2.3. İnformasiyalı iqtisadiyyat
İC – də hər bir ölkənin iqtisadiyyatı qlobalizasiya prosesinə daxil olmalıdır, bunun üçün də innovasiya təfəkkürlü, yeniliyə reaksiya verən mütəxəssislər bu prosesə cəlb edilməlidirlər. Əfsuslar olsun ki, istehlakçılar arasında bu cür adamların sayı olduqca azdır, əksinə, yeni texnologiyalara müqavimət göstərən daha çox antiinnovasiyalı düşüncəli adamlar çoxluq təşkil edir.
İC –nin iqtisadi prinsipləri.
Sənayə cəmiyyətinin biznes – prinsipi “Təcili yaxud dəqiq!” kimi səslənir, yəni əgər “təcili” istəyirsinizsə, o zaman biz keyfiyyətə qarant dura bilmərik, və əksinə, “dəqiq” olmaq niyyətindəsinizsə, onda bizə vaxt verin, iş öz müddətinə uyğun bütün şərtlər ilə ortaya qoyulsun. (“Merfi qanunu”, 1977 – ci il, A.Blox).
“Dəqiq” deyiləndə sənayə cəmiyyətində “say” nəzərdə tutulur: istehsal və təchizat (elektroenerji, məmulatlar və s.) həcmi, əsas məsələlərin həlli zamanı “nə qədər?” sualın verilməsi və s.
Təbii ki “say” zaman tələb edir. Buna müvafiq inkişafın yüksək reytinqləri hegemon ölkələrə məxsus idi – ABŞ -a, SSRİ – yə, və digər təbii sərvətləri olan cəmiyyətləri bura aid etmək olar.
İnkişaf etmiş ölkələrdə “say” anlayışı aktual olduqda, daha çox əvvəllər 2-ci dərəcəli hesab edilən “keyfiyyətə” fikir veriləcək. Post sənayəli, belə desək “sivil” dünyada “keyfiyyət” termini önə çıxdı, , “say” anlayışı isə yerində qalsa da belə, xammal və qasterbayterlərin köməyilə öz mövqeyini saxlaya bilmişdir. Nəticədə beynəlxalq reytinqlər öz adlarını dəyişərək, “həyat keyfiyyətinin inteqral indeksi”, “insan inkişafının indeksi” və s. adlarına keçmişdir.
Hazırda beynəlxalq reytinqlərdə “sayı” rəhbər tutan güclü ölkələr yox, az resursları olan, lakin əhalinin yaşayış səviyyəsinin yüksək göstəricisi olan təvəzökar kiçik ölkələr liderlilik edirlər – Norvec, İslandiya, İrlandiya, Yeni Zelandiya, Luksemburq, İsveçrə, Hollandiya, Yaponiya və s.
Müasir İT – biznesində sənayə iqtisadiyyatın əsas prinsipləri İC – nin konyuktiv prinsilərilə yerlərini dəyişmişdir: “təcili VƏ dəqiq” şuarı artıq birgə olmuşdur. Məhsullar və xidmətlər alıcıya vaxtıvaxtında və yüksək keyfiyyət ilə çatdırılır. Zaman anlayışı indi vacib sosial resursa çevrilərək, keyfiyyət anlayışı ilə sinonimə dönüb.
Yeni prinsip İT – iqtisadiyyat ilə orqanik şəkildə qəbul edilib və periodik olaraq iqtisadiyyat tərəfindən həzm edilir. Onun tədbiq edilməsi müəyyən dərəcədə optimal iqtisadi faktorlarını nəzərə almaqla (rəqabət, risklər, informasiya çatışmamazlıqı və s.) iqtisadi qərarların qəbul olunması ilə müşayyət olunacaq.
Bu prinsipin tədbiqi qlobal maliyyə böhran şəraitində də İT – iqtisadiyyatın ABŞ, Yaponiya, Tayvan və s. ökələrində inkişafına zərər gətirməmişdir, çünki sadalanan ölkələr İC- in biznes prinsiplərini qəbul edərək, uğurlu şəkildə süni intelekt, nano texnologiyaları, qelio energetikası, tibbdə hüceyrə texnologiyası sahəsinə alışmışdırlar.
Hazırda bu ölkələrdə subatom, piko və kvant texnologiyaları, koqnitiv texnologiyaları, sənayənin istifadəsi üçün yaxın kosmosun tədbiqi sahələri inkişaf etdirilir.
Digər ölkələrdə isə İKT sahəsinə çatmaq prinsipilə yaşayıb, yaradırlar, amma ona baxmayaraq İT sahəsi yenə də öndədir.
Yaxşı olmazmı ki, yaponların “lazer şua strategiyası” prinsipini rəhbər tutaraq, İT sektorunda qlobal inkişafa doğru hərəkət etmək, İT – iqtisadiyyatını irəli aparmaq? Yaponların təcrübəsini beynəlxalq kooperasiyasız və dəstəksiz yamsılamaq səhv olardı, çünki Yaponiyanın özü də bu nailiyyəti təkbaşına əldə etməmişdir.
Dostları ilə paylaş: |