YETMİŞ DOQQUZUNCU KƏRAMƏT «AĞANIN ƏMRİ İLƏ ONUN ADI ABBAS OLACAQ.»
Cənab höccətül-islam Nurabadi buyurur:
4. Mən bu hadisəni cənab Müqimandan soruşmuşam, o da mənə şərh verib. Cənab Abbas Müqiman Məşhəddə tələbədir. Onunla 20 ilə yaxın yoldaşlığım olub. Çox yaxşı tanıyıram.
Nəql edir ki, altı yaşında ağır xəstəliyə düçar oldum. Böyrəkləri çirk edibmiş. Bədəni qeyri-adi şəkildə şişirmiş. Məşhədin və Nişapur şəhərinin həkimlərinə müraciət edir. Heç biri bu dərdə əlac etməyə qadir olmur. Hətta, bə`zi həkimlər müayindən sonra deyirlər ki, ölümə yaxınlaşırsan!
Dindar və əqidəli atası bir müddət onu Məşhəddə imam Rza (əleyhissalam)-ın hərəmində dəxil salır (Əlbəttə, onun əsl adı Məcid olub, həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) əli ilə şəfa tapdıqdan sonra adını dəyişib Abbas qoyur).
Bir müddətdən sonra işinin çoxluğuna görə Məşhəddən Nişapura gəlir. İmam Rza (əleyhissalam)-a oradan belə ərz edir:
«Ağa! Mən Nişapurda da olsam sizin mənə şəfa verməyə qüdrətiniz vardır!.»
Abbas ağanı Nişapura gətirir. Həmin gecə Abbasın atası yuxuda həzrət Fatimə (s.ə)-ı görür və o Həzrət də övladının şəfa tapması müjdəsini ona verir. Həmin gecə Abbas xəstəliyin şiddətindən bədəninin (vərəm halda) ölüm halında olduğunu hiss edir. Yuxudan ayılıb qapıya tərəf qaçır. Fəryad çəkir:
Mənim gözlərimi kim tutmuşdu?
Bu sözü deyəndə hamı Abbası müşahidə edir. Təəccüblə baxırlar ki, o yatdığı yerindən durub qapının ağzında yatıb və deyir
: Biz deyildik! Kim sənin gözünü tutub? Məgər nə görmüsən?
O özü nəql edir ki, iki nəfər ağa burada idi. Onlardan biri belə dedi:
Mən həmin kəsəm ki, atan mənə təvəssül etməklə sənə şəfa aldı. Digəri belə dedi:
Mən də Abbasam. Bundan sonra sənin də adın Abbas olsun!
Sonra həzrət Əbul Fəzl Abbas (əleyhissalam) mənim bədənimə əl çəkdi.
Əlbəttə, Abbasın atası həzrət Əblu Fəzl Abbasa (əleyhissalam) bir çıl-çıraq nəzir etmişdi. Şəfa tapdıqdan sonra nəzirini əda etdi. Həmçinin, nəzr edir ki, övladı Məcid (Sonradan adın dəyişir) tasua günü əhaliyə şərbət paylasın. Bununla da bizim əziz dostumuz cənab Abbas Müqiman həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) bərəkətindən təzə həyata başlayır.
Dostları ilə paylaş: |