İKİNCİ KƏRAMƏT HƏZRƏT FATİMEYİ-MƏ`SUMƏYƏ(S) TƏVƏSSÜL VƏ ONUN MÜŞKÜLÜNÜ HƏZRƏT ƏBÜLFƏZL ABBAS (Ə)-A HƏVALƏ ETMƏSİ!
Höccətül-islam vəl-müslimin Hacı şeyx Abbas Şeyxür-rəis Kermani 1376-cı il \4\31\ mənim xahişimə cavab olaraq aşağıdakı məzmundabelə bir məktub yazmışdır:
«Təxminən hicri qəməri ili ilə 1332-ci ildə öz atamın və möhtərəm ustadlarımın yanında dini elmləri oxuyan tələbə idim. İranın Kerman şəhərində təhsil almaqla məşğul idim. Birdən «sinəmin sağ tərəfində döş qəfəsimin altında» şiddətli ağrı hiss etdim. Müalicədən ötrü bir neçə həkimə müraciət etdim. Amma bütün təcrübələr, yoxlamalar və müalicələrin heç birisi xəstəliyimin əsl dərmanını və narahatçılığımı tapa bilmədi.
Bətnimdə «tumur» və ya «on iki barmaq» xəstəliyinin olması ehtimalı ilə həkimlər az bir gümanla zəmanət verməklə cərrahiyyə əməliyyatını başlamağı təklif edirdilər. Hərə bir nəzəriyyə verirdi, ağrının şiddəti və narahatçılıq o qədər çox idi ki, arzu edirdim ki, bir saatda olsa məni rahat buraxsınlar. O vaxtlar 24 yaşım olardı. Təhsilimi təkmilləşdirməkdən ötrü Məhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) övladlarından olub orada dəfn olunan müqəddəs «Qum» şəhərinə gəldim. Bu şəhərdə özümə ev kirayə etdim. Təbii olaraq xəstəliyimin müalicəsi davam edirdi. Bütün bunlarla yanaşı dua və təvəssüldən qafil deyildim. O vaxta qədər ki, günlərin birində həzrəti Fatimeyi-Mə`sumənin (s.ə) dua edib, Allah dərgahından onun məqamına xatir şəfa tapmağımı dilədim. Həmin gecə yuxu aləmində gördüm ki, bir nəfər qırmızı tüklü qoyunu mənə göstərib buyurdu:
Həzrət Əbülfəzl Abbasa (ə) qurban kəsməkdən ötrü nəzr elə ki, tezliklə şəfa tapasan!.
Sonra mənə xitabən buyurdu:
Dostları ilə paylaş: |