Garayli orxan baloglan oğlu (magistrin a a. s.)


IV. Biznes inkişafının sonuncu etalon strategiya tipi ixtisar və ya ləğvetmə adlanır



Yüklə 1,66 Mb.
səhifə6/6
tarix06.02.2017
ölçüsü1,66 Mb.
#7739
1   2   3   4   5   6

IV. Biznes inkişafının sonuncu etalon strategiya tipi ixtisar və ya ləğvetmə adlanır. Bu növ strategiya həddən çox fəaliyyət profilini artırmış iri işgüzar təşkilata daha çox xasdır. Adətən, uzunmüddətli artım dövründən sonra fəaliyyətini restruk­turizasiya edərkən və ya reinjinirinqlə məşğul olarkən və ölkədə iqtisadiyyatın dur­ğun­luq dövrünü yaşayarkən, məhz ixtisar strategiyasından istifadə edirlər. Bu stra­tegiyanı qəbul edən diver­sifikasiyalaşmış iri şirkət bəzi filial və ya övlad şirkətlərinin satılması, istehsal və idarəetmə bölmələrinin bağlanması, istehsalın və satışın azaldıl­ması və heyətin ixtisara salınması, istehsal resurslarından rasional istifadə tədbirlərinə üstünlük verir. XX əsrin 90-cı illərində ölkə iqtisadiyyatı strategiya dövrünü yaşa­dıqda iqtisadi subyektlər bu strategiya növünə üstünlük verirdilər.

İxtisar strategiyası işgüzar davranışı səfərbər edərək maliyyə və digər resursları uzun müddət mənfəət gətirən sahələrə istiqamətləndirir. «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmil­ləşdirilməsi haqqında» Azərbaycan Res­publikası Prezidentinin 2003-cü il 9 yanvar tarixli Fərmanına görə Dənizdə Neft­qaz­çıxarma istehsalat birliyi və Quruda Neftqazçıxarma istehsalat birlikləri birləş­dirilərək «Azneft» istehsalat birliyi yaradılmış, həmçinin «Xəzərdənizqazmatikinti» tresti, «Xəzərdənizneft­sosialtikinti» tresti və «Avtonəqliyyat» idarəsi özəlləşdirməyə açıq edilmişdir. «Şelflayihətikinti» istehsalat birliyinin əsasında isə «Bakı Dəniz Özüllər Zavodu» yaradılmışdır. Bu qərardan görünür ki, dövlət sahibkar kimi çıxış edə­rək Dövlət Neft Şirkətinin əsasən infrastruktur obyektlərindən azad olmaqla səmərəli strukturunu qurmaq istəyir. Daha ətraflı qaydada bu cür məsələlər IV fəsildə araşdırılacaqdır. Biznes inkişafının ixtisar strategiyası işgüzar təşkilatlara bir sıra üstünlüklər verir: istehsal resursları qənaətlə istifadə olunur; cari dövrdə mənfəət gətirən sahələrdən maksimum gəlir götürməyə can atılır; əsas diqqət perspektivli sahələrdə cəmləşdirilir; azad olunan biznes sahələrə aid olan sənaye mülkiyyəti satılaraq əlavə qazanc əldə edilir.

Beləliklə, xarici mühitdə qeyri-müəyyənliklə üzləşən iri biznes strukturları öz ölçülərinə xas olan üstünlüklərdən istifadə edərək fəaliyyətlərini inkişaf etdirmək üçün geniş manevr imkanını izah edən etalon strategiyadan birini seçib tətbiq edirlər.

