ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə107/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   103   104   105   106   107   108   109   110   ...   175

HƏŞTAD İKİNCİ KƏRAMƏT

«HƏZRƏT ƏBUL FƏZL ABBAS(Ə) ZƏMANƏTİ!»


Cənab hacı Əbul Həsən Şərifi yazır:

1. Mən bə`zi maşınların üzərində «Həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) zəmanəti» sözlərini oxuyanda öz-özümə şəkk edirdim ki, görəsən bu məsələnin sənədi var ya yox? Düzgündür ya yox?

Həmin fikirlə gecə yuxuya getdim. Gecə aləmi röyada gördüm ki, heç bir insan gözünə dəyməyən bir səhradayam. Bir ədəd qoyunu bir dəstə canavar dövrəyə alıb yemək istəyirdilər. Qoyun hələ diri idi. Fəryad çəkib köməyə səsləyirdi. Ona kömək etməyə heç kəs yox idi. İstədim irəli gedəm. gördüm ki, canavarlar məni də qorxudurlar. Öz-özümə fikirləşdim ki, görəsən bu qoyun kimindir ki, belə giriftar olub? Həmin anda qulağıma səs gəldi ki, həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) malıdır. Təəccübləndim. Görəsən həzrət Əbul Fəzl Abbas (əleyhissalam) nəyə görə öz qoyununu müdafiə etmir? Bəs «Həzrət Əbul Fəzl Abbasın zamanətində olmaq» məsələsinin nə faydası var. Birdən qarşımda böyük bir atın olduğunu gördüm. Atın üstündə ayaqları yerə dəyən və atın üzəngisindən hündür bir şəxsin oturduğunu gördüm. Lakin çöhrəsini nurun şiddətindən görmək olmurdu. At başını yerə tərəf əyib hərəkətə gəlmək istəyirdi. Lakin gedə bilmirdi. Həmin anda çöhrəsi nurdan seçilməyən şəxsdən sözlər eşitdim ki, buyurdu:

Bizə aid olan şeyi fərq etmir ki, insan yesin ya heyvan. Lakin bizə tapşırılanı qoruyuruq!»

Bu sözü deyib gözdən itdi. Özümə gələndə ayıldım. Başa düşdüm ki, gördüyüm atlı şəxs həzrət Əbul Fəzl Abbas (əleyhissalam) imiş. Bu səhnə ilə mənə başa saldı ki, Əbul Fəzl Abbasın (əleyhissalam) zəmanətində olmaq doğrudur. Bə`ziləri var ki, heyvanla fərqləri yoxdur. Bəlkə də Qur`an ayəsinə görə heyvandan da aşağı səviyyədədirlər:

«Onlar heyvan kimidirlər, bəlkə də daha çox zəlalətdədirlər». (Ə`raf-179)


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin