ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə110/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   106   107   108   109   110   111   112   113   ...   175

HƏŞTAD BEŞİNCİ KƏRAMƏT

«YA ŞƏFA VERİRSƏN, YA DA MƏN UŞAĞIMLA BURADACA ÖLƏCƏYƏM!»


Kərəc şəhərindən Əhli-Beyt (əleyhimussalam) şairi, ustad hacı Əsğər Soltani yazır:

Təxminən 1976-cı ildə Kərəc şəhərindən turistlərlə birlikdə bir həftəliyə Kərbəlaya ziyarətə getmişdik. Üç gün Kərbəlada qaldıq. Sonra bizi birlikdə Kazimeyn şəhərinə apardılar. Kazimeynə yola düşməzdən əvvəl şairlik həvəsim şö`lələndiyinə görə Allahın köməyi ilə həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) şə`nində yaxşı bir məddahlıq məclisi keçirtdim. Dəstə başçısı hacı seyyid Fəzlullah Ali Tə`mə mənə dedi:

Biz xidmətçilər hamımız söz qoymuşuq ki, ildə bir dəfə dəyişən həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminin üstündəki ələmi hərəmə verməyək. Əlbəttə, ələmin uzunluğu səkkiz metrdir. Siz cümə gecəsi bura gəlin, yaxşı məclislə bu işi yoluna qoyaq. Mən cümə gecəsi Kazimeyndə idim. Orda qərara aldım ki, qaçaq yolla dördüncü günü Kərəblaya gedim. Nəhayət çətinliklə Kərbəlaya gəldim. Ziyarət, dua oxuyandan sonra xidmətçi mənə dedi:

Bizim məclisin rəisi Səddamın də`vəti ilə Bağdada gedib. Siz sabah cümə günü gəlin, biz də qəbul etməkdən başqa çarəmiz yoxdur. Həmin anda gecə saat 12 radələri olardı. Birdən həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminin qapısı ağzından bir qadının ucadan ağlamaq səsini eşitdik. Yaxına getdik. 7-8 yaşlı bir qız uşağını yaşıl parça ilə həzrət Əbul Fəzl Abbasın (əleyhissalam)zirehinə bağlanmışdı. Anası ərəbcə deyirdi:

«Bura ümid və şəfa evidir! Həkimlər mənim uşağıma tez rədd cavabı verdilər. Əgər sən də bizə şəfa verməsən səninlə maddi həkimlər arasında nə fərq var? Qısası sadə və ciddi deyirəm: Ya şəfa verirsən, ya da mən uşağımla birlikdə buradaca öləcəm!»

Biz bu səhnəni müşahidə etdikdə doğrusu çox narahat olduq. Növhə oxuyub, dua etdik və gecə ikən Kazimeynə getdik.

Cümə günü günortadan sonra nə qədər dedimsə, gəlin ələmdən ötrü Kərbəlaya gedək, heç kəs razı olmadı. Hamısı bir ağızdan dedilər: Bizi mə`murlar sorğu-suala tutacaqlar. Çünki, o vaxtı İran dövləti (şah) zəvvarlarla birlikdə xüsusi mə`murlar da göndərirdilər. Nəhayət, həzrət Əbul Fəzl Abbas(əleyhissalam) xatirinə ələmi almaqdan ötrü təkcə Kərbəlaya yola düşdüm. Həzrət imam Hüseyn (əleyhissalam)-ın hərəminə daxil oldum. Orada saya gəlməz qədər camaatın cəm olduğunu müşahidə etdim. Soruşdum ki, nə olub? Dedilər:

Dünən axşam həzrət Əbul Fəzl Abbas(əleyhissalam) ölümcül bir qıza şəfa verib. Köçərilərin böyük qəbiləsindən olan anası gedib qəbiləsi ilə birlikdə burada ehsan verməkdən ötrü qoyun gətiriblər. Şadlıq edirlər. Mən xidmətçinin köməyi ilə qızın anasını tapdım. Gördüm ki, dünən ölümcül halda olan qız bu gün qəşəng libas geyib oturmuşdu. Anası da özünü bəzəmiş halda idi. Mən xidmətçidən xahiş etdim ki, qızın necə şəfa tapmasını soruşsun. O, bunu soruşanda qız ağlamağa başladı və dedi:

Bir aya yaxın idi ki, nə danışır, nə də yemək yeyirdim. Yalnız başımı tərpətməklə fikrimi çatdırırdım. Bir gün gördüm qapı açıldı. Gözəl bir kişi əlində süd mənə tərəf gəlir. Buyurdu:

Bu südü iç yaxşı olarsan! Anana da de ki, mənim hərəmimdə heç kəs ölməz. Bu qədər fəryad etməsin! Sonra mənə dedi: Qalx!

Mən özüm də bilmədən qalxdım. Başıma bağlanmış yaşıl parça açıldı, o möhtərəm də gözdən itdi. Anam birdən məni belə halda müşahidə etdikdə fəryad çəkib özündən getdi. Nəhayət, ağam Həzrət Əbul Fəzl Abbas(əleyhissalam) məni naümid qoymadı. Mən nə qədər ki, sağam, bu hərəmin kəniziyəm.

Bu sözləri eşitdikdə biz də ucadan ağladıq. Sonra ələmi mənə verdilər. İrana gələndə dostlar görüşümə gəldilər. Ələmi qayçı ilə kəsib tikə-tikə etdik. Hərəyə bir az düşdü. İndi ondan bir metrə yaxını da mənim mənzilimdədir. Nə deyim, bu böyük Əhli-Beyt (əleyhissalam) dəstəsi bundan da böyük şəfaətlər bəxş etmişlər. Şəkk edənə lə`nət!



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin