ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə21/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   17   18   19   20   21   22   23   24   ...   175

YEDDİNCİ KƏRAMƏT

«CƏNAZƏNİ ÇƏKƏ-ÇƏKƏ MÜBARƏK HƏRƏMDƏN ÇÖLƏ GƏTİRDİLƏR»


Höccətül-islam vəl-müslimin Hacı şeyx Həsən Bəsiri, Xoy şəhərindən o Həzrətin səkkiz kəramətini bizlərə göndərmişdir.

Mərhum Məhəmməd İbarhim Zərgər Xoyi nəql edir ki, Rza şah dövründə Məkkeyi-mükərrəmə getmişdim. Qayıdanda Kərbəla ziyarətinə müvəffəq oldum. Adətim üzrə sübh tezdən həzrət Əbi Əbdüllah Hüseyn (əleyhissalam)-ın ziyarətinə getdim. Sonra həzrət Əbül Fəzl Abbasın (əleyhissalam) ziyarətinə nail oldum. Pəncşənbə günü Həzrət Əbül Fəzl Abbasın (əleyhissalam)-ın hərəmindən çıxanda dükançı Hacı Abbas Təbrizi ilə rastlaşdım. O, dükanının qabağına oturacaq qoyub məni onun üstündə oturtdu. Söhbət arasında dükan işlərindən söz düşdü. Birdən səs ucaldı. Eşidilən səsdən əhali cəm olub o Həzrətin hərəminə tərəf qaçmağa başladılar. Mən ərəb dilini bilmədiyimdən xəbər tuta bilmədim ki, nə olub. Başımı dükandan çıxarıb təzə xəbər gözləyirdim. Birdən yenə səs ucaldı. Hacı Abbas dükandan çıxıb getdi. Mənə dedi: Tez gəl, Həzrət kəramət göstərib. Mən onunla birlikdə tələsik müqəddəs hərəmin səhnəsinə daxil oldum. Gördüm ki, mübarək hərəmdən çəkə-çəkə cənazə çıxardırlar. Cənazəni hamı lə`nətləyirdi. Sanki o həmin adam başqa iki nəfərlə adam öldürüblərmiş. Tutulduqdan sonra inkar ediblər. Nəhayət, iş o yerə çatıb ki, ona and verməli olublar. İndi polis onları and içməkdən ötrü hərəmə gətiribmiş. Bu bədbəxt hamıdan əvvəl and içib və ilahi qəzəbə düçar olaraq cəzasına çatıb. O biri iki nəfər isə öz cinayətlərinə iqrar ediblər.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin