GəLƏCƏYƏ real yol fəSİL İnformasiya cəMİYYƏTİ


Dövlət institutlarının informatizasiyası



Yüklə 98,9 Kb.
səhifə9/16
tarix02.01.2022
ölçüsü98,9 Kb.
#47780
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
Elchin - book

2.2. Dövlət institutlarının informatizasiyası

İC – də informatizasiya anlayışına dövlət və regional hakimiyyət strukturları (e-hokümətin konsepsiyası), seçici sistem, sənəd dövriyyəsi daxildir.



Hakimiyyət. Siyasi aspektdə mütləq demokratik olan İC – də  bütün vətəndaşların ictimai nöqtei nəzərindən olduqca vacib sayılan informasiyaya buraxılışı olmalıdır. Bu vətəndaşların sırasına təkcə “sıravi” vətəndaşlar yox, o cümlədən dövlət orqanların nümayəndələri “generalları” da daxildir. Yəni həm sıravilər, həm də generallar bir biri haqqında qərar qəbulu üçün vacib sayılan dolğun, dəqiq (məxfi məlumatı çıxmaq şərtilə) informasiyanın sahibi olmalıdırlar.

A.Suvorov demişkən, “hərbi manyovrları təkcə geherrallar yox, sıravi əscər də bilməlidir”.

Vətəndaşlar və dövlət strukturları proses zamanı informasiya vasitəsilə müntəzəm olaraq bir birilə əməkdaşlıq etməlidirlər. İT – rı 2 kibernetik qanunlara istinadən, buna imkan verir:


  • Istənilən məqsədyönlü fəaliyyət informasiya ilə təşəbbüslənilir;

  • Tam və dolğun idarəetmə sistemi özünə əks əlaqə informasiya silsiləsini daxil etməlidir;

Bu qanunların həyata keçiriliməsi üçün vətəndaşların xidmətində olan və İnternetə qoşulmayan “internet – köşklər” istifadə oluna bilər.

Hakim dairələrin informatizasiyası hakimiyyət üçün sanki xəstə üçün cərrah bıçaqı kimi arzuolunmazdır, çünki hakimiyyətin əlindən informasiya monopoliyasını alırlar.

Vətəndaşlar artıq anonim qaydada informasiya əldə edib və dövlət baxımından xoşagəlməz suallar vermə haqqlarını qazanırlar, hətta dövlətdən cavab tələb edilər.

Sual verən və cavab alan dialoq prosesində üstünlük həmişə soruşandadır.

Cavab verən daha çox məsuliyyət daşıyır. Beləliklə hakimiyyət kiberməkana öz qədəmlərilə daxil olduqda “internet – liberallıqın” və kiber – demokratiyanın” xeyrinə olan öz hökmüdarlıqını itirmiş olur.

Bəzi ölkələrdə vətəndaşların kiberməkanda özünü ifadə edərkən onlara senzura qoyulması zənninmizcə ağılasığan deyil, sanki digər qonşu dövlətin şəxsi işlərinə (məhz kiberməkandakı kimi) qarışmaya bənzəyən hərəkətlərdir.

Hakim strukturlar ilə vətəndaşların arasında arabir yaranan konfliktlər quldarlıq dövründən qalan “vətəndaşların əksər hissəsi təmbəldir” ifadəsilə möhkəmlənir və ona görə də hakimiyyət mütəmadi olaraq vətəndaşı yuxudan oyatmalıdır.

Əslində isə müasir vətəndaşlar ın əksər hissəsi yaradıcıdır və öz boynuna məhsuliyyəti tam götürməyə hazırdırlar.

Hakimiyyətin informatizasiyası əvvəlki senzuralı vaxtlardan fərqli vətəndaşlar üçün bu prosesi həyata keçirməyə imkan yaratmalıdır.

Hakimiyyət vətəndaşlara müvafiq hüquqları verdikdən sonra müstəqil düşünməyə sövq etməlidir. Bu da o deməkdir ki, cəmiyyətin iyerarxik piramidalı strukturu, hansında ki yuxarıda hakimiyyətdir, aşağıda – vətəndaşlar, yerindən qoparıb dəyişib, şəbəkə cəmiyyətinin şəbəkə strukturuna transformasiya olmalıdır.

Belə ki, İC – də hakimiyyətin tanınan müasir icra mexanizmlər ilə yanaşı (hətta onların bəzilərinin əvəzinə) informatizasiya sayəsində yeni hakimiyyət pilləsi (budaqı) yaranacaq, və vaxt gəldikdə bu budaq cəmiyyətdə başlıca rol oynayacaq. Bu budaqın adı qətiyyən vacib deyil, əsas odur ki, bu olacaq.


Yüklə 98,9 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin