Garayli orxan baloglan oğlu (magistrin a a. s.)


Şəkil 1.2. Maliyyə-sənaye qrupunun strukturu



Yüklə 1,66 Mb.
səhifə3/6
tarix06.02.2017
ölçüsü1,66 Mb.
#7739
1   2   3   4   5   6
Şəkil 1.2. Maliyyə-sənaye qrupunun strukturu

Qlobal rəqabətin intensivləşməsi beynəlxalq təsərrüfatda strateji alyansların yaranmasına gətirib çıxarmışdır. Strateji alyans – müəyyən kommersiya və sinergiya effekt əldə etmək üçün bir-birini tamamlayan strateji resursların birləşməsi məqsədilə iki və daha çox şirkətlər arasında kooperasiya haqqında razılaşmadır. Bu cür razı­laşma adi ticarət əməliyyatlarından uzağa gedən, amma qovuşmağa gətirib çıxar­mayan qarşılıqlı münasibətləri yaradır. Strateji alyanslara təkcə təchizatçılar və alıcılar deyil, həm də rəqiblər də daxil olurlar. Bu baxımdan strateji alyansların aşağıdakı növlərini müəyyən etmək olar: üfüqi strateji alyanslar; şaquli strateji alyanslar; distribusiyalaşmış strateji alyanslar; diversifikasiyalaşmış strateji alyanslar.

Üfüqi strateji alyanslar yekcins məhsul və xidmətlər istehsal edən və ya eyni bazarda fəaliyyət göstərən müəssisələr arasında yaranır. “IBM”, “Toshiba” və “Sie­mens”, “BP” və “Statoil”, “IBM” və “Apple”, “Ford” və “Fiat” və başqaları arasında üfüqi alyanslar fəaliyyət göstərir. Əsrin müqaviləsinin yerinə yetirilməsi üçün yaranan beynəlxalq konsorsium da bu növ strateji alyansdır.

Şaquli strateji alyans haqqında razılaşma müəssisəni komplektləşdirici hissələrlə, yarımfabrikatlarla, xammal və materiallarla təmin edən müəssisələrlə bağlanır.

Distribusiyalaşmış strateji alyanslar bazar vasitəçiləri və sifarişçilərlə yaradılır. Belə ki, “General Motors” şirkəti biznesinin yenidən yaradılması üçün dünyanın hər yerinə səpələnən bazar vasitəçilərilə strateji alyanslar qurulmuşdur. Bunun əsasında “General Motors” şirkəti: a) məhsulun bazarda sürətlə yayılması; b) tex­nologiyalarla mübadilə; c) assortimentin yeniləşməsi; ç) iş metodlarının öyrə­nil­­məsi məqsədinə malik olması nəzərdə tutulmuşdur.

Diversifikasiyalaşmış strateji ittifaqlar isə bir-birini tamamlayan və satılan məhsul və xidmətlər istehsal edən müəssisələr arasında yaranır. Məsələn, uzun mar­şrutlarda fəaliyyət göstərən aviaşirkətlərlə qısa marşrutlara xidmət göstərən aviaşir­kətlər arasında, stasionar telefon əlaqəsini təmin edən rabitə şirkəti ilə mobil telefon əlaqəsini təmin edən şirkətlər arasında bu cür alyansdan geniş istifadə olunur.

Adətən, strateji alyanslar müstəqil hüquqi şəxs kimi iştirak etmirlər. Alyansa daxil olan şirkət digər müqavilə birliklərinin də üzvü ola bilər. Onlar gələcəyə istiqa­mətlənir, şəriklər arasında qeyri-müəyyənliyi aşağı salır, resursla təminatı və məh­sulun yayılmasında sabitliyi artırır. Strateji ittifaqlar müəyyən müddət üçün yaranır.

Strateji alyansların yaranmasının dörd yolu vardır: səhmlərin mübadiləsi yolu ilə; müştərək müəssisələrin yaranması yolu ilə; investisiya layihələrinin reallaşması üçün konsorsiumların yaranması yolu ilə; zəif kooperasiya yolu ilə.

Nəhəng şirkətlər arasında strateji alyansların yaranması motivi kimi miqyas effekti, istehsal güclərindən birgə istifadə, riskin aşağı salınması, texniki baxımdan mürəkkəb olan məmulatların birgə işlənməsi və istehsalı, texnologiyaların, texniki biliklərin və “nou-hau”-nun ötürulməsi, birgə tədqiqatların aparılması və s. çıxış edir.

Tədqiqatlar göstərir ki, beynəlxalq təcrübədə iri sahibkarlıq qurumlarının müəy­yənləşdirilməsində əsas meyar kimi “bazar kapitalı” göstəricisi götürülür. Lakin Azər­baycanda qiymətli kağızlar bazarı formalaşma dövrünü keçdiyindən “bazar kapi­talı” göstəricisi əsasında işgüzar təşkilatların ölçüsünü müəyyənləşdirmək mümkün deyildir. TMK-rın beynəlmiləlləşmə səviyyəsini müəyyənləşdirərkən “transmilliləş­mə əmsalından” istifadə olunur. Digər tərəfdən əsasən işçilərin sayı, ümumi dövriyyə, bazar kapitalı və xalis mənfəət göstəriciləri əsasında biznesi kiçik, orta və iri biznesə bölürlər. Beynəlxalq təcrübədə çox vaxt işçilərin sayı 500-dən yuxarıdırsa - iri müəs­sisə, 100 nəfərdən 500 nəfərə qədərdirsə - ortaya və 100 nəfərə qədərdirsə - kiçi­yə aid edirlər. Azərbaycanda özəlləşdirilən dövlət müəssisələri cədvəl 1.1-də olduğu kimi qruplaş­dırılmışdır.



Cədvəl 1.1.

Özəlləşdirilən dövlət müəssisələrinin təsnifləşdirilməsi



İşçilərin sayı (nəfərlə)

Sahə mənsubiyyəti

kiçik

orta

iri

1.

Sənaye

50-dək

50-150

150-dən çox

2.

Tikinti

50-dək

50-150

100-dən çox

3.

Nəqliyyat və rabitə

50-dək

50-100

100-dən çox

4.

Elmi-texniki

30-dək

30-75

75-dən çox

5.

Ticarət, xidmət və s.

25-dək

15-50

50-dən çox

Fikrimizcə, iri sahibkarlıq qurumlarını müyyən edən xarekterik cəhətlər kimi diver­sifikasiyanı, inteqrasiyanı, törəmə şirkətlərin (övlad şirkətlərin, filialların, nüma­yən­dəliklərin) olmasını və şirkətin təşkilati quruluşunun divizional və çoxnövlü ol­masını götürmək məqsədəuyğundur.

Ölkəmizdə fəaliyyət göstərən iri biznes strukturları haqqında dürüst fikir yü­rütməyin bir yolu da iri vergi tədiyyəçilərinin tərkibinin, illik dövriyyələrinin və vergi ödəmələrinin təhli­lidir.

Cədvəl 1.2.-dən görünür ki, Azərbaycanda iri tədiyyəçilərin tərkibinə doqquz dövlət və on iki özəl müəssisə daxil edilmişdir. İllik dövriyyəsinə görə şəksiz lider Dövlət neft şirkətidir. 2008-ci ildə onun dövriyyəsi 5112,3 olmuşdur ki, bu da 2010-cü ilə nisbətən 235.0 % təşkil etmişdir.Özəl iri tədiyyəçilər arasında Azərsell-Telekom MMM BM öncül yer tutur. Onun dövriyyəsi 2010-cü ilə nisbətən 2015-ci ildə 2,7 dəfə artaraq 312,2 mln. manat təşkil etmişdir.



Cədvəl 1.2.

Azərbaycan Respublikası iri tədiyyəçilərinin tərkibi və illik dövriyyələri



İri tədiyyəçilərin

siyahısı

İllər üzrə dövriyyə (mln AZN)

2010

2011

2012

2013

2014

2015

1

Dövlət Neft Şirkəti

2175.1

3539.2

5005.3

4005.7

4779.9

5112,3

2

Rabitə və İnformasiya Tex. Nazirliyi

75.1

144.8

158.2

150.7

166.6

178,4

3

Azərenerji Səhmdar Cəmiyyəti

334.1

611.4

744.9

1110.0

1854.3

1967,1

4

Azərbaycan Dövlət Dəmir Yolu

116.8

196.9

307.9

190.7

196.5

211,3

5

Azərbaycan Hava Yolları DK

203.4

259.1

375.4

387.4

423.7

454,2

6

Xəzər Dəniz Gəmiçiliyi

90.9

124.9

218.6

104.1

91.1

93,2

7

Azərkimya Dövlət Şirkəti

69.3

131.8

169.8

179.7

120.8

121,2

8

Azərsu SC

40.6

53.3

82.0

67.4

101.7

113,1

 

 



















1

AZƏRSELL-TELEKOM MMM BM

117.5

198.8

348.3

297.7

282.1

312,2

2

Bakı elektrik şəbəkəsi (BARMEK AZƏRBAYCAN MMC )

106.0

158.4

210.6

156.6

190.3

201,3

3

QARADAG SEMENT ASC

41.3

87.5

112.5

90.1

132.3

167,2

4

BAKU STİL KOMPANİ

38.7

89.8

126.9

115.1

95.7

97,2

5

Beynəlxalq Bank SKB

53.3

106.3

128.8

172.7

264.2

295,2

6

BAKSELL LTD MMC

10.1

17.9

39.2

75.2

122.8

142,2

7

Şirvan OYL Birgə MMM

13.9

20.7

30.2

39.9

33.8

31,2

8

ERİKSON Telekommunikasiya A,S,

3.8

10.6

16.0

18.7

16.8

15,2

9

BAKU HOTEL COMPANY NÜMAYƏNDƏLİYİ

23.8

36.0

36.6

33.6

35.2

38,4

10

EUROPEAN TOBAKKO-BAKU ASC

24.8

29.2

37.4

37.2

36.4

42,6

11

BAKI-KASTEL Tam Xarici Investisi

7.8

11.0

17.1

20.8

26.7

31.2

12

AZPETROL LTD Məhdud Məsuliyyətli

108.4

164.5

189.5

266.6

392.3

368,4

Vergi ödəmələrində də öndə Döv­lət neft şirkəti gedir. O, dövlət mülkiyyətli iri vergi tədiyyəçilərin ödədiyi ümumi vergilərin 2001-ci ildə 80,1%-ni ödəyirdisə, 2013-cı ilin ye­kununa 85,0% ödəmişdir. Dövlət neft şirkəti bütün iri vergi tədiyyə­çilərin ödədiyi ümumi vergilərin 2001-ci ildə 73,9%-ni, 2005-ci ildə 67,3%-ni və 2013-cı ildə isə 80.1%-ni ödəmişdir. Dövlət mülkiyyətli iri vergi tədiyyə­çilərin sıra­sın­da ikinci yeri 2008-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu (17.89 mln. manat) tutur­du­sa, 2004-ci ildə bu yeri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (20.14 mln. manat) və 2013-cı ildə Azəriqaz Səhmdar Cəmiyyəti (29.50 mln. manat) tut­muşdur (səbəbi qaz alıcılarından qaza görə ödənişlərin artmasıdır). Bundan başqa, iri vergi tədiyyəçilərin təhlili göstərir ki, ölkədə bu dövr ərzində özəl sektorun və onun flaqmanları olan özəl iri biznes strukturlarının payı artmaq­dadır. Əgər 12 iri özəl vergi tədiyyəçiləri 2008-ci ildə 31.48 mln. manat ümumi vergi ödəmişdilərsə, bu rəqəm 2009-ci ildə 8.4%, 2010-ci ildə 52.6%, 20011-cü ildə 64.6%, 2005-ci ildə 75.4% və 2013-cı ildə 175.66 mln. manat təşkil edərək 16.8 %, 2001-ci ilə nisbətən isə 5.6 dəfə artmışdır. Bu vergi tədiyəçilərin bütün­lük­lə iri vergi tədiyyə­çilərinin sırasındakı vergi ödəmələrində payı 2001-ci ildə 8.7 % təşkil edirdisə bu pay 2005, 2006-cı illərdə müvafiq olaraq 18.1%-ə və 19.3%-ə yüksəlmişdir. Özəl iri vergi tədiyyəçiləri arasında vergi ödəmələrində liderliyi Azərsell-Telekom MMM BM saxlayır . O, 2008 -ci ildə 8.89 mln. manat və ya özəl iri vergi tədiyyəçilərinin ödə­dik­ləri ümumi vergilərin 28.2%-ni ödəmişdirsə, 2013-cı ildə 52.61 mln. manat vergi ödəyərək öz payını 29.95%-ə çatdırmışdır. Dediklərimiz iri tədiyyəçilərin ölkə büdcəsinin gəlirlərində əhəmiyyətli yer tutmasına səbəb olmuşdur (bax: cədvəl 1.4).



Cədvəl 1.4

İri tədiyyəçilərin vergi ödəmələrinin Azərbaycan Respublikasının

Dövlət büdcəsinin gəlirlərində payı

Sıra sayı

Göstəricilər

İllər

2008

2009

2010

2011

2008

2009

2010

2011



Dövlət büdcəsinin gəlirləri (mln. man.)

714.6

784.8

910.2

1220.9

2055.2

3806.8

6006.6

10762.7



Vergi daxilol­maları

579.6

680.0

823.4

1005.2

1427.5

2716.6

4549,5

5746.6



İri tədiyyəçilərin vergi ödəmələri (mln. man.)

362.1

436.4

518.3

550.8

800.3

1039.7

1438.8

1868.4



İri tədiyyəçilərin vergi ödəmə­ləri­nin büdcə gəlirlə­rində payı (%-lə)

50.67

55.61

56.94

45.11

38.94

27.31

23.95

17.35



İri tədiyyəçilərin vergi ödəmələ­ri­nin büdcə vergi daxilolmalarında payı (%-lə)

62.47

64.18

62.95

54.79

56.63

38.27

31.62

32.51



Dövlət mülkiyyət­­li iri tədiyyəçi­lərin vergi ödə­mə­­ləri (mln. man.)

330.6

402.2

466.2

465.1

649.9

864.0

1226.3

1604.4



Dövlət mülkiy­yə­t­li iri tədiyyəçi­lə­rin vergi ödə­mə­­lərinin büdcə ver­gi daxilolma­la­rında payı (%-lə)

57.04

59.14

56.63

46.27

45.52

31.84

26.95

27.92



Özəl mülkiyyətli iri tədiyyəçilərin vergi ödəmələri (mln. man.)

31.5

34.2

52.1

85.7

150.4

175.7

212.5

264.0

9.

Özəl mülkiyyətli iri tədiyyəçilərin vergi ödəmələ­ri­nin büdcə vergi daxilolmalarında payı (%-lə)

5.43

5.04

6.32

8.52

10.53

6.47

4.67

4.59

Cədvəl 1.4-dən göründüyü kimi doqquz dövlət və 12 özəl iri tədiyyəçilərin vergi ödəmələrinin Azərbaycan Respublikasının Dövlət büdcəsinin gəlirlərində xüsusi çə­kisi 2013-cı ildə 27,31%, 202015 ci ildə isə 17.35% təşkil etmişdir. İri tədiy­yəçilərin büdcə vergi daxilolmalarında payı 2008-ci ildəki 62.47%-dən 2015-ci ildə 32.51%-ə düşmüşdür. Müvafiq olaraq dövlət mülkiyyətli iri tədiyyəçilərin vergi ödəmələrinin büdcə vergi daxilolmalarında payı 57.04%-dən 27.29%-ə, özəl mülkiyyətli iri tədiy­yəçilərin vergi ödəmələrinin büdcə vergi daxilolmalarında payı isə 5.43%-dən 4.59 %-ə enmişdir. Bu onu göstərir ki, aparılan islahatlar nəticəsində ölkədə kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayı artmış və onların vergi ödəmələrinin büdcədəki pa­yı artmışdır. Bununla belə hələ də dövlət mülkiyyətli iri tədiyyəçilərin vergi ödəmə­lərinin büdcə vergi daxilolmalarında payı özəl vergi tədiyyəçilərinin payından 6.4-dəfə artıqdır.

Cəmiyyətdə iri sahibkarlıq institutlarının rolu artdıqca ölkədə mərkəzləşdirilmiş dövlət maliyyə sistemindən qeyri-mərkəzləşdirilmiş özəl dövlət maliyyə sisteminə keçmək olar. Bu sistemdə MSQ-a bərabər özəl sığorta, təqaüd və s. maliyyə insti­tut­ları əsas yer tutmalıdırlar. Tədricən müstəqil inteqrasiyalaşmış maliyyə-sənaye struk­turlarının iqtisadiyyatın maliyyələşməsində rolu artdıqca, dövlət tərəfindən yalnız ictimai məhsul kateqoriyası olan işlər maliyyələşdirilməlidir. Dövlət büdcəsi tərə­findən maliyyələşən sahələr nə qədər az və müstəqil sahibkarlıq tərəfindən maliy­yə­ləşən sahələr nə qədər çox olarsa, onda hər investisiya manatına düşən səmərə artmış olar. Artıq Azərbaycanda «İmproteks», “AtaHoldinq”«Azərsun», NAB, “NurGün”, “Günay”, “Azpetrol” ,”Akkord” və s. iri sahibkarlıq makrostrukturları fəaliyyət gös­tərir. İndi əsas məsələ bu cür strukturlara dövlət köməyi etmək və onların fəaliy­yətlərini ölkə sərhədlərindən kənara çıxardaraq transmilli şirkətlərə çevirməkdir. Bununla ölkənin rəqabətqabiliyyətliliyini artırmaq və gedən qloballaşma prosesində aütsayder statusundan çıxmaq olar.


1.3. Ölkənin sosial-iqtisadi inkişaf prosesində biznes strukturlarının xarıcı iqtisadi fəaliyyətinin rolu
Postindustrial dövrün qeyri-müəyyən xarakter daşıması, konkret qanunauyğun­luqların olmaması və gələcək haqqında dürüst fikir söyləməyin mümkünsüzlüyü keçid dövrünü yaşayan Azərbaycan cəmiyyətinin sosial-iqtisadi vəzifələrini daha da mürəkkəbləşdirmişdir. A.M.Abbasov və T.A.Quliyev total qeyri-müəyyənliyin azalması və zəifləməsini XXI əsrin əsas vəzifəsi kimi göstərmişlər.

Bu gün ölkə qarşısında duran problemlər məzmunca ümumbəşəri xarakter daşı­yır. Müasir iqtisadi imperativlərlə milli ənənə və dəyərlər sisteminin uzlaşdırıl­masının elə yollarını arayıb tapmaq durur ki, sonuncu iqtisadi inkişafa maneə deyil, güclü stimul olsun.

Bazar münasibətlərinə keçid və iqtisadiyyatın liberallaşması – əvvəlcə qiymətlər, sonra əməkhaqqı üzərində dövlət nəzarətinin ləğv edilməsi, onların azad şəkildə təyin olunması və planlaşdırma diapazonunun daralması, onun makrosəviyyədə direk­tiv formadan indikativ formaya keçməsi ilə başlamışdır. Artıq ölkədə yeni iqtisadi sistemə xas olan komponentlər və infrastruktur elementləri yaranmışdır. Makro-səviyyədə maliyyə sabitliyi; bazar infrastrukturunun əsas elementləri: - ikikanallı bank sistemi, valyuta və qiymətli kağızlar bazarı, birjalar, yeni əsaslara malik vergi və büdcə sistemi və b. yaranmış, dövlət mülkiyyətinin özəlləşdirilməsinin birinci mərhələsi başa çatmış və iqtisadi artıma nail olunmuşdur.

Böhrandan sonra iqtisadiyyatın canlanması, ilk növbədə xidmət sektorunda baş verməsinin isbata ehtiyacı yoxdur. Burada yığılmış kapitalın investisiya axını hesa­bına isə ağır sənaye, maşınqayırma, kənd təsərrüfatı və elmtutumlu sahələri in­kişaf etdirmək mümkündür. Kapital axınını həyata keçirən lokomotivlər rolunu isə özəl və özəl-dövlət tipli maliyyə-sənaye və maliyyə-aqrar institutları oynamalıdır. İqtisadi islahatın sonuncu mərhələsində vətəndaşların əmanətlərinin iqtisadiyyata cəlb etmək mərhələsini də iri maliyyə-sənaye qurumlarının, bankların, trastların, holdin­qlərin, sığorta və təqaüd şirkətlərinin öhdəsinə buraxmaq lazımdır. Qeyd etmək la­zım­dır ki, artıq «ICR» qrup, «NAB» qrup, «NurGün» qrup, «İmproteks» və bu kimi qu­rumlar təkcə xidmət sferasında deyil, həmçinin istehsal sahələrinə də sərmayə qoyurlar.

İndiki dövrdə dövlət büdcəsi hesabına süni şəkildə, bütünlüklə Azərbaycan sənayesində artımı stimullaşdırmaq məqsədəuyğun deyildir. Çünki, rəqabət qabiliy­yə­ti və keyfiyyəti aşağı olan məhsullar elə müəssisələrin anbarında yığılıb qalacaqdır. Büdcədən yardım konkret müəssisələrə ünvanlanmalıdır. Keyfiyyətsiz və heç kimə lazım olmayan məhsul və xidmətlər istehsal edən müəssisələrin özəlləşdirilməsinin yubadılması onların qiymətini daha da aşağı salar.

Fikrimizcə, maliyyə sabitliyi baş verdiyi dövrdə artıq prioritet istehsal sahə­lərinin deyil, istehsal müəssisələrinin müəyyənləşdirilməsi vaxtı gəlib çatmışdır. Bu cür müəssisələrin sanasiyasını xarici və daxili investorlara müqavilə üzrə idarəetməyə verilməsi yolu ilə, ya da xəzinə müəssisəsi elan etməklə dövlət büdcəsi hesabına həyata keçirmək məqsədəuyğun sayılmalıdır.

Təbii artım iqtisadi qanununa görə iqtisadi proseslər dövri xarakter daşımaqla yanaşı, iqtisadi böhran zamanı cəmiyyətin qütbləşməsi sürətlənir, varlılar daha da varlanır, kasıblar isə daha da kasıblaşırlar. Bu halın olması iqtisadi tənəzzüldən iqtisadi artıma doğru irəliləyişin özülünü yaradır. Kapital yığımını həyata keçirən şəxsl­ər birbaşa və dolayı yolla iqtisadiyyatı maliyyələşdirməyə başlayır. Hətta onlar şəxsi məqsədlər üçün bu kapitaldan istifadə etdikdə də bütün iqtisadiyyata sərmayə qoyurlar, yəni multiplikator effekti baş verir. Məsələn, hər hansı bir şəxs imarət tikdirdikdə ona mişar daşı lazım olur, deməli, onun təkcə mişar daşınının alınmasına sərf etdiyi pul vəsaiti daş karxanasına, oradan da karxananı istehsal resursları ilə təchiz edən müəssisələrə və bu minvalla da zəncirvari qaydada bütün iqtisadiyyata axır. Amma elə etmək lazımdır ki, həmin şəxsə xarici tikinti materialları almaq sərfəli olmasın. Əksinə olduqda, o Azərbaycan iqtisadiyyatına deyil, xarici ölkələrin iqtisa­diy­yatına kapital qoyuluşu həyata keçirir. Bunun qarşısını almaq üçün isə milli iqti­sadi təhlükəsizlik mexanizmi yaradılmalıdır. İqtisadi təhlükəsizliyin əsas tərkib hissə­si kimi gömrük xidmətinin işinə diqqəti artırmaq lazımdır.

Xarici investisiyalar əsasən neft və xidmət sahələrinə yönəlmişdir. Azərbay­can­da artıq formalaşan «paralel axınlar» sistemi mineral xammal ixrac edən ölkələrdəki kimidir. Bir yandan ölkəyə xarici investisiyalar və ərzaq məhsulları idxal olunur, di­gər tərəfdən isə xam neft və digər təbii resurslar ixrac olunur (Qərb ölkələri və beynəlxalq transmilli kapital öz ənənələrinə sadiq qalaraq Azərbaycanı da xammal bazarına çevirmək məqsədilə onun əhalisinin ərzaq məhsullarına olan ehtiyacını öz inhisarlarında saxlamağa çalışırlar).

Azərbaycan iqtisadiyyatının effektli işləməsini təmin edən social-iqtisadi mode­lin yaradılması onun sosialyönümlülüyü, elmi-texniki yeniliklərin qəbul edilməsi və dünya təsərrüfatına üzvi şəkildə daxil olmasındadır. Bu əsasda iqtisadi siyasətin stabil dayaqları kimi, milli və dövlət məqsədləri və prioritetləri dəqiq təyin olunmalıdır.

Zənnimizcə, iqtisadi sahədə milli maraqları xarakterizə edən əhalinin əksəriyyə­tinə normal həyat kefiyyətini və sosial-siyasi sabitliyi təmin edən meyarlara aşağı­daklır aiddir: geniş təkrar istehsal rejimi şəraitində iqtisadiyyatın fəaliyyət göstərmə qabi­liyyəti; ölkənin strateji resursları, fəaliyyət növləri və onların həyata keçirilməsi üzə­rində dövlət nəzarətinin qurulması bacarığı; iqtisadiyyatın təşkilati-struktur siste­minin nüvəsi olan iri sahibkar qruplarının dayanıqlığının təmini bacarığı; iqtisadiy­yatın mühüm məhsullar üzrə idxal asılılığının ləğvi; ölkənin elmi və innovasiya potensialının sağlamlaşdırılması qabiliyyəti; bazar iqtisadiyyatının normal fəaliyyəti məqsədilə dövlət tənzimlən­məsinin lazımi səviyyədə olmasının təmini.

İqtisadi münasibətlərin sistemli transformasiyası davam edir. Söhbət, geniş aspektdə yeni keyfiyyət dəyişiklikləri strukturlarının münasibətlər sisteminin və iqtisadi sistemin müxtəlif elementləri arasında qarşılıqlı fəaliyyətin yaranmasından gedir. Prosesin mürəkkəbliyi və uzunmüddətliliyi ölkə iqtisadiyyatının reallığını və dünyada gedən qloballaşma nəzəri olaraq iqtisadi münasibətlərin transformasiyanın strateji kursunun hazırlanmasını nəzərdə tutur. Onun düzgün olması üçün iqtisadi münasibətlərin dəyişməsinin nəticələri dolğun şəkildə təhlil olunmalı və qiymətlən­dirilməlidir. Əsas məsələ iqtisadi inkişafın xüsusiyyətlərini, onun resurs imkanlarını və qəbul olunan qərarların məntiqliliyini və elmililiyini nəzərə almaqla aparılan islahatların istiqamətlərini müəyyənləşdirməkdir.

Yeni əsrdə islahatların aparılmasının əsas şərtləri bunlardır: 1. Cəmiyyətdə siyasi sa­bitlik və bütün dövlət hakimiyyəti budaqlarında ideolo­giyanın varisliliyi. 2. Ha­ki­miyyətin real demokratik təsisatlarının mövcudluğu və inkişaf etdiril­məsi. 3.Əsas hü­­­quq normalarının sabitliyini və eyni zamanda onların korrektə olun­ma­sının çevik me­xanizmini nəzərdə tutan qanunvericilik sisteminin inkişaf etdiril­məsi. 4. İqtisadi is­la­hatların aparılmasının ardıcıllığı,dövlət tənzimlənməsi və makro­iq­tisadi siyasətin sə­mərəliliyi. 5. Həyata keçiriləcək iqtisadi islahatlarda sosialyönümlüyün gözlənil­mə­si.

Təəssüf ki, XX əsrin 90-cı illərində köhnə iqtisadi aksioma yaddan çıxmışdır. Bu aksiomaya görə iqtisadi subyektlər səviyyəsində istehsalda baş verən neqativ hallar və tənəzzül bütünlüklə iqtisadiyyatda qeyri-dayanıqlılığa və böhran hallarına trans­formasiya olunur. İqtisadi vəziyyətin göstərilən aksiomaya uyğun qurulması ölkədə iqtisadi artıma gətirib çıxarmışdır. Artıq söhbət Azərbaycanda «iqtisadi artım»ın aktiv­ləşdirilməsindən gedir.

Təcrübə göstərir ki, çoxlu sayda iqtisadi strukturlar və alətlər yalnız dayanıqlı artım şəraitində işləyə bilər. Əgər iqtisadi artımın aktivləşdirilməsində köhnə üsullar­dan istifadə artıq işləmirsə, deməli, «iqtisadi artımın aktivləşdirilməsində» yeni vasitə­lərdən və strukturlardan istifadə olunmalıdır.

Zənnimizcə, iqtisadi dirçəlişin aktivləşdirilməsinin əsasını – istehsalın və dövriy­yənin miqyasının və səmərəliliyinin artırılması olmalıdır. Bunun üçün iqtisadi fəaliy­yətin müxtəlif sferalarında mənfəətliliyin tarazlaşdırıl­masını təmin edən model qurul­malıdır. İndi isə, əksinə, iqtisadi islahatların təsiri nəticəsində gəlirlərdə diferen­sia­siya daha da güclənir. Nəzərdə tutulan model istehsal-tələb-gəlir-investisiya-istehsal silsi­ləsində müsbət əks əlaqəyə arxalanmalı­dır. Belə əks əlaqənin reallaşmasında və de­məli, istehsalın və dövriyyənin miqyasının və səmərəliliyinin artırılmasında mü­hüm rolu iri sahibkar qurumları və ələlxüsus, iri korporativ strukturları oynamalıdır. Nəticədə, məhz onlar istehsal-təsərrüfat proseslə­rinin ənənəvi sabit axınını təmin et­məklə yanaşı, həm də müasir inkişafın dünyəvi meyarlarına cavab verəcək səviyyəyə qalxa bilər.

Azərbaycanın iri biznes strukturları, həmçinin dünya iqtisadi məkanına aktiv sıçrayışın nüvəsi və lokomotivi kimi çıxış edir. Aktiv iqtisadi sıçrayışın nüvəsi artıq yaranmışdır. Bunların bir qismi mülkiyyət formasının dəyişmələri (dövlət müəs­si­səsi kimi), digər qismi özəlləşdirmənin nəticəsində və üçüncü qismi isə ayrı-ayrı milli sahibkarın təşəbbüskarlığı və dəyanətliliyi nəticəsində xırda və kiçik biznesin miqyasının artması nəticəsində yaranmış və inkişaf edir. Lakin bu səpkili təşkilati-hüquqi və maliyyə-iqtisadi fərqlərə baxmayaraq, artıq iri biznes strukturları milli iqtisadiyyatın institusional sabitliyi təmin edəcək səviyyədə inkişaf etmişlər.

Bu «nüvə» yekcins deyildir və şərti olaraq üç səviyyədən ibarətdir: birinci səviy­yədə dövlət mülkiyyətində olan və təbii inhisarçı sahələrdə çalışan ARDNŞ, AZAL, AzəriQaz, Azərenerji, «Azərsu» və digər işgüzar təşkilatları aid etmək olar; ikinci səviyyədə müxtəlif istehsal sahələrində çalışan, lakin bank strukturları ilə əlaqədə olan müəssisələri daxil etmək olar (məsələn, İSR, İmproteks, Nurgün, Ata­hol­dinq, Gü­nay və s.), üçüncü səviyyəyə isə bazarda fəallıq göstərən mezobirlik qruplarını aid etmək olar (Taymeks, Azərsun, Akkord, Azfen və başqa şirkətlər).

İri şirkətlər kütləvi istehsal sferasında rəqabət apararaq zəif rəqiblərini digər sferalar və ələlxüsus istehlak bazarının dar seqmentlərinə sıxışdırır. Rəqabət nəti­cəsində bir çox kiçik müəssisələr iri korporasiyalar tərəfindən udulmalıdır.

İri işgüzar təşkilatların idarəetmə sistemi və onun strukturuna və iş metodlarına amorfluluq xasdır. Buna görə də burada yaranan vəziyyəti nəzərə almaqla daha pers­pektivli təşkilati formaların seçilməsi məqsədilə iri təşkilatın səmərəliliyi qiymət­ləndirilməlidir.

Bu baxımdın daha geniş yayılan və perspektivli təşkilati forma kimi müxtəlif planlı korporativ-kooperasiya sistemlərini dəyərləndirmək lazımdır.

Son illər baş verən dəyişikliklər iqtisadiyyatın qloballaşması prosesləri ilə əlaqə­dardır. Qlobal iqtisadiyyatın yaradılması tendensiyası sübut edir ki, yalnız xammal resurslarının olması mənfəət qazanmağa (qısa perspektivdə) və işgüzar təşkilatların dəyərinin artmasına (uzun müddətə) təminat vermir. Onlar yalnız son istehlakçıya çıxış üçün ilkin şərtlər ola bilər. Son istehlak bazarına çıxış işgüzar təşkilatı qlobal­laşmaya istiqamətlənən inteqrasiya konsepsiyasını mənimsəməyə sürükləyir.

İqtisadiyyatın qloballaşması dünya əmtəələr, xidmətlər, kapital və texnologiyalar bazarlarının formalaşması prosesini nəzərdə tutur. Burada isə qabaqcıl rolu transmilli korporasiyalar oynayır. Qloballaşma iri korporasiyalara tələbin dövri dəyişiklik­lərin­dən asılı olmayaraq, ənənəvi resurslar hesabına müsbət nəticələr almaq üçün əlavə imkanlar yaradır. Bazarda rəqabət münasibətlərinin əsaslı şəkildə dəyişməsində iki əhəmiyyətli tendensiyanın olmasını görmək mümkündür. Birinci, bazarda iri korpo­rasiyaların olması rəqabət prosesindən asılı olmadan qiymət parametrlərini tən­zim­ləməyə potensial imkan yaradır; ikinci, bu şəraitdə resurs məhdudiyyətlərinin səviy­yəsi aşağı enir və kommunikasiya imkanlarının genişlənməsi bazara çıxış şərtlərini sadələşdirir.

Təsərrüfat sistemlərində ehtiyatların axtarışına vadar etmək üçün stimullaşdırma, idarəetmə sistemlərinin inkişafı naminə yaradıcılıq imkanlarının reallaşdırılması, inkişaf tənzimləyicilərinin və onlara müvafiq strukturların daha fəal istifadəsi effektli ola bilər.

Müxtəlif təşkilatlar, öz statuslarına uyğun, idarəetmə sistemində artıq ya əskik dərəcədə dayanıqlıdırlar. Belə vəziyyət təşkilatın iqtisadiyyatda işləyən təsərrüfat-istehsalat və sosial şəraitlərə uyğunlaşması problemi ilə bağlıdır (bu, ələlxüsus iri strukturlara aiddir). Iri təşkilatların idarə olunmasında onların müəyyən amorf struktur quruluşunun və iş metodlarının effektliliyinin qiymətləndirilməsinə ehtiyac var. Bu ona görə lazımdır ki, bazarda olan vəziyyəti nəzərə alaraq, daha perspektivli üsullar seçilsin.

Azərbaycan cəmiyyəti ciddi dəyişikliklər astanasında durub və bu təkcə təhlil qiyməti deyil, bu, cəmiyyətin əksər hissəsinin hissiyyatıdır, çünki iqtisadiyyatın inki­şafı zamanı onların maraqları təqdim olunan və reallaşan inkişaf tədbirləri ilə uyğun­laşmır. Doğrudur, bu prosesin labüdlüyü göz önündədir və bunu «sağlam düşüncə» adlandırmaq olar. Bu vəziyyət, geniş planda, iqtisadiyyatın, ələlxüsus, institusional dəyişikliklər proseslərinə və tətbiqi planda, struktur transformasiyalara aiddir. Bu onunla bağlıdır ki, hər insan iştirakçıların arasında qarşılıqılı hərəkətlər, mübadilə, paylanma və istehlak olan struktur daxilində işləyir.

Bu zəmində, ən geniş yayılmış və perspektivli müxtəlif planlı korporativ-koope­rasiya sistemləridir. Bu səbəbdən, cəmiyyətin və iqtisadiyyatın korporativ seqmen­tinin inkişafına elmin və təcrübənin marağı artır.

Ölkə iqtisadiyyatının iri korporativ sektorunun zəifliyi onu xarici mühitin dağıdıcı təsiri qarşısında müdafiəsiz edir, bu da öz növbəsində dövlət paradiqmasının dəyişməsini tələb edir. Milli kapitalın transmilliləşməsinin fəallaşdırılması üçün vergi və sərmayə rejimlərindən istifadə edirlər. Eyni vaxtda, ixracata subsidiyalar ayıraraq, proteksiya tədbirlərinə əl atılmalıdır.

Qərb tərəfindən Azərbaycana «himayədarlıq» münasibəti tükənib. İndi resurs dəstəyini diləmək yox, sərt rəqabət mübarizəsində o dəstəyi götürən müasir mexa­nizm və strukturlar formalaşmalıdır (əsasən, iri maliyyə-istehsalat alyansları şək­lində).




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin