalarının məzmunlu kriteriyalar ilə qarışmasına imkan verir. Bizə belə gəlir ki, geniş istifadə olunan «maliyyə kapitalı» termini, kapitalın istifadəsini məhdudlaşdırır və real müasir iqtisadi situasiyanı əks etdirmir. «Korporativ kapital» termini isə maliyyə resurslarının geniş istifadəsinə imkan yaradır.
Bizim təcrübəmizdə (hətta xarici təcrübədə müşahidə olunur) bəzi struktur kateqoriyalar məna cəhətdən maliyyə resurslarının təsnifatına uyğun gəlmir. Məsələn, «maliyyə-sənaye qrupları» - bu nəinki kapitalın ayrı-ayrı formalarının birləşməsidir, bu - maliyyə mexanizminin ayrı-ayrı növlərini məhdudlaşdıran spesifik strukturdur.
Korporativ biznes mürəkkəb bir sistemdir və o, özündə, ümumiqtisadi tənzimləmə sisteminə daxil olan bir sıra yarımsistemləri cəmləşdirir. Bu isə, öz növbəsində, onların məqsədyönlü təhlili üçün lokallaşmasını və korporativ idarəetməyə yönəlmiş tövsiyələrin hazırlanmasını təmin etmir. Bunları «korporativ biznes»in aşağıda verilən ümumi sxeminin təhlili zamanı görmək olar (bax: şəkil 2.1). Bu sxem, ümumi formada, korporativ biznesin mürəkkəb sistemini təmsil edir və korporativ qurumların maliyyə tənzimlənməsinin mühüm cəhətlərini səciyyələndirir.
S adə izahatda, korporativ idarəetmənin baş funksiyası – öz maliyyə resurslarını korporasiyaya həvalə etmiş səhmdarların maraqları çərçivəsində, onun fəaliyyətinin təmin olunmasıdır. Korporativ idarəetmənin bu sadə formasında mürəkkəb problemlər və funksiyalar var: birincisi, onlar mürəkkəb istehsalat və maliyyə kompleksi sayılan korporasiyanın fəaliyyətinə aiddirlər; ikincisi, korporativ fəaliyyət üçün cəmiyyətin hansısa subyektləri və insanları cəlb olunur və bu fərdlərin maraqları korporativ proseslərdə nəzərə alınmalıdır.
Şəkil 2.1. Korporativ biznesin sxemi
Beləliklə, korporativ idarəetmənin təcrübə problemləri korporativ mühitin işləməsinin probleminə çevrilir. Korporativ mühit daim dinamikadadır, onun tərkib hissələri, həmçinin öz vəziyyətlərini dəyişir. Buna görə bu vəziyyətlərin nəzarəti və proqnozlaşdırılması ortaya çıxır, çünki bu mühitlərin dəyişməsi korporasiyanın yaşamına təsir edir. Korporativizm (fəaliyyətin təşkilati forması kimi) – bazar iqtisadiyyatı ilə korporativ qurumların istifadə etdiyi tənzimləmə mexanizmləri arasında olan ziddiyyətlərin həlli formasıdır. İri korporativ qurumların bazar strukturları qarşısında üstünlüyü göz önündədir, amma həlledici deyil.
İnkişafın dialektikası belədir ki, bazarın və qeyri-bazar strukturlarının mövcudluğu labüddür, resursları istiqamətləndirən daxili mexanizmlər birgə işləməlidir və bir-birinin çatışmazlıqlarını tamamlayaraq, bazar iqtisadiyyatında yeksənəqliyin mümkünsüzlüyünü təsdiq etməlidir.
Şərti «kapitalist» adlandırılan iqtisadiyyatın əsl münasibətlərinin reallığı belədir ki, müxtəlif növ mexanizm və alətlər qarşılıqlı işləyir. Eyni vaxtda demək lazımdır ki, firmadaxili məsələlərin həllində korporasiyalar bazar qiymətlərindən istifadə etmir. Bu simbiozun sabitliyinin qiymətləndirilməsi bazar mübadiləsinin təşkili zamanı çəkilən məsrəflərdən asılıdır (nəzəriyyədə ilk dəfə bu problem K.Menger, E.Bem-Baverk, F.Vizer kimi alimlərin diqqətini cəlb edib). Aydındır ki, qarmaqarışıq mübadilə əməliyyatları xərclər tələb edir, bu xərclərə nəzəriyyədə transaksiya xərcləri deyilir (informasiyaya çəkilən xərclər, kontraktların bağlanması, nəzarətin təşkili, ödəniş-hesablama əməliyyatları və s.).
Korporasiyaların və firmaların «təşkilatdaxili məsrəfləri» onların iriləşməsinin həcmindən asılıdır, qeyri-bazar münasibətlərinin tənzimlənməsinə sərf olunan xərclər, başqa transaksiya xərcləri ilə (yəni bazara sərf olunan xərclərlə) müqayisə olunur.
Transaksiya məsrəflərinin təhlili onları iqtisadi münasibətlər sistemində ayrıca məhdudiyyət növü kimi qəbul etməyə imkan verir. Bu anlayış, transaksiya təhlilini korporativ münasibətlərin təhlil sisteminə daxil etmək üçün çox vacibdir, çünki korporativ təşkilatların daha effektli növlərinin seçimini təmin edir (firmalar, korporasiyalar, assosiasiyalar, alyanslar və s.). Təşkil olunmuş korporativ strategiyanın seçimində, müqayisələrə və məsrəflərin həcmlərinin aşkarlanmasına yönəlmiş institusional təhlil çox böyük əhəmiyyət kəsb edir. Bu halda nəzərə almaq lazımdır ki, struktur və üsulların korporativ dəyişmələri gələcək gəlirlə ödənilə biləcəyi prizmadan baxılmalıdır.
D.Nortun ifadəsinə görə «institutlar-insanların qarşılıqlı hərəkətlərini təkrarlayan qaydalardır». İqtisadi təhlildə institutların istifadəsi, iqtisadi agentlərin xarici mühitdə birmənalı olmayan qarşılıqlı hərəkətlərinin mürəkkəb problemlərini həll etməyə imkan verir. Ümumi izahatda «iqtisadi institut» anlayışı ümumi maraqları olan və bu baxımdan qərar qəbul edən bir qrup insanları nəzərdə tutur.
Azərbaycan iqtisadiyyatının keçid dövründə, institusionalizmin meydana çıxması iqtisadi münasibətlərin islahatlaşdırılması və onların elmi izahatı ilə birbaşa bağlıdır. Bu çox vacibdir, çünki Azərbaycanda yaradılmış iqtisadi islahatlar sxemində əsas strateji məsələ həllini tapmayıb; iqtisadi səmərə sosial ədalətə gətirib çıxarmayıb.
Cəmiyyətin sosial strukturunu, şərti olaraq piramida şəklində təsəvvür etmək olar. Bu piramidanın özülündə əhalinin kasıb kütlələri yerləşir. Piramidanın ucu isə özüldən çox aralanmışdır. Bu da əhalinin müxtəlif təbəqələri arasındakı fərqi əks etdirir. Son nəticədə bu sovet sisteminin xarabalığında yaranmış yeni qeyri-ədalətli qurumun təzahürüdür. Fikrimizcə, bu sosial piramidada olan ədalətsizlikləri korporativ münasibətlər nizamlaya bilər. Qeyd etmək lazımdır ki, ideal variantda bu, mövcud vəziyyətin dəyişməsinin başlanğıcıdır.
Elmin və təcrübənin korporativ inteqrasiyalara, alyanslara və tərəfdaşlığa fəal münasibəti təsadüfi deyil, bu, rəqabətin transformasiya prosesləri ilə bağlıdır. Rəqabət bazarda mübarizə forması kimi, müasir şəraitdə təkamül edə-edə öz klassik formasından (qiymət mexanizmindən istifadə edərək, bazarda tarazlığın yaranması), «qeyri-mükəmməl» rəqabət formasına tərəf addımlayır. Bu «qeyri-mükəmməl» rəqabət sənayedən sonra əmələ gələn informasiya cəmiyyəti ilə bağlıdır, burada rəqabətin mütləq mobilliyi (hərəkəti) məhdudlaşdırılıb və kapitalın hərəkətinə nəzarət yoxdur.
Təcrübədə isə bu, korporativizm proseslərinin fəallaşması ilə bağlıdır, onları fərqləndirən cəhət – bazarın ayrı-ayrı seqmentlərinə nəzarət edən iri korporasiyaların öz aralarında bağlanan sazişlərdən istifadəsidir.
İri korporativ qurumların şəbəkə tipli təşkili müəyyən eklektikası ilə səciyyələnir. O, funksional idarəetmə sxeminin xüsusiyyətlərinin elementlərini, divizional strukturların muxtariyyətını, təşkilatın resurslarının çevik istifadəsini və müasir qarışıq-virtual korporativ qurumların layihə-kommersiya mərkəzlərini özündə cəmləşdirir. Söhbət, iqtisadi qrupların dinamik dəyişən işgüzar münasibətləri ilə bağlı spesifik şəbəkələrdən gedir. Təşkilati-struktur planda müasir korporativ qurumlar funksional yönəlmiş ortaqların (tərəfdaşların) təşkilatlanmış cəmiyyətlərini təmsil edir.
Həmin cəmiyyət istehsalın layihələndirilməsini, istehsalını, əmtəənin satılmasını təşkil edir və son müsbət maliyyə nəticəsinə yönəlmiş müasir informasiya (məlumat) texnologiyalarından faydalanaraq xidmətlər göstərir.
Assosiativ birləşmiş korporasiyanın əsas məqsədi bazar şəraitində yaranan hər hansı bir məhsula, ya xidmətlərə yaranan ehtiyacın əsaslı texnologiyaların köməyi ilə ödənilməsidir.
Azərbaycanda belə təşkilatlar qismində maliyyə-sənaye qrupları, holdinqlər sayıla bilər. Həmin qruplar ya müəssisələrin şaquli qurulmuş korporativ strukturları şəklində, ya üfüqi assosiasiya qurumlarının formalaşması ilə təşkil olunur.
İnteqrasiya olunmuş korporativ qurumlara müxtəlif növ qurumlar aiddir. Onların əsas cəhəti – strategiyanın uzunmüddətliliyi, daxili səmərəlik və sazlanmış əlaqələr vasitəsi ilə effektli işləməsidir. Təhlil üçün, inteqrasiya olunmuş şirkətlərin və onların xüsusiyyətlərinin əsas amillərinin təsnifatından istifadə edilməsi məqsədəuyğundur.
Əsas amillərin qrupları bunlardır: a) inteqrasiyanın maliyyə-iqtisadi amilləri qrupu; b) inteqrasiyaya cəhd edən şirkətlərin vəziyyəti ilə bağlı bazar-konyunktur amilləri; c) mülkiyyət münasibətləri və əlaqələri ilə bağlı olan mürəkkəb tənzimləmə kompleksinin mülkiyyətə nəzarət amilləri.
Cədvəl 2.1
Müasir korporasiyanın təşkilinin əsas cəhətlərinin xarakteristikası
(assosiativ-inteqrasiya olunmuş qurum)
Əsas əlamətləri
|
Xüsusiyyətlər:
|
Durumun dinamik vəziyyəti
|
Strukturun elementlərinin qeyri-sabit funksional-təşkilati qarşılıqlı hərəkətləri
|
Nəzarətin və informasiyanın inteqrasiya olunmuş texnologiyalarının istifadə vasitəsi ilə təşkilati-struktur əlaqələrin reallaşması
|
Təşkilati-struktur elementlərin qarşılıqlı hərəkətləri (informasiya texnologiyaları və tabeçilik əsnasında qurulur).
|
Saziş, müqavilə və mülkiyyət nəzarəti sisteminin istifadəsi
|
Təşkilat sisteminin bağlayıcı elementləri müxtəlif ola bilər – müqavilələrdən mülkiyyətçiliyə qədər
|
Korporativ qurumun özəyilə (ana şirkətin) spesifik inteqrasiya formaları (mülkiyyət hüququnu saxlamaq şərti ilə).
|
Korporativ sxemə natamam inteqrasiya (mülkiyyətin nəzarəti hüquqlarının saxlanılması). Işgüzar əlaqələrin kəsişməsi
|
Korporativ-inteqrasiya amillərinin təsnifatı şəkil 2.2-də verilir:
Hər korporativ qurum, inkişafının müxtəlif mərhələlərində (ölkədə gedən islahatlar mərhələlərində) əmələ gələn problemlərin həllində tənzimləmə sxeminin seçimi qarşısında durur. Bir qayda olaraq, bu aşağıdakılarla bağlıdır: birincisi, həllini tələb edən problemlərin əmələ gəlməsi ilə; ikincisi, hərəkətlər sisteminin seçimi ilə; üçüncüsü, əmələ gələn problemlərin həlli üçün müəyyən mexanizmlərin seçimi ilə.
Şəkil 2.2. Korporativ-inteqrasiya amillərinin təsnifatı
Bir sıra iqtisadçıların irəli sürdüyü konsepsiya ilə «iqtisadiyyatın genişlənmə inkişafında əmələ gələn istehsalın miqyasının artması, intensivləşmə şəraitində, yenilikləri tez qavrayan çevik istehsalçılara uduzur» qismən razılaşmaq olar. Bizdə islahat proseslərinin başlanğıcında, iri istehsalatların sıxışdırılması, xırda və orta biznesin təşviqatı ilə fəal məşğulolma böyük səhv idi. Nəticədə kiçik biznes yaradılmadan, nəhəng istehsalata böyük ziyan vurulmuş, texnoloji cəhətdən əlaqədə olan şirkətlər dağıdılmış və sazlanmış istehsalatlar, az effektli, rəqabətə tab gətirməyən qurumlara çevrilmişdi.
Bu mövqedə duranların əsas səhvi ondan ibarətdir ki, onlar unudublar ki, istehsalın miqyası təkcə makinaların, çarpayıların və qazanların həcminin artması deyil, o həm də kapitalın miqyas çərçivəsində çevik və fəal olmasıdır, ən əsası isə mürəkkəb bazar şəraitində rəqabətə davamlılığıdır. Problem yalnız onun struktur reallaşmasındadır. Kiçik biznesin iqtisadiyyatda olan böyük roluna baxmayaraq rəqabətə davamlılığın yeganə yolu – nisbətən miqyaslı, yığcam və yaxşı idarə edilən şirkətlərin yaradılmasıdır. Onların müvəffəqiyyəti, ilk növbədə miqyas üstünlüyündən başlayır: müəssisənin «miqyas» qənaəti, istehsal gücünü və xidmətlərini artıraraq daha səmərəli işləməsi; müəssisənin «müxtəlif çeşid» qənaəti, eyni xammaldan müxtəlif çeşidli malların buraxılması; transaksiya məsrəflərində qənaət, yəni malların və xidmətlərin bir istehsalat vahidindən (mülkiyyət verilmədən) başqa istehsalat vahidinə verilməsi. Bu onu sərbəst firmaların və fərdlərin transaksiyalarından fərqləndirir; kapitalın «çeviklik» qənaəti, onun milli iqtisadiyyat, ya beynəlxalq iqtisadiyyat çərçivələrində operativ çevikliyi.
İri korporasiyaların işləməsinin xüsusiyyətlərindən biri də odur ki, onlar özləri buraxdığı məhsulun reklam və marketinqinə böyük sərmayə qoyurlar. Effektli və səmərəli olan korporasiyalar fəal innovasiya – satış siyasətini yeridib, yüksək və stabil mənfəət alırlar. Onlar bunu nəinki bazara kobud təzyiq vasitəsi ilə əldə etmir, hətta geniş istehlakçılar kütləsinin maraqlarını nəzərə alırlar.
Korporativ qurumların müasir təşkilati inkişafı iki tendensiyanın təsiri altında keçir: birincisi, inteqrasiya prosesləri ilə bağlılığı, yəni korporasiyaların gücünün, təşkilati gücünün artması və onların idarəetmə özəyinin müxtəlif xüsusiləşdirilmiş şöbələr hesabına şişirdilməsi; ikincisi, parçalama prosesləri ilə bağlılığı, yəni şirkətlərin strukturundan müəyyən təşkilati blokların ayrılması və onların özülündə ana şirkətin əmlakından icarə şərtləri ilə istifadə edilən müstəqil kommersiya təşkilatlarının yaranması. Hərdən belə müəssisələr müstəqil əsaslarda yaranır, ana şirkət ilə heç bir əlaqə olmadan, yalnız onun avadanlıq və sahələrini icarəyə götürürlər. Müqavilə sistemi vasitəsi ilə yeni yaranan müəssisələrin fəaliyyətinin koordinasiyası təmin olunur və onlar ana şirkətin ehtiyaclarının ödənilməsinə işləyirlər. Ana şirkət tərəfindən öz üzərində mülkiyyət hüququnun saxlanılması, vahid korporativ istehsal sisteminin yaradılmasına və inkişaf etməsinə geniş imkanlar yaradır.
İstehsalat fəaliyyətinin və təşkilati strukturlarının genişləndirilməsinin bir növü, törəmə müəssisələrin (övlad firmalarının) səhmdar cəmiyyət, ya məhdud məsuliyyətli cəmiyyət formasında yaranmasıdır. Bu halda əsas şərt ondadır ki, səhmlərin nəzarət paketi nizamnamə kapitalında müvafiq pay korporasiyanın mülkiyyətində qalır.
Korporativ idarəetmənin daxili təşkilat resurslarının effektliyinin artması aşağıdakılarla bağlıdır: ümumkorporativ idarəetmə funksiyalarının istehsalat, tənzimləyən funksiyalardan ayrılması; müstəqil ekspertiza üsullarının fəal istifadəsi; korporasiyaların idarəetmə özəyində xüsusi qərargah tipli qurumların yaradılması, onların yeni texniki ideyalara (məfkurələrə), strateji qərarlara və onların həyata keçirilməsinə yöənldilməsi; daxili planlaşdırma və nəzarətdə xüsusi funksional xidmətlərin ixtisaslaşdırılması; korporasiyanın təşkilatı inkişafına yönəlmiş bölmələrin yaradılması.
2.2. Korporasiyaların strukturlaşma təmayüllərinin təhlili və onların xarici iqtisadi fəaliyyətinin tədqiqi
İri işgüzar təşkilatların dəyişkən bazar mühitində işləməsinin obyektiv əsaslarına aşağıdakıları aid etmək olar: 1) xammal bazasının vahidliyi və çoxkanallı istifadəsi; 2) qarşılıqlı bağlanmış istehsalçıların kooperasiyası; 3) son məhsulun kompleks hazırlanması, göndərilməsi və xidməti; 4) dövriyyənin tamlığı: elm-işlənmə-sərmayə-istehsal-satış-istifadə; 5) iri investisiya layihələrinin reallaşması; 6) ərazi ümumiliyi və infrastrukturun vahidliyi; 7) satış bazarları uğrunda mübarizədə maraqların birliyi.
