ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə19/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   15   16   17   18   19   20   21   22   ...   175
Seyyid Əbul Fəth Də`vəti. 1995-ci il.

ALTINCI KƏRAMƏT

«MƏN TƏKCƏ HƏZRƏT ƏBUL FƏZL ABBASIN HƏRƏMİNƏ GEDİRƏM!»


Mərhum ayətullah hacı şeyx Hadi Hairi Şirazi, mərhum Molla Əmin Şirazinin oğlu, Kərbəla şəhərinin təqvalı və bilikli alimlərindən biri olub. 1308-ci hicri-qəməri ilində dünyaya gəlib. Bir neçə müddət Nəcəf-Əşrəfdə və Kərbəlada təhsil almışdır. Sonradan yüksək səviyyədə tədrislə məşğul olmuş, Ayətullah üzma Mirzə Mehdi Şirazi, hacı şeyx Məhəmməd Rza İsfahani və başqa alimlərlə birlikdə mərhum ayətullah üzma hacı Hüseyn Təbatəbai Quminin müşavirələrində olub. Onun övladı Hacı Məhəmməd Həsən aşağıdakı əhvalatı anasının dilindən belə nəql edir:

«Mərhum atamın mənzili əvvəlcə «Xədicətul Kubra» məktəbinin arxasındakı xiyabanda idi. Günlərin birində adı şər işlərlə məşhur ailənin uşaqlarından və alimin hörmətini saxlamayan bir dəstə qafil cavanlar yol üstündə mərhum atama qarşı cəsarət edib hörmətsizlik və ədəbsizlik edirlər. İş o yerə çatır ki, atamın mübarək «Əmmaməsi» başından yerə düşür. O, narahatçılıqla mənzilə gedib əmmaməni təzədən büküb mənzilindən xaric olur. Atama sataşanlar belə güman edirlər ki, onlardan polisə şikayətə gedir, ona görə də ikinci dəfə onun qarşısını kəsib məqsədini soruşurlar. O, buyurur: Yox! Mən təkcə həzrət Əbül Fəzl Abbasın (əleyhissalam) hərəminə gedirəm.» O, mə`rifətsizlər hadisəni yüngül güman edib yolu açırlar. Atam pak hərəmə tərəf üz tutur. Hərəmə dəydikdən sonra mənzilinə qayıdır.

Həmin gecə atama sataşan cavanlardan biri heç bir xəstəliyi olmadan qəflətən ölümə düçar olur. Səhəri gün onun dəfn-kəfəni qurtarmamış cavanların ikincisi ölür, daha sonra üçüncü cavan ölümə düçar olur, bu minvalla .......

Nəhayət, cavanların qohum-əqrəbası hadisədən xəbərdar olub birlikdə cəm olub mərhum Şeyx Hadiinin mənzilinə gəlirlər. Ağlaya-ağlaya əl-ayağına düşüb yalvarıb, razılıq və halallıq almağa başlayırlar. Soruşurlar ki, siz nə etmisiniz, istəyirsiniz bütün cavanlarımız əlimizdən getsin. Alim cavab verir ki, mən yalnız olan hadisəni Ağam həzrət Əbül Fəzl Abbasa (əleyhissalam) ərz etmişəm. Vəssəlam! Ondan başqa ağadan heç bir iş görməsini tələb etmədim. İşi onun özünə tapşırdım.

Çoxlu üzürxahlıqlardan sonra ölüm hadisələri sona yetir.

O böyük alim, ruhani 1364-cü hicri ilində öz dünyasını dəyişib və həzrət Əba Əbdillahil-Hüseyn (əleyhissalam)-ın qəbrinin yanında dəfn olunub. Mərhum Şeyx Məhəmməd Rza Təbərsi Nəcəfi onun kürəkəni olub».




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin