YETMİŞ BEŞİNCİ KƏRAMƏT «QATARDAN YIXILDI, AMMA SAĞ QALDI!»
Cənab hacı Əbul Qasim Məğazeyi belə nəql edir:
Mən atamla qatar stansiyasından evimizə tərəf hərəkət etdirdim. Atam buyurdu:
Əbul Qasim! Yaxşı olar ki, kömürlə dolu bu kisələri də evə aparaq. Düşüb kömür kisələrini qatara yüklədim. Sonra atam mənə buyurdu: Sən bu kisələrin üstündə otur, mən qatar rəisi ilə söhbət etməyə gedirəm. Mən kisələrin üstündə oturdum. Atam bir-iki dəfə məni səslədi. Bu vaxt qatar tunelə daxil olurdu. Tuneldən çıxdıqdan sonra gördüm ki, atam qatarda yoxdur. Mən dad-fəryad etməyə başladım. Qatarı saxlatdırdım. Qatar mə`muru dedi:
Mən arxaya qayıtmayacağam. Bəlkə böyük Allah mö`cüzə göstərə atan sağ qalsın. Bu vaxt əgər mən arxaya qayıtsam atan qatarın təkərləri altda qala bilər. Hamının nəzərində bu idi ki, atam sağ qalmayıb. Növbəti dayanacağa qədər hərəkət etdik. Bu stansiyadan teleqraf etdilər ki, tə`cili maşın göndərin cənab Məğazeyinin cənazəsini aparsınlar.
Elə bu vaxt atam gözlənilmədən dayanacağa gəldi. Mən atamdan soruşdum:
Atacan! Necə oldu ki, sağ qaldın?
Cavabında buyurdu:
Mən sizə tərəf gəlirdim birdən qatarın qapısından yerə yıxıldım. Yıxılan anda ancaq
«Ya Sahibəzzaman! Ya Əbul Fəzl Abbas!» deyə fəryad etdim. Birdən hiss etdim ki, kimsə məni götürüb kənara qoydu. Ona görə də görürsən ki, sağ qaldım.
Dostları ilə paylaş: |