Təcrübə göstərir ki, yeni yaranan iri təsərrüfat strukturları fəaliyyətlərində əks olunan, assosiativ xarakter daşıyır.
Bir qayda olaraq, onlara aşağıdakı cəhətlər aiddirlər: könüllü daxilolma (əsası – iqtisadi maraqlar); assosiasiyanın təşkilat formasının seçim azadlığı; iştirakçıların bərabər hüquqları; müəssisələrin səlahiyyətlərinin assosiasiyaya könüllü verilməsi; assosiasiyanın özünü idarəetməsi; iştirakçıların münasibətlərinin təşkilində müqavilə əsasları. Bir çox müasir mütəxəssislər qeyd edirlər ki, irəlidə gedən qərb ölkələrinin iqtisadiyyatının uğurlu inkişafı aşağıdakı amillərlə müəyyən olunur: kiçik və orta biznesin dəstəklənməsinə yönəlmiş düşünülmüş və tarazlanmış addımlar kompleksini qəbul etməsi ilə; iri korporasiyaların (o cümlədən, ümummilli) fəal inkişafı ilə; sahibkarlığın tənzimlənməsinə yönəlmiş, əsaslandırılmış və çevik dövlət siyasəti sistemi ilə.
Məhz elə bu cəhətdən, iri korporasiyalara və maliyyə-sənaye qruplarına sənaye kompleksinin əsas struktur təşkil edən elementi kimi baxılmalıdır. Bu qruplar açıq bazar iqtisadiyyatında Azərbaycan istehsalçılarının rəqabətə davamlılığını təmin etməlidir. Onlar dövlətin seleksiya siyasətinin reallaşmasında əsas vasitə kimi çıxış etməlidirlər, maliyyə, əmtəə və istehsal kapitallarının təkrar istehsalına, yığılmasına və dövriyyəsinə zəmanət verib, iqtisadiyyatın sərfəli sahələrinə yönəltməlidirlər.
Korporasiyalar iri və kredit biznesinin əsas təşkili formasıdır. Onların əsas və əlavə əlamətlərini ayırmaq olar (bax cədvəl 2.2).
Cədvəl 2.2.
Korporasiyaların əsas və əlavə əlamətləri
Əsas əlamətlər
|
Əlavə əlamətlər
|
Mülkiyyətin səhmdar forması
(kapitalda pay iştiraki)
|
Mülkiyyətçilərin bərabər hüququ
(eyni sinifli səhmlərin səhmdarlari üzrə)
|
Korporasiya mülkiyyəçilərinin idarəetmədən təcrid olunması
|
Səhm mülkiyyətçilərinin dəyişməsi zamanı şirkətin sabitliyi
|
Korporasiyanın və səhmdarların mülkiyyətinin bölgüsü
|
Korporasiyanın elementləri arasında təşkilat əlaqələrinin sabitliyi
|
Mülkiyyətçilərin məsuliyyətinin məhdudlaşdırılması (mülkiyyət payı çərçivəsində)
|
Korporasiyanın ayrı-ayrı strukturları arasında qarşılıqlı hərəkətlərin müxtəlif formaları
|
Bu əlamətlər korporasiyanı sahibkarların tapşırıqlarını tənzimləyən sahələrin xüsusi birliyi kimi səciyyələndirməyə imkan verir. Nəzərə almaq lazımdır ki, ölkə korporasiyalarının formalaşmasının təməlində bu strukturların qarşılıqlı hərəkətlərində genetik-struktur-funksional prinsip durur. Bu prinsip iqtisadi sistemi formalaşdıran istehsalatın obyektiv şərtləri əsnasında müəyyən edilir, burada hər seqment və iqtisadi subyekt xüsusi funksional rol oynayır. Korporasiyaların funksional rolu, ölkənin onilliklərlə formalaşan iqtisadi sisteminin tarixi xüsusiyyətləri ilə müəyyən olur.
Fikrimizcə, ölkənin formalaşan bazar iqtisadiyyatı, bütövlükdə, ümumdünya meyilləri çərçivəsində inkişaf edir, amma bunlarla yanaşı, təbii-etik xüsusiyyətlər ilə bağlı müəyyən fenomenlər əmələ gətirir. Bu fenomenlər ölkənin mürəkkəb maliyyə sistemi yaradıb və hal-hazırda o, üç seqmentin simbiozudur: dövlət vəsaitləri, özəl sahibkarların vəsaitləri (kiçik və orta biznesin) və korporativ vəsaitlər. Ümumilikdə sxem şəkil 2.6-da göstərilmişdir.
Ölkənin maliyyə sisteminin seqment və sektorlara şərti bölünməsinə baxmayaraq, bu sxem yeni formalaşan maliyyə sisteminin əsas xüsusiyyətlərini və korporativ maliyyənin rolunu əks etdirir.
Bazarın bu seqmentlərinin maliyyəsi (müasir bazar sisteminin xüsusiyyətlərindən irəli gələn ümumi cəhətləri nəzərə almaqla) ümumi iqtisadi-maliyyə sahəsində işləyir, amma köklü fərqləri onların genezisini və inkişafının perspektivli meyillərini öyrənməyə vadar edir. İri qurumlarda şirkətlərin müxtəlif idarəetmə sistemlərinin formalaşması reallığa çevrilir. Problem korporasiyaların optimal növünün bazarın konkret şəraitinə və əmtəə bazarının inkişaf səviyyəsinə uyğun seçilməsindədir.
`
.Şəkil 2.6. Ölkənin maliyyə sxeminin tərkibi
İri korporasiyaların islah olunmasında iki alternativ yanaşmanı ayırmaq olar: islahatların liberal variantı bazarın liberallaşmasını və nəzarəti olmayan rəqabətin nəinki əsas şərt kimi, hətta ümumi iqtisadiyyatın inkişafının effektliyindən, transaksiya xərclərindən, enerji daşıyıcılarınnın qiymətlərinin artmasından, sosial və ekoloji nəticələrdən asılı olmadan qəbul edir; transformasiya tənzimləmə variantı təsərrüfat obyektlərin özünütənzimləyən rəqabət və transformasiya metodologiyasına arxalanır. Bu variantda rəqabət münasibətlərinin sərhədləri, iqtisadiyyat üçün müsbət effektlərin qiymətləndirilməsi ilə, genişlənir: məhsul və xidmətlərə olan tələbat ödənilir, transaksiya məsrəfləri azalır, sosial sahə, ölkənin enerji təhlükəsizliyi və iqtisadiyyatın sahələri enerjidaşıyıcıları ilə, təmin olunur. Ənənəvi olaraq idarəetmə nəzəriyyəsində təşkilatlanmış strukturların iki növü səciyyələnir: üfüqi və şaquli (cəd. 2.3). Bütün başqa növlər bu iki növün modifikasiyasıdır.
