YETMİŞ DÖRDÜNCÜ KƏRAMƏT «YA BABUL HƏVAİC! NƏYİM VARDISA ALDILAR!»
3. Bir vaxtlar günortadan sonralar həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) pak hərəmində, sübhlər isə imam Hüseyn (əleyhissalam)-ın mübarək hərəmində mənbərə gedirdim. Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminin kiliddarı Seyyid Həsən idi. Mən mənbərdə həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) ziyarəti barədə söhbətə başladım. Günlərin birində mənbərdən düşərkən hərəmdə namaz qılan bir seyyid məni çağırıb dedi:
Bu gün sizin söhbətlərinizi eşitdim. Gördüm, Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) ziyarətinin fəziləti barəsində söhbət edirdiniz. Amma, mən özüm müşahidə etdiyim əhvalatı sizə nəql edirəm siz də bunu mənbərdən əhaliyə nəql edərsiniz. O əhvalat bu idi:
Kərbəla ətrafından olan çobanlardan birisi bir neçə baş qoyunu bazarda satıb pulunu cibinə qoyub qayıdırmış. Kərbəladan çıxanda oğrular onun yolunu kəsib pulunu zorla alırlar. Kişi yarı yoldan Kərbəlaya qayıdır və həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminə daxil olur. Həzrətə xitab edərək buyurur:
Ya Babul həvaic! Nəyim varsa aldılar! Səndən başqa mənim pənah yerim yoxdur. Əhali onun ardınca hərəmə daxil oldular. O, çoxlu ağladıqdan sonra əlini zirehin pəncərəsindən içəri salıb bir neçə dəqiqədən sonra dedi:
Ya Əbul Fəzl! Təşəkkür edirəm!
Pakistan camaatı onu dövrəyə alıb soruşurlar ki, əlidəki nədir? O, əlini açır. Görürlər ki, əlləri qızıl pulla doludur. Onlar qızılı pulla kişidən alırlar. Onun əlində bir ədəd qızıl pul qalır. Alverçilər onu da almaq istəyirlər, lakin, kişi cavab verir ki
: Əgər Kərbəlanı da qızılla doldurub mənə verəsiniz həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) kərəmindən olan bu qızılı sizə vermərəm!
Dostları ilə paylaş: |