«HÜSEYNİYYƏ ÜÇÜN ƏLƏM TƏŞKİL EDİN!»
2. Cənab Şərifi, höccətul-islam vəl-müslimin hacı şeyx Əhməd Mə`rifətdən belə nəql edir:
Xarici ölkələrdən birində illərlə övladı olmayan bir şəxs vardı. Həzrət Əbul Fəzl Abbas (əleyhissalam) adlı bir Hüseyniyyə (əzadarlıq məclisinin keçirildiyi yer) təşkil olunmuşdu. O, da bu mərasimlərdə iştirak edirdi. Aşura günü Hüseyniyyənin xidmətçisi ondan soruşur:
Nəyə görə həmişə qəmginsiniz?
Cavabında dedi:
«Övladım olmadığına görə həyatımın şirinliyi yoxdur.»
Xidmətçi ona ‒ həzrət Əbul Fəzl Abbasa (əleyhissalam) pənah apar və ona nəzr et ‒ deyə məsləhət verir. Əgər gələn ilə kimi inşaallah övlad sahibi olsanız bu Hüseyniyyəyə bir ələm gətirərsiniz. O şəxs bu sözü qəbul edir. Sonrakı ilin aşura gününə kimi Allah ona bir övlad nəsib edir. O, uşağı qucağına alıb nəzr etdiyi ələmlə birlikdə «Hüseyniyyəyə» gəlir. Bu səhnəni hamı müşahidə edir.
Bir neçə il keçdi. Uşaq böyümüşdü. Hər il ələmi Hüseyniyyəyə aparır, sonradan isə təbərrük üçün evə gətirirdi. Beləliklə 12 il keçir.
12-ci il uşaq həyətdə oynayarkən hovzun içinə düşür. Evdə heç kəs olmdığından əl-ayaq çırpıb canını tapşırır. Anası evə gələndə bu mənzərəni görüb fəryad çəkir. Qonşular yığışırlar. Atasının sorağına gedirlər. Elə ki, atasına xəbər verirlər oğlun hovuzda boğulub ölüb, o buna inanmır. Cavab verir ki, ola bisin başqasının uşağı olsun. Çünki, övladım həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) zamanətindədir. Adını da onun hörmətinə Abbas qoymuşam. Ola bilməz ki, cavan vaxtında ölsün. Bundan əlavə mənim neçə illər övladdan məhrumiyyətimdən sonra Allah mənə o Həzrətə xatir övlad əta edib. Başqa övladım da yoxdur.
Həyətə daxil olanda oğlunu hovuzun içində görür. Halı dəyişir. Heç bir əks-əməl biruzə vermədən evə girir və ələmi gətirib hovuzun kənarına qoyur. Sonra uşağı hovuzdan çıxarıb ələmin kənarına qoyub fəryad çəkir:
«Ya qəməri bəni Haşim! Ya Əbul Fəzl Abbas! Özünüz qəzavət edin. Bu ələmi uşağımın sizin ələmdarınız olmaqdan ötrü nəzr etmişdim. İndi onu kimə təhvil verim? Daha qüdrətim yoxdur ki, onu qaldıram!»
Bu halda hamı gördü ki, boğulmuş uşaq asqırıb yerindən durdu. Ata ələmi onun əlinə verdi. O gündən sonra uşaqda heç bir kəsalət müşahidə olunmayıb.
Dostları ilə paylaş: |