Cədvəl 2.3.
Üfiqi və şaquli təşkilati korporativ strukturların təhlil
olunmuş müqayisəli qiymətləndirilməsi
Struktur növləri
|
Üstünlükləri
|
Qüsurlari
|
Şaquli təşkilati struktur
|
Resursların optimal istifadəsi, miqyasda qənaət
Effektli nəzarət
Mühitin dəyişməsinə cəld reaksiya
Bazarın açılmış seqmentlərində asan işləyir.
Mürəkkəbləşmə prosesi zamanı yeni sxemlərə asan transformasiya olunur.
|
Mərkəzə tabe olan elementlərdən məlumat (informasiya) yığımının çətinliyi (mürəkkəbliyi).
Mürəkkəb dinamik mühitdə iş çətinlikləri
İnformasiya (məlumat) alınmasının yubanması (gecikməsi).
Səlahiyyət verilməsinin mürəkkəbliyi.
Təzə məlumatın alınmasının çətinlikləri.
|
Üfüqi təşkilati
Struktur
|
Böyük həcmli informasiyanın (məlumatın) işlənilməsi
Üstünlüklər xarici (dolayı) effektlər hesabına təmin olunur.
Daxili qarşılıqlı hesablaşmaların üstünlükləri.
|
Birbaşa məsrəflərin qənaətində şaquli struktura uduzur.
Standartlaşmış mühitdə pis işləyir.
|
H ər təşkilati strukturun özünün rəqabətli üstünlükləri var, məsələn, şaquli sistem bazarın açılmış seqmentinin effektli istismarına yol verir, üfüqi təşkilati sistem isə bazarın yeni seqmentlərini aşkarlayıb, mənimsəyir. Nəticədə belə alınır ki, müasir şirkətin mürəkkəb təşkilati strukturu olmalıdır və o özündə hər iki (şaquli və üfüqi) strukturların üstünlüklərini cəmləşdirməlidir. Sxematik olaraq korporativ strukturların aşağıdakı prinsipial sxemlərini ayırmaq olar: (şək. 2.7).
Şəkil 2.7. Korporativ qurumların iyerarxik strukturları
1. Şaquli təşkil olunmuş iyerarxiya strukturunun klassik tipi (növü). Bu struktur sərt tabeçilik və qərarların ən yüksək səviyyədə qəbul olunmasını nəzərdə tutur. Bir qayda olaraq, bu tip kiçik, orta həcmli korporativ qurumlarda istifadə olunur.
Şaquli strukturun reallaşması sxemində aşağıdakı proseslər həyata keçirilir: informasiyanın (məlumatın) toplanması; elementlərin davranışının optimal strategiyasının seçimi; onların yuxarıdakı elementlərə tabeçiliyi; tapşırıqların yerinə yetirilməsinə nəzarət; strategiyanın uğurlu reallaşmasına görə mükafatlandırma; strategiyadan kənarlaşmaya görə cərimələr. Belə strukturun üstünlüyü resursların optimal istifadəsidir, bu isə, nəticədə miqyasda qənaətə gətirib çıxarır. Şaquli strukturun qüsuru tabeçilikdə olan elementlərdən tam informasiyanın yığılmasının vacibliyidir. Buna görə şaquli strukturların əsas üstünlkləri stabil (sabit) standartlaşdırılmış mühitdə (asan və mürəkkəb) özlərini göstərir.
2. Daha effektli müasir tələblərə görə «yastıyönəlmiş» (üfüqi yönəlmiş) struktur tipidir. Bu struktur növündə məsuliyyət mərkəzləri və qərarlarının qəbul edilməsi yayılıb. Başqa sözlə desək, idarəetmənin aşağı səviyyələri daha böyük müstəqillik nümayiş etdirir. Səlahiyyətlərin paylanmasının ən geniş yayılmış sxemidir.
3. Yuxarı səviyyədə yalnız strateji əhəmiyyətli qərarların qəbul edilməsi sxemi. Bu sxemin reallaşması korporasiyanın ayrı-ayrı subyektlərinə maksimal hüquqların verilməsi ilə bağlıdır. Bu sxemin çətinlikləri cəld manevrə etməklə və resursların çətin bazar iqtisadiyyatı şəraitində toplanması ilə bağlıdır.
4. İri korporasiyanın «övlad» və «nəvə» filialları, səhmdar münasibətlərin və hüquqların mürəkkəb şəbəkəsi olan «kollanan» təşkilat sxemi. Üstünlükləri: maliyyənin latent hərəkətləri, real nəticələrin korrektə edilməsi.
Qüsurları: xarici orqanlarla və bir-biri ilə münasibətlərdə korrupsiya və kriminal təzahürlərin ortaya çıxması.
Nəzəriyyədə bunlar korporativ qurumların əsas «ideal» sxemləridir, təcrübədə isə korporasiyanın tələbatından asılı olaraq korporativ biznes bu strukturların simbiozundan (qarışığından) istifadə edir. Korporativ strukturların yeni növləri aşağıdakı şəraitdə formalaşacaq: inteqrasiya münasibətləri (bu münasibətlərin xarakteri geniş diapazonlu ola bilər – konyunktur bazar amillərindən şəxsi və ərazi amillərinədək); müqavilə münasibətlərindən; mülkiyyət münasibətlərindən.
Fikrimizcə, korporasiyaların yaradılması zamanı çoxsəviyyəli iyerarxiyadan mərkəzdənqaçma situasiyalarında əmələ gələn qarşılıqlı münasibət və əlaqələri nəzərə alsaq, bu növlər arasında sərt sərhəd yoxdur.
M ürəkkəb təşkilatların idarəetməsinin əsas təşkilat formalarının dinamikası aşağıdakı ümumi sxemdə təmsil olunub:
Bu sxemin şərti olmadığına baxmayaraq o, müasir korporasiya qurumlarının təşkilatı inkişafının dinamikasının mühüm nöqtələrini əks etdirir.
Korporativ qurumların inteqrasiyası korporativ biznesin aşağı effektliyinin dərmanı ola bilməz. Təcrübədə, belə hadisələr olub ki, iri korporasiyalar miqyaslı müəssisələrin girovuna çevrilib, çünki ayrı-ayrı seqmentlərin rəqabət qabiliyyəti itir, idarəetmə zəifləyir, məsrəflər artır. Bu vəziyyətdən çıxış yolu – yeni tənzimləmə sxemlərinin axtarışıdır, biznes-proseslərin reinjiniriqidir.
Aydındır ki, korporasiyanın miqyasının dəyişməsi, ilk növbədə tələb olunan resursların həcmini dəyişir, çünki korporativ layihələrin reallaşması ilə əlaqədar, korporasiyanın bazardakı vəziyyəti transformasiyaya (dəyişməyə) məruz qalır. Belə halda, vəziyyətin yaxşılaşdırılmasına korporasiyanın maliyyə resurslarının balanslarının tərtibi kömək edə bilər.
2.3. İri biznes strukturlarının inkişafının bazis strategiyaları
Təşkilati-hüquqi formasından, mülkiyyətindən, sahəsindən, ixtisaslaşmasından və bazardakı mövqeyindən asılı olmayaraq Azərbaycan iqtisadiyyatının real və maliyyə sektorunda çoxlu sayda iri işgüzar təşkilatlar fəaliyyət göstərir.
Lakin müəssisələrin ölçüsünün müəyyənləşdirilməsi şərti xarakter daşıyır və onların səmərəli fəaliyyət göstərməsinə dəlalət etmir. Bu, daha çox iri işgüzar təşkilatın biznes strategiyasının işlənməsi və reallaşmasından asılıdır. Təcrübədə biznes strategiya korporativ strategiyanın mühüm yarımsistemi kimi mövcud olur. Ümumiyyətlə, strategiya - plan, davranış prinsipi, mövqe, perspektiv və fənd (manevr) kimi izah edilir. Biznesin inkişafı özündə aşağıdakıları əks etdirir: 1) biznes həcminin artması prosesi; 2) bazar tələbinin ödənilməsinə istiqamətlənən fəaliyyət; 3) yeni biznes sferalarının yaradılması prosesi; 4) istehlakçıların ehtiyaclarının ödənilməsi məqsədilə təşkilatda yaradıcılıq və təşəbbüskarlığın stimullaşdırılması.
İri korporasiyanın işgüzar inkişafı: sahədə inkişaf etmək; texnologiyalarda liderliyi ələ almaq; digər firmalardan geridə qalmamaq; inkişafı təmin edən mənfəətə nail olmaq; istehlakçılarla əməkdaşlıq etmək qaydalarından istifadəni nəzərdə tutur.
İşgüzar təşkilatın fəaliyyət strategiyasının işlənməsi məntiqi olaraq müəssisə rəhbərliyinin daimi nəzarətindən kənarda yerləşən xarici mühitin təhlili ilə başlayır. Xarici mühitin təhlilinin əsas məqsədi – cari dövrdə və gələcəkdə müəssisənin imkanlarını və təhlükələri, həmçinin strateji alternativləri müəyyənləşdirməkdir. Mühitin dəyişməsi işgüzar təşkilatın da fəaliyyətinin dəyişilməsi zərurətini diktə edir. Cəmiyyətin tələblərinə xidmət edən təşkilatlar bununla əlaqədar müxtəlif cür davranırlar.
1.Təmərküzləşmiş artım strategiyası konkret istiqamətlərdən ibarətdir:
a) bazarda mövqeyin möhkəmlənməsi strategiyası zamanı müəssisə mövcud məhsulla mövcud bazarda yaxşı və səmərəli mövqe qazanmağa can atır. Bu isə marketinq fəaliyyətinin gücləndirilməsini tələb edir.
Son dövrlərdə Azərbaycanda fəaliyyətini əsaslarla quran «Siyəzən-broyler» və «Mərdəkan-broyler» reklam və təbliğat işini səmərəli quraraq bu strategiyanı bir daha təsdiq etmişlər. 2000-ci ildə respublikada işləyən bütün növ quş əti istehsal edən müəssisələr 14,3 min ton quş əti istehsal etmişdilərsə, 2008-ci ildə bu rəqəm 18000 ton, 2015-ci ildə isə 50 min tondan çox olmuşdur. Daxili istehsal artdıqda quş ətinin idxalı da azalmışdır. Əgər 2001-ci ildə 23,2 min ton quş əti idxal olunmuşdursa, 2015-ci ildə bu rəqəm 16000 tona çatmışdır. Artıq daxili istehsalçılar bazarın 60-70%-nə nəzarət edirlər. Burada birinci skripka rolunu isə «Siyəzən-broyler» oynayır, ona bazarın 25%, «Mərdəkan-broyler»ə isə 20%-i məxsusdur. Vəziyyətin bu cür dəyişməsinə dövlət tərəfindən quş müəssisələrinə 5 ililk vergi tətilinin verilməsi də əhəmiyyətli təsir etmişdir.
Fabrik eyni məhsul növlərini müxtəlif coğrafi və alıcı bazarlarına çıxarmaqla, alıcıların gəlir, istehlak intensivliyi və davranış tərzindən asılı olmayaraq tanıtdıra bilmiş və bunun nəticəsində məhsul istehsalını 5 il ərzində 10 dəfə artıra bilmişdir. Nəticədə müəssisənin əməkhaqqı fondu və mənfəəti yüksəlmişdir. Mənfəətin ilbəil yüksəlməsi yığım fondlarına ayrılan vəsaiti artırmağa imkan vermişdir. Müəssisə yeni istehsalat vahidləri almaq və yeni taktika tətbiq etmək imkanı qazanmışdır; bəzi iri müəssisələr bazar mövqeyinin möhkəmləndirilməsi strategiyasının əsas vasitəsi kimi məhsulun inkişaf etdirilməsini götürürlər. Bu növ davranış yeni məhsul istehsalını və artıq mənimsənilmiş bazarlarda onun reallaşdırılmasını nəzərdə tutur.
II. İnteqrativ artım strategiyası yeni istehsal və satış strukturlarının əlavə olunması ilə firmanın genişlənməsini nəzərdə tutur. Adətən, işgüzar təşkilat güclü biznesdə fəaliyyət göstərərkən, eyni biznes sahəsində inkişaf edə bilmədikdə bu tip s trategiyadan istifadə edir.
Şəkil 3.1. Biznesin etalon inkişafı strategiyaları
İnteqrativ artımın əks şaquli və qabaq şaquli strategiya növləri vardır. Əks şaquli inteqrativ artım strategiyası malgöndərən təchizatçı firmaların alınması və ya təchizatı həyata keçirən övlad şirkətlərin yaradılması yolu ilə həyata keçirilir. Burada məqsəd xammal bazarlarına daimi çıxışın təmin olunması və xammal və materiallara olan qiymət dəyişmələrindən özünü sığortalamaqdır. Qabaq şaquli inteqrativ artım strategiyasında məqsəd məhsul və xidmətin satışının səmərəliliyini artırmaq üçün firma ilə son istehsalçı arasında olan topdansatış müəssisələrinə nəzarəti ələ keçirməkdir.
Əks şaquli inteqrativ artım strategiyası Azərbaycanda fəaliyyətə başlamış «Taimex» firmasında uğurla tətbiq edilmişdir. Fəaliyyətə ayrı-ayrı gündəlik tələbat mallarının alqı-satqısı ilə başlamış müəssisə yavaş-yavaş bir neçə istehsal vahidlərinə malik olan şirkət səviyyəsinə yüksəlmişdir. Bu gün artıq kərə yağı və qənd istehsalı üzrə sexlər yaradılmış və müvəffəqiyyətlə fəaliyyət göstərir. Müəssisədə 20-dən artıq adda meyvəli karamel, süd məhsulları (xama, qatıq, qaymaq, ayran, kəsmik, pendir, pasterizə edilmiş süd) buraxılır. İtaliya texnologiyası üzrə dondurma, konservləşdirilmiş məhsullar (mürəbbə, tomat) istehsal edən sex fəaliyyətə başlamışdır. Hazırda müxtəlif formalı biskvit peçenyesi istehsal edəcək sexin montaj və sazlama işləri başa çatmaq üzrədir. Müəssisə ölkənin ayrı-ayrı rayonlarında tədarükçü filiallar yaradaraq lazımi kənd təsərrüfatı məhsullarını fermerlərdən satın alır. Bu da əks şaquli inteqrasiyanı daha da dərinləşdirir. Satış prosesini sürətləndirmək üçün «Taimex» şirkəti ayrı-ayrı regionlar üzrə satış övlad şirkətlərini yaratmışdır. Bundan başqa, malgöndərmənin qısamüddətli olması üçün şirkətin etibarlı işləyən nəqliyyat vasitələri parkı vardır.
Satış bazarlarında mövqeyini saxlamaq və möhkəmləndirmək üçün «NurGün» holdinq şirkəti yalnız Bakı şəhərində 4 əmtəə qrupu üzrə 30 topdansatış obyekti ilə işləyir. Əvvəllər bu ticarət agentlərinin hər birinə satış güclərinə müvafiq aylıq planlar və satışa müvafiq aylıq planlar müəyyən edilir və satış planlarını yerinə yetirəni ümumi dövriyyənin 2%-i məbləğində mükafat gözləyirdi. Əlavə olaraq hər manat üzrə ümumi dövriyyənin 1%-i mükafat kimi ticarət vasitəçilərinə verilirdi. Lakin bu mükafatlandırma sistemi ümumi dövriyyə üzrə aparıldığından ayrı-ayrı məhsul çeşidlərinin satılması nəzərə alınmırdı. Buna görə də 2004-cü ildən satışın yeni stimullaşdırma sistemi tətbiq edilmişdir. Stimullaşdırma sisteminin mahiyyəti ondan ibarətdir ki, kvartalda şkala üzrə ayrı-ayrı məhsul növlərinin satış həcminə müvafiq mükafat məbləği müəyyən olunur. Məsələn, Mineral Sular üzrə mükafatlandırma cədvəl 2.4.-dəki kimidir. Bununla da ticarət vasitəçisi əvvəlcədən bilir ki, o hansı məbləğdə mükafat ala bilər.
Satışın həvəsləndirilməsinin yeni sisteminin tətbiqi şirkətlə ticarət agentlərinin münasibətini daha da möhkəmləndirmiş və ümumi satış dövriyyəsinə müsbət təsir göstərmişdir.
III. Diversifikasiyalaşmış artım strategiyasını iri biznes strukturları daha geniş istifadə edirlər. İşgüzar təşkilat artıq ixtisaslaşdığı bazarda genişlənə bilmədikdə diversifikasiyadan istifadə edir.
Cədvəl 2.4.
«NurGün» Holdinq şirkətində mineral suların satılmasının həvəsləndirmə sistemi
N/N
|
Məhsul növü
|
Ölçü vahidi
|
Mükafatın həcmi (%-lə)
|
0,5 l
|
0,75 l
|
1 l
|
1,25 l
|
1,5 l
|
1.
|
Perier 0,75
|
ədəd
|
2000
|
2200
|
2400
|
2800
|
3000
|
2.
|
Periel 0,33
|
«-»
|
1000
|
1400
|
1700
|
2000
|
2400
|
3.
|
Vitel 1,5
|
«-»
|
1000
|
1300
|
1500
|
1800
|
2000
|
4.
|
Vitel 0,5
|
«-»
|
2000
|
2200
|
2400
|
2800
|
3000
|
5.
|
Budva 0,5
|
«-»
|
600
|
1000
|
1400
|
1800
|
2200
|
Mərkəzləşdirilmiş diversifikasiyada fəaliyyət göstərdiyi biznesdən bəhrələnərək yeni oxşar məhsullar istehsal etməyə başlayır. Bu zaman mövcud istehsal biznesin əsasını təşkil edir, yeni yaranan fəaliyyət növləri əsas biznesin verdiyi texnoloji və bazar imkanlarının reallaşdırılması ilə əldə edilir. Məsələn, uzunmüddətli gəlir əldə etmək üçün Rusiyanın LUKOİL Neft Şirkəti Azərbaycanın neft hasilatına qoşulmuş, qısamüddətli gəlir əldə etmək üçün isə yanacaqdoldurma stansiyaları açmışdır. İkinci fəaliyyət növü şirkətin Azərbaycanın neft sənayesinə daxilolmanın verdiyi hüquqi, iqtisadi, təşkilati və insani imkanlar hesabına baş vermişdir. Digər bir misal isə «Taimex» şirkətinin süd və pendir istehsalını əsas biznes növü kimi saxlayaraq ayran, kəsmik və xama istehsalına keçməsini göstərmək olar.
Üfüqi diversifikasiya strategiyasında şirkət köhnə bazarda yeni texnologiya tələb edən məhsulla çıxış edir. Texnoloji cəhətdən əlaqəli olmayan məhsullar istehsal edilsə də, firmanın əvvəlki imkanlarından, məsələn, xammal və ya material imkanlarından istifadə olunmalıdır. Digər tərəfdən, yeni istehsal olunan məhsullar eyni istehlakçılara istiqamətlənməlidir.
Konqlomerat diversifikasiya strategiyası inteqrasiyalaşmış biznes strukturlarının inkişafının ana xəttini müəyyən edir. İşgüzar təşkilat bir-birilə texnoloji əlaqəsi olmayan, çox vaxt başqa-başqa sahələrə aid olan məhsul istehsal etməyə başlayır. Onun uğurla aparılması ali menecmentin səriştəsindən və yeni maliyyə mənbələrinin olmasından daha çox asılıdır. Əlaqəli diversifikasiya və ələlxüsus əlaqəsiz yeni konqlomerat diversifikasiya strategiyası sinergiya effektinə gətirib çıxardır. İdarəetmə qərarlarının optimallaşdırılmasında sinergiya effektinin əldə olunması mühüm rol oynayır.
Sinergizm strategiyasının reallaşdırılması olduqca mürəkkəb prosesdir. Sinergik effektin əldə olunması üçün müxtəlif elementlərdən uğurla istifadə edilməlidir. Bu elementlərdən hər hansı birindən yarımçıq, yaxud bütövlükdə istifadə edilməməsi sinergik effektin itirilməsi ilə nəticələnə bilər. Belə hallardan qaçmaq üçün idarəetmə qərarlarının işlənib hazırlanmasında bu sahədə təcrübəyə və yüksək bilik səviyyəsinə malik mütəxəssislərin rəylərindən istifadə olunmalıdır. Unudulmamalıdır ki, sinergetik effekt təkcə arzu və istəklərin, gözləmələrin nəticəsində deyil, ciddi tədqiqatların, hesablama və planlaşdırmaların nəticəsində yaranır.
Optimallaşdırma metodu kimi sinergetik strategiyanın effekti iqtisadi, sosial, təşkilati, texnoloji, ekoloji, hüquqi, yaxud ideoloji səmərəlilik kimi də hesablana bilər. Sinergetik effektin birbaşa qiymətləndirilməsi metodları müasir menecmentin əsas tədqiqat obyektlərindən biridir.
Azərbaycanın iri biznes strukturlarının xarici iqtisadi fəaliyyətində ən böyük şirkətlərdən biri sayılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir.
ARDNŞ bir neçə şəhərdə öz nümayəndəliklərini açıb. Bu şəhərlər arasına İstanbul, Tehran, Astana, Buxarest, Frankfurt, Cenevrə, London, Vyana, Tbilisi, Kiyev şəhərləri aiddir.
Rumıniyada ARDNŞ neft-kimya emalı kompleksi tikməyi nəzərdə tutur. Bu zavodda istehsal olunan məhsullar Avropa ölkələrinə göndəriləcək. ARDNŞ-nin Almaniya vəAvstriyadakı nümayəndəlikləri Nabukko layihəsinin reallaşdırılması istiqamətində Avropa şirkətləri ilə əməkdaşlıq edirlər. İsveçrədə ARDNŞ-nin törəmə şirkəti olan SOCAR Trading SA 2008-ci ildə açılmışdır. Onun əsas funksiyası Avropada Azərbaycan neftinin satışını təşkil etməkdir. Şirkətin maliyyə fondu 5 milyon İsveçrə frankıdır.
2007-ci ildə Türkiyə hökuməti ölkədə ən böyük neftayırma zavodlarından biri olan Petkim zavodunu özəlləşdirməyə çıxarıb. Tenderin qalibi ARDNŞ, Türkiyənin Turcas vəSəudiyyə Ərəbistanının İnjas şirkətlərinin qurduğu konsorsium olub. Müəssisənin özəlləşdirilməsinin dəyəri 1,6 milyard dollar olub. Konsorsium 2015-ci ilə qədər zavodun yerləşdiyi ərazidə daha böyük gücə malik ikinci bir neftayırma zavodu tikməyi və mövcud müəssisənin emal gücünü artırmağı planlaşdırır. Konsorsium bu məqsədlə 10 milyard dollar xərcləməyi nəzərdə tutur.
Azərbaycan Dövlət Neft Şirkəti 2011-ci ilin sonunadək Ukraynada 17 yanacaqdoldurma məntəqəsi açmishdir. 2015-ci ilə qədər isə şirkət Rumıniyada 300 yanacaqdoldurma məntəqəsi işə salmishdir. 16 noyabr 2011-ci ildə ARDNŞ Exxon Mobil şirkətinin İsveçrə filialı olan Esso Schweiz GmbH-ı satın alır.
SOCAR - Birgə Müəssisələr: "Atəşgah” Sığorta Şirkəti QSC; AzFen BM; "AzGerneft MM"; "AzLab MMC"; "Azneftqaztikinti” MMC; "Azərbaycan Con Braun” QSC; Azəri Drillinq Kompani MMC; "Azəri M İ Drillinq Fluids" BM; "Bakı Gəmiqayırma Zavodu” MMC; BosŞelf MMC; "Caspian Pipe Coatings" MMC; "Ekol Mühəndislik Xidmətləri” QSC; "Kaspian Drillinq Kompani" MM; "Kaspian Geofizikal Kompani" MM; Kaspian Şipyard Kompani Limited; "Kros Kaspian Oyl and Qaz Lojistiks” MMC; "SOCAR Fuqro" MMC; "İnterfaks Azərbaycan" MMC; “Enerci Soluşnz Qrup” QSC; ALYANSLAR; ARDNŞ HC Heavy Crane.
Alyans xüsusi diqqəti ARDNŞ-ə aid Layihələrə, Müəssisələrə, Əməliyyatlara, Alyanslara, Müqavilələrə, Birgə Müəssisələrə və s. (ABƏŞ, BP, HPB Layihələrində) yetirməklə verilən kranlara və verilən əsas vəsaitə texniki baxış keçirir, onun servisini, təmirini, bərpasını və sınağını həyata keçirir və gündəlik əməliyyatları aparır.
Dostları ilə paylaş: |