NƏTİCƏ


Azərbaycan ger­çək­­liyində sistemli şəkildə iqtisadiyyatın transformasiyasında iri biznes strukturlarının xarici iqtisadi vektoru, onların yaranma təbiəti, inkişafı for­maları, biznesin korpora­tiv­ləş­mə­sinin zəruriliyi və yerli inteqrativ şirkətlərin sə­mə­rəliyinin, rəqabətqa­biliy­yətliliyinin və idarəedilmə səviyyəsinin yüksədilməsi yol­la­rı araşdırılmış və əməli təkliflər əsasında iri işgüzar təşkilatların ölkədə və dün­yada ge­dən inteqrasiya və qloballaşma proses­lərinə real şəkildə adaptasiyası müəy­yən­ləşdirilmişdir. Kapitalın təmərküzləşməsi əsasında iri sahibkarlığın xarici iqtisadi fəaliy­yətinin inkişaf etdirilməsinin makroiqtisadi inkişafa davamlı təsiri nəzəri və prak­tiki cıhıtdın əsaslandırılmışdır. İri biznes strukturlarının xarici iqtisadi fəaliy­yə­tinin milli mənafelər baxımından əhəmiyyəti üzə çıxarılmışdır. Azərbycanda iri biz­nes strukturlarının xarici iqtisadi fəaliyyətinin inkişaf perspektivləri arqument­ləş­dirilərək göstərilmişdir. Divizional təşkilati quruluş çərçivəsində «mənfəət mərkəzi» konsepsiyasının öz yerini strateji təsərrüfat mərkəz­lərinə (STM) verməsi zəruriliyi göstərilmiş və ayrı-ayrı iri şirkətlərdə səhmdarlar üçün dəyər yaratmaq baxımından “korporativ mərkəz” modelləri əsaslandırılmışdır. Bazarda uğur qazanmaq üçün kon­k­ret iri təsərrüfat subyektlərinin mate­ralları əsasında inkişafın bazis strategiyalarının hazırlanmasına; Boston məcləhətçi qrupun matrisası və SWOT təhlil əsasında rəqadət mübarizəsində mövqeyin seçilməsinə; rəqabətqabiliyyətliliyin adaptivlik və inno­vasiyalı mənşəyinin və işgüzar təşkilatın hakim bacarıqlarının başa düşülməsinə; rəqa­bət­qabiliyyətliliyin artırılması “məqsəd­lər-ağacının” işlənməsinə və gözlənil­mə­yən dəyişiliklərə idarə­etmə reaksiyalarının adekvatlığı səviyyəsinin qiymətlən­diril­məsinə nail olunmuşdur. İri biznes qurumlarının potensialından istifadə etməklə ölkə re­gionlarında klasterlərin təşkili xüsusiyyət­lərinin müəyyənləş­dirilməsi və xalq təsər­rü­fatı sahələ­ri­nin «meqa­klas­terlərə» ayrılması labüdlüyü əsaslandırılmışdır. İri iş­gü­zar təşkilatların antiböhranlı idarəetmə sisteminin qurulması, onla­rın sanasiyasının, restrukturi­zasi­ya­sının, reinjinirinqinin əsas cəhətləri, mərhələləri və bu proseslərə təsir göstərən bazis amillər ölkədə işləyən iri işgüzar təşkilatların materalları əsasında araşdırılmışdır. Ölkədə iri biznes strukturlarının xarici iqtisadi fəaliyyətində biznes etukasının və sosial məsuliyyətinin axsamasının, cəmiy­yətin əsas qrupları qarşısında iri işgüzar təşkilatların daşıdığı sosial məsuliyyət çərçivə­sinin, mürəkkəb və çoxşaxəli kate­qo­riya olan korporativ mədəniyyətin yüksədil­məsində təşkilatin niyyətinin, korporativ ruhunun, prinsiplərinin və idarə­etmənin kor­porativ mədəniyyətinin bazar tələblərinə uyğun reallaşdırılmasının praktiki qiymət­ləndirilməsinə nail olunmuşdur.

Bazar iqtisadiyyatına xas olan iqtisadiyyatın idarə edilməsi sisteminin tək­mil­­ləş­dirilməsi istiqamətləri və sosial siyasətin iri maliyyə-sənaye qruplarının imkanların­dan isti­fadə etməklə aparılması təklif olunmuşdur.

Müəyyən olunmuşdur ki. cəmiyyətdə korporativ hakimiyyətin artması xüsusiy­yət­ləri, ilk növbədə xarici iqtisadi fəaliyyətdə yaranan keyfiyyət dəyişiklikləri ilə əlaqədardır. Bu zaman postindustrial cəmiyyətin genezisi təkcə yeni texnologiya tiplərinin inkişafı ilə əlaqədar deyildir. Bu əsasən aşağıdakı şərtlərlə səciyyələnir: əvvəla, qlobal məhsuldar qüvvələr meydana gəlir və onlar da öz növbələrində qlobal problemlər sistemini yaradırlar, ikincisi, industrial texnologiyalardan postindustrial texnologiyalara doğru keçid resursların xarakterini mahiyyət etibarı ilə dəyişdirir.

