«İSTİ KƏRPİCLƏR ÜSTÜNDƏ DƏRDDƏN NALƏ EDİRDİM!»
«Azad İslam» universitetinin müəllimi cənab Əhməd Şahpuri Ərani yazır:
1950-ci il idi. Zilhiccə ayında böyük həcc mərasimi yaxınlaşırdı. Nəcəfül-Əşrəf elm ocağının qədim tələbələrinin adəti bu idi ki, Nəcəfdən Kərbəlaya ziyarət məqsədi ilə dövrə ilə hərəkət etsinlər. Ələbttə, onu da qeyd edək ki, bu hərəkət dəstə-dəstə icra olunurdu. Bir dəstə Kufə kənarından olurdu. Bu yolda yamyaşıl xurma bağları və tikili evlər vardı. Bə`zi yerlərdə yalnız qumluq olub başqa imkanatlar olmadığından yalnız maşınla yol getmək mümkün idi. O vaxt Kərbəla ilə Nəcəf arasındakı yol asfalt deyildi. Hər halda karvanlar Kufə kənarından dörd fərsəxlikdə gecələr qalıb yollarına davam etməklə hərəkət etməli idilər.
O ili bir dəstə tələbə həzrət Ayətullah Şeyx ağa Bozorg Tehrani ilə birlikdə Nəcəfdən Kərbəlaya yola düşdük. Onunla birlikdə yoldaşlıq bizim üçün böyük səadət idi. Nəhayət, Ərəfə gecəsi Kərbəlaya yetişdik.
Mən Kərbəlaya çatanda xəstələndim. Səbəbi də günəşin tə`sirindən idi. Möhkəm bel ağrısına tutulmuşdum. Heç hərəkət edə bilmirdim. Başqa tərəfdən dostlar Ərəfə gecəsinin əməllərinə, Ərəfə qüsluna, xüsusi Ərəfə ziyarətinə və imam Hüseyn (əleyhissalam) ziyarətinə hazırlaşırdılar. Hamı getmişdi və məni unutmuşdular. Gecənin əvvəli idi. Kərbəlanın havası saflaşmışdı. Ulduzlar asimanda parıldayırdı. Mən də ağrıdan öz-özümə qıvrılmışdım. Birdən gözlərim həzrət Əbul Fəzl Abbasın (əleyhissalam)pak hərəminin günbəzi gözümə sataşdı. Şiddətli bel ağrısı, təzə və qəriblikdə məktəbin damının isti kərpicləri üstündə nalə edirdim. Qəməri bəni Haşimin(əleyhissalam) hərəminə baxaraq avamcasına heç bir müqəddiməsiz gözlərimdən yaş sel kimi axmağa başladı. Öz dilimdə həzrətə xitab edərək bir neçə kəlmə söz dedim:
«Ağa! Salam! Mən bir qərib tələbəyəm. Sizi ziyarət etmək məqsədilə Nəcəfdən durub bura gəlmişəm. Bütün dostlarım ziyarət etməyə müvəffəq oldular, amma mən bu gecənin fəzilətindən məhrumam. Əgər mənə şəfa versəniz çox razı olaram. Əgər bu gecə mənə şəfa verməsəniz bir daha adınızı çəkməyəcəm. Çünki, hər kimin hacəti varsa biz onu sizin evinizə tərəf göndəririk. İndi də mən özüm sizə möhtacam!»
Qısası, bir an içində bilmədim yuxuya getdim, ya oyaq idim, amma kimsə mənə dedi ki:
Nəyə görə hərəmə getmirsiniz? Qalx! Dostlarına qoşul!
Birdən özümə gəldim. Yerimdən qalxdım. Gördüm ki, tamamilə sağlamam. Sanki heç xəstələnməmişdim. Heç bel ağrım da yox imiş. Dəstəmaz aldım. «Məfatehül-cinan» kitabını götürüb hərəmə yola düşdüm. Ərəfə gecəsi və imam Hüseyn (əleyhissalam)-ın xüsusi ziyarəti əməllərini yerinə yetirdim. Ziyarət arasında dostlarımı gördüm. Dedilər:
Məgər sən xəstələnməmişdin? Halın yaxşı deyildi?
Dedim: Yaxşılaşdım. Şəfa aldım.
Mənim bu pak nəsildən müşahidə etdiyim kəramətlərdən biri bu idi.
Dostları ilə paylaş: |