Korporativ hakimiyyətin artması korporasiyaların xarici iqtisadi fəaliyyətinə əhəmiyyətli təsir göstərərək onların sosial-iqtisadi sistemin digər strukturlarına tam inteqrasiya etməsinə və korporativ prinsiplərin cəmiyyətin digər strukturlarına nüfuz etməsinə şə­rait yaradır. Postindustrial dövlətin korporativ quruluşu insanların dövlətdən iqtisadi asılılıq zəncirini qırır, üstəlik dövləti vətəndaşdan iqtisadi asılılığa təhrik edir və dövlətin korporativ əsaslarla idarə edilməsi labüdləşir.

Azərbaycanda iri biznes strukturlarının yaranması, formalaşması və inkişaf et­mə­si və onların xarıcı iqtisadi fəaliyyətinin genişlənməsi bir necə milli mənşəli kor­po­­rasiyanın xarıcı iqtisadi fəaliyyət təcrübəsinin öyrənilməsi bazasında qiymət­lən­dirilmişdir. Beləliklə, resurs iqtisadiyyatından bilik iqtisadiyyatına kecid prosesində iri biznes strukturlarınını xarıcı iqtisadi fəaliyyəti ölkənin davamlı və dayanıqlı in­ki­şa­fına dəstək verən əsas amil kimi qəbul edilməlidir. Bunun üçün dövlət milli mən­şəli iri biznes strukturlarının inkişafına daim dəstək olmalı xüsusilə də investisiya və əmtəə ixracının stimullaşdırılması istiqamətində təxirəsalınmaz zəruri tədbirləri həyata keçirməlidir.

ədəbİyyat





  1. “İqtisadiyyat” qəzeti, 28.02.2003.

  2. Аббасов А.М., Кулиев Т.А. Экономика в условиях неопределенности. Баку, 2002, 110 с.

  3. Aхундов Х. Продлит ли правительство птичьи права. «Зеркало», № 49, 15 мар­та 2003.

  4. Глазьев С. Проблемы прогнозирования макроэкономической дина­мики. РЭЖ № 3, 2000, с. 76-86.

  5. Долан Э. Дж., Линдсей Д. Микроэкономическая модель. Пер. с англ. СПб., 1992, 469 с.

  6. Друкер П. Эффективные управления. М. 2003. 288 с.

  7. Джей Ф., Шэннон П., Клифорд И., Кейту. Руководство по оценке стои­мости бизнеса (пер с англ). М., 2000, 254 с.

  8. Дементьев В. Финансово-промышленные группы в российской экономике \\ РЭЖ, 1998, № 9-10.

  9. Дынкин А.А., Соколов А.А. Интегрированные бизнес-группы – прорыв к модернизации страны. М., 2001, 178 с.

  10. Забелин П.В. Основы корпоративного управления концерном. М., 1998. 212 с.

  11. Клейтон Д., Гетвил Б. Как начать новый бизнес в крупной корпорации. 2004, 227 с.

  12. Келлер Т. Концепция холдинга: организационные структуры и управ­ле­ние. ОБНИНСК, 1996, 135 с.

  13. Крук М.Д. Современные формы и механизмы корпоративного управ­ле­ния (методология и практика). М., 2000, 108 с.

  14. Лапуста М.Г. и др. Предпринимательство. Инфра-М, М., 2001, 446 с.

  15. Ленский Е.В. Корпоративный бизнес. М., 2001, 480 с.

  16. Мельников С.Б. Корпоративизм – российский путь реформ. М., 1996, 120 c.

  17. Пивоваров С.Э., Мизель А.И. и др. Международный менеджмент. СПБ., 2000, 196 с.

  18. Савченко В.Е. Феномен предпринимательства. РЭЖ, №3, 1995, с. 45-50.

  19. Цуглевич В.Н. Корпоративный менеджмент в условиях нестабильного рынка. М., 2003, 320 с.

  20. Шимшилов С. Стратегия современного предпринимательства и со­ци­аль­­ного развития корпораций. М., Дашков и К*, 2004, 246 с.

  21. Шумпетер И. Теория экономического развития. М., Прогресс, 1998, 364 с.

  22. Чибриков Г. ЮНКТАД о формировании глобального рынка предприя­тий. / РЭЖ, 2001, №8, с. 68-73.

  23. Эффективность государственного управления. Пер. с англ. Общ. ред. С.А. Ба­тич­кова и С.Ю. Глазьева. «Консалтбанкир», М., 1998, 848 с